Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

05 Aprel 2019, 12:07 (GMT +4)

Bakı, 5 aprel, SalamNewsAzərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurası, Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AzMİU-dan SalamNews-a verilən məlumata görə, yubiley mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

Bildirilir ki, YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin  Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli tədbiri açıq elan edərək, gələn qonaqları salamlayıb. İmadəddin Nəsiminin yaradıcılığına nəzər salan S. Əhmədli şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və  daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru  Paşa Kərimov və AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, görkəmli ədəbiyyatşünas alim, professor Vüqar Əhməd və digər qonaqlar Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairi Nəsiminin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

Qeyd edək ki, tədbirin gedişində AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Behzad Nikzad, Kardelen Aqum, Biləl Diler və tələbələr Murad Təbrizli,  Nüsrət Fərəclinin ifasında şairin qəzəlləri səsləndirilib. 

Sonda VI muğam müsabiqəsinin Qran Pri mükafatı qalibi Almaxanım Əhmədlinin ifasında Nəsiminin qəzəllərinə yazılmış musiqi parçaları təqdim olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12