Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu ilə bağlı imtahan keçirilir

06 Aprel 2019, 11:18 (GMT +4)

Bakı, 6 aprel, SalamNewsDövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir.

SalamNews xəbər verir ki, Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən imtahanda 48 yerə 1227 uşaq imtahan verir. 

Tam şəffaf və aşkarlıq şəraitində keçən imtahanın gedişini valideynlər də izləyir. İmtahan Azərbaycan dili və Riyaziyyat fənləri üzrə test üsulu ilə aparılır.

Qeyd edək ki, məktəbə qəbulla əlaqədar sənədlərin qəbulu bu il fevralın 15-dək həyata keçirilib.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək zəruri tədris bazası ilə təchiz olunmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 18 oktyabr 2011-ci il tarixdə təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 22 may tarixli 170 nömrəli fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilmiş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin məzunları 2015-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin Akademiyasında hərbi təhsil alırlar. 2018-ci ilin martın 5-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni korpusunun açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib, kursantların tədrisi və yaşayışı üçün yaradılmış şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nə əsasən, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin vəzifəsi – kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələrini; milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarını; Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanmalarını təmin etməkdir.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsinə əsasən, məktəbə 4-cü sinifi bitirmiş, 12 yaşı tamam olmamış oğlanlar qəbul olunurlar.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik, bundan sonra zabitlərin ixtisas artırması üçün 2 illik akademik kurslardan ibarət təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb.

2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olmaq üçün 48 kursant yerinə 1227 nəfər namizəd müraciət edib, 1-ci yerə konkurs 26 nəfər olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12