Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSX-də akademik kursların məzunlarına sertifikatlar verilib

04 Aprel 2019, 17:07 (GMT +4)

Bakı, 4 aprel, SalamNews. Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında təşkil olunan akademik kursların növbəti məzunlarına sertifikatların verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

DSX-nin mətbuat mərkəzindən SalamNews-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bu tədbirin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd mühafizəsi strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin növbəti təntənəsi olduğunu qeyd edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəstəyi ilə DSX-də mükəmməl tədris sisteminin formalaşdırıldığı xüsusi vurğulanıb. DSX-nin Xüsusi Məktəbində, Akademiyasında və akademik kurslarda 14 illik ümumi təhsil müddətində zabit heyətinin milli dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, peşəkar zabit və vətənpərvər vətəndaş kimi yetişdirilməsi, nəticə etibarilə Vətən hüdudlarının layiqli müdafiəçisi kimi formalaşdırıldığı qeyd olunub.

Bildirilib ki, bu mükəmməl hərbi təhsil sisteminin əsasını təşkil edən DSX Akademiyasının 2007-ci il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yaradılması sayəsində ali hərbi təhsilli sərhədçi zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, dövlət sərhədlərinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılması sahəsində önəmli nəticələrin əldə olunub, mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir edildikdən sonra ən müasir tədris bazası ilə təmin olunaraq Dövlət Sərhəd Xidmətinin balansına verilmiş Xüsusi Məktəbdə 7 il ərzində DSX Akademiyası üçün layiqli kursantların hazırlanması, bu təhsil ocağına daxil olmaq barədə müraciətlərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artması, 2019-cu ildə bir kursant yerinə 26 namizədin müraciət etməsinin sərhədçi peşəsinə böyük marağın göstəricisi olduğu bildirilib.

Akademik kursların bitirilməsinə həsr olunmuş təntənəli tədbirin Azərbaycan hərb tarixinin zəfər günləri olan 2016-cı ilin Aprel döyüşlərinin ildönümünə təsadüf etməsi ilə əlaqədar Vətən uğrunda həyatlarını qurban vermiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xüsusi vurğulanıb ki, həmin günlərdə Ermənistan ordusunun hərbi birləşmələrinin təxribatının qarşısının alınması zamanı Azərbaycan əsgərinin, çavuşunun, gizirinin, zabitinin qəhrəmanlığı, cəsarəti və rəşadəti sayəsində düşmənin alınmaz bildiyi döyüş mövqeləri, qərargahlar və hərbi hissələr darmadağın edilib. Azərbaycanın hərbi qüdrətinin nümayiş etdirilməsi, Azərbaycan sərhədçilərinin bu qələbənin əldə olunmasına ciddi töhfə vermələri, şəxsi heyətimizin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımızı işğaldan azad etmək üçün hər bir döyüş tapşırığının icrasına daim hazır olmaları xüsusi qeyd olunub.

Akademik kursları bitirmiş zabitlər Vətənə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etmək üçün bilik və bacarıqlarını əsirgəməyəcəklərinə söz veriblər.

Sonda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə xatirə şəkili çəkilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev DSX-nin şəxsi heyətini təbrik edib

DSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib

DSX-nın üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verilib

Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib

Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi

DSX Akademiyasında yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıblar (FOTO)

DSX Xəzərdə təlimlər keçirib (FOTO/VİDEO)

DSX: Ermənistanın təxribatının qarşısını alan zaman yaralanan əsgər əməliyyat olunub (FOTO)

DSX: Düşmən atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib

DSX Neftçala rayonu istiqamətində dənizdə batan şəxslərlə bağlı məlumat yayıb

DSX 19 kq-a yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

DSX-nin rəisi Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb

DSX İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını alıb

DSX-nin rəisi gənc zabitlərə tövsiyə və tapşırıqlar verib (FOTOLAR)

DSX və polis Zaqatalada birgə əməliyyat keçirib

DSX Keşikçi dağda baş verən hadisə ilə bağlı məlumat yayıb

DGK, DMX, DSX, DİN və FHN əməkdaşlarının maaşı artırılıb

DSX hərbçilərinin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq

DSX rəisi Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb

DSX: Azərbaycan sərhədini pozan 6 Nepal vətəndaşı saxlanılıb

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12