Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Sabirabadda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

04 Aprel 2019, 15:56 (GMT +4)

Bakı, 4 aprel, SalamNews.Sabirabad rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə start verilib. İlkin olaraq “Axısxalılar Toxum İstehsal Kooperativi”nin və “Birlik” İstehsal Kooperativinin üzvləri öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS sisteminə daxil ediblər.

SalamNews bu barədə Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir. 

“Axısxalılar Toxum İstehsal Kooperativi” Axısxa kənd sakinlərinin öz pay torpaqlarını birləşdirməsi nəticəsində yaradılıb. Bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir. Yeni birlik “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında təsis olunub. 231 ailədən 746 nəfərin təmsil olunduğu kooperativin sərəncamında 730 hektar torpaq sahəsi var.

“Birlik” İstehsal Kooperativi isə Beşdəli və Yaxadəllək kəndlərində fəaliyyət göstərir. Kooperativin sərəncamında 850 hektar torpaq sahəsi var. Kooperativdə 133 ailə birləşib. Ümumilikdə 680 nəfər üzvü olan kooperativdə orta hesabla adambaşına 1,25 hektar torpaq düşür.

Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Axısxa, Beşdəli və Yaxadəllək kəndlərində məlumatların elektron sistemə daxil edilməsi ilə əlaqədar fermerlərə informasiya məsləhət xidməti göstərməyə başlayıblar. Prosesdə iştirak edən könüllülər xüsusi təlimlərə cəlb olunublar. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərdə könüllülərə sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah edilib. Rayon ərazisində fəaliyyət göstərən fermerlər həftənin iş günləri Sabirabad DAİM-ə və Sabirabad “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçə biləcəklər.

EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Sabirabad “ASAN xidmət” Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar ASAN xidmət avtobusu Axısxalılar kəndində fermerlərə xidmət göstərir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə həyata keçirib: “Göstərilən səyyar informasiya-məsləhət xidməti çərçivəsində hər iki rayonda 2 minədək fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edib. Quba və Şəkidə start verilən məlumatlandırma prosesi bu gündən başlayaraq Sabirabad rayonunda davam etdirilir. Əməkdaşlarımız və könüllülər fermerlərə qeydiyyat proseduru, funksiyalardan istifadə qaydalarını izah edirlər”.

Vüqar Hüseynov bildirib ki, fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra ilkin məlumat bazası formalaşmış olacaq: “Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq. Yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır. Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç prinsipə əsaslanır. Bunlar fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi bu prinsipləri ümumiləşdirilmiş şəkildə özündə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

Sabirabadda yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü tutulub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

Kapital Bank yenilənmiş Sabirabad və Masallı filiallarını istifadəyə verib

Sabirabad rayonunda ilk startap turu keçirilib 

Nazir İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

Göygöl və Sabirabadda mal-qara oğruları saxlanılıblar

Sabirabadda restoran yanıb

Sabirabadda 5 otaqlı ev yanıb

Sabirabad sakinindən saxta 50 və 100 manatlıq götürülüb

Sabirabadda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Sabirabadda yol tikintisinə 15,1 milyon manat ayrılıb

Sabirabad sakinini aldadaraq avtomobilini alan şəxs saxlanılıb

Sabirabad və Şəmkir sakinlərindən silah müsadirə edilib

Sabirabadda 41 çətənə kolu aşkarlanıb

Sabirabad sakininin evindən narkotik və silah aşkarlanıb

Sabirabadda ağır yol qəzası olub, 5 nəfər ölüb

“Azərişıq” Sabirabadda işə qəbul müsabiqəsi keçirib

27 İyun 2019, 17:05 (GMT +4)
Qərb hündür divarlarla özünü qaçqınlardan qorumağa çalışır - Ərdoğan

27 İyun 2019, 16:58 (GMT +4)
Yerdəyişmə və tərəfdaşlıq üzrə III beynəlxalq konfrans keçirilib

27 İyun 2019, 16:53 (GMT +4)
Rusiyadan turist axınının azaldılması Gürcüstan iqtisadiyyatına 300 milyon dollar ziyan vura bilər

27 İyun 2019, 16:52 (GMT +4)
“N” saylı hərbi hissədə konsert proqramı təşkil olunub

27 İyun 2019, 16:41 (GMT +4)
Tunisin 93 yaşlı prezidenti xəstəxanaya yerləşdirilib

27 İyun 2019, 16:38 (GMT +4)
ABŞ prezidenti G-20 sammitinə həyat yoldaşı olmadan gəlib 

27 İyun 2019, 16:07 (GMT +4)
Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb

27 İyun 2019, 16:01 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

27 İyun 2019, 15:53 (GMT +4)
Çingiz Abdullayev Sabunçu Gənclər Evində gənclərlə görüşüb

27 İyun 2019, 15:48 (GMT +4)
Lerikdə yerli fermer və sahibkarlar üçün maarifləndirici seminar keçirilib

27 İyun 2019, 15:46 (GMT +4)
Səudiyyə və BƏƏ Pompeoya İranla müharibənin əleyhinə olduğunu bildirib - KİV

27 İyun 2019, 15:40 (GMT +4)
Merkel protokol tədbirində yenidən özünü pis hiss edib (VİDEO)

27 İyun 2019, 15:22 (GMT +4)
Görmə imkanları məhdud uşaqlar üçün səsli kitablarla bağlı mobil tətbiq hazırlanıb (FOTO)

27 İyun 2019, 15:07 (GMT +4)
Kiber təhdidlər mərkəzi: Rusiyaya hücumlar AB və ABŞ-dan idarə olunur

27 İyun 2019, 14:58 (GMT +4)
İcbari Sığorta Bürosu tərəfindən növbəti maarifləndirici videoçarx hazırlanıb

27 İyun 2019, 14:52 (GMT +4)
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər

27 İyun 2019, 14:50 (GMT +4)
Tunis paytaxtında kamikadze özünü partladıb, yaralananlar var (VİDEO)

27 İyun 2019, 14:50 (GMT +4)
Braziliya prezidentinin təyyarəsində 40 kq kokain aşkar edilib

27 İyun 2019, 14:37 (GMT +4)
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib

27 İyun 2019, 14:30 (GMT +4)
Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

27 İyun 2019, 14:26 (GMT +4)
Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

27 İyun 2019, 14:09 (GMT +4)
Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin Qusarda yerləşən məqbərəsi ziyarət edilib 

27 İyun 2019, 14:03 (GMT +4)
Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıdıb

27 İyun 2019, 13:58 (GMT +4)
MDB ölkələri oyunları tarixdə ilk dəfə 2020-ci ildə Kazanda keçiriləcək

27 İyun 2019, 13:37 (GMT +4)
Nazirlik isti hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib

27 İyun 2019, 13:31 (GMT +4)
Rusiya ABŞ-ın Fələstinlə bağlı Bəhreyndə keçirdiyi toplantıya münasibət bildirib

27 İyun 2019, 13:04 (GMT +4)
Rusiya Səudiyyə Ərəbistanına silah və hərbi texnika tədarük edib 

27 İyun 2019, 12:20 (GMT +4)
DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27 İyun 2019, 12:19 (GMT +4)
Dəməşqin mərkəzində partlayış törədilib – Yaralananlar var

27 İyun 2019, 12:05 (GMT +4)
Yeddi ölkənin nümayəndə heyəti Rusiyaya görə AŞPA sessiyasını tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12