Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN NATO baş katibinin açıqlamasına münasibət bildirib

05 Aprel 2019, 10:26 (GMT +4)

Bakı, 5 aprel, SalamNews. Xarici İşlər Nazirliyi (XİN) NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirib. 

XİN-dən SalamNews-a bildirilib ki, aprelin 3-4-də Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. 

İclas NATO-nun 70-ci ildönümünə həsr olunub: "NATO-nun baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulanıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Baş katib Yens Stoltenberq ələlxüsus 2017-ci ildə fəaliyyətə başlayn Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb. 

Nazirlikdən bildirilib ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub: "Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və əsas vurğusu təhlükəsizlik və müdafiə islahatlarına yönələn geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq həyata keçirir.

Azərbaycan Respublikası 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir.

Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

2017-ci il oktyabrın 30-da açılışı keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt Beynəlxalq Dəniz Limanı bu sahədə imkanları əlavə olaraq genişləndirəcək. Uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2019, 17:36 (GMT +4)
Bakının Baş planının hazırlanması ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib (FOTO)

19 Sentyabr 2019, 17:20 (GMT +4)
Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

19 Sentyabr 2019, 16:58 (GMT +4)
“ABAD”ın ümumi dövriyyəsi 80 faiz artıb

19 Sentyabr 2019, 16:52 (GMT +4)
Tacikistanın nümayəndə heyəti Xaçmaz Konserv Zavodunda olublar

19 Sentyabr 2019, 16:45 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

19 Sentyabr 2019, 16:37 (GMT +4)
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

19 Sentyabr 2019, 16:36 (GMT +4)
Sergey Lavrov Aramco-ya hücuma görə İranın ittihamlandırılmasını qınayıb

19 Sentyabr 2019, 15:52 (GMT +4)
Hazırda neftin satışı ilə bağlı vəziyyətimiz müharibə zamanından da çətindir – İranın neft naziri

19 Sentyabr 2019, 15:46 (GMT +4)
Gələn il Bakıda daha iki «ASAN xidmət» mərkəzi açılacaq

19 Sentyabr 2019, 15:13 (GMT +4)
Pi - Car elektromobilinin NEUTRINOVOLTAIC konvertorlu alman layihəsi elektromobilliyinin uğursuzluğa uğramasının qarşısını alacaq

19 Sentyabr 2019, 15:11 (GMT +4)
Şəmkirin Dəllər Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb

19 Sentyabr 2019, 14:52 (GMT +4)
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

19 Sentyabr 2019, 14:50 (GMT +4)
«B komandası» Trampı aldadıb onu müharibəyə sürükləməyə çalışır  - Cavad Zərif

19 Sentyabr 2019, 14:34 (GMT +4)
Vətəndaşa bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

19 Sentyabr 2019, 14:18 (GMT +4)
Aramco-nun vurulması fonunda Səudiyyə paytaxtında həyəcan siqnalı verilib

19 Sentyabr 2019, 14:17 (GMT +4)
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb

19 Sentyabr 2019, 14:04 (GMT +4)
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb

19 Sentyabr 2019, 13:57 (GMT +4)
İqor Ponomaryov "Sabah"ın müvəqqəti baş məşqçisi təyin olunub

19 Sentyabr 2019, 13:35 (GMT +4)
Bakıda 5 ağacı kəsən şəxs cərimələnib

19 Sentyabr 2019, 13:11 (GMT +4)
"İrəli" üzvləri Beynəlxalq layihədə iştirak edir

19 Sentyabr 2019, 13:05 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 28 dərəcəyə kimi yüksələcək

19 Sentyabr 2019, 12:48 (GMT +4)
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub

19 Sentyabr 2019, 12:42 (GMT +4)
Elektron Hökumətin İnkişafı Mərkəzinin əhatəsi daha da genişlənir

19 Sentyabr 2019, 12:35 (GMT +4)
Tacikistanın nümayəndə heyəti “ABAD Factory” Kompleksi ilə tanış olublar (FOTOLAR)

19 Sentyabr 2019, 12:25 (GMT +4)
İsrailin istənilən yeni baş naziri ilə danışıqlara hazırıq - Fələstinin xarici işlər naziri

19 Sentyabr 2019, 12:19 (GMT +4)
Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb

19 Sentyabr 2019, 12:11 (GMT +4)
Xələf Xələfov: Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir

19 Sentyabr 2019, 12:03 (GMT +4)
“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilir

19 Sentyabr 2019, 11:45 (GMT +4)
Şəhid Müşfiq Orucovun anım mərasimi keçirilib

19 Sentyabr 2019, 11:44 (GMT +4)
İran bölgədə gərginliyin yeni dalğası fonunda irimiqyaslı hərbi təlimlərə start verir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66