Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azercell-in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir

08 Aprel 2019, 13:56 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. “I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keçirilməsinə yardım etmək istiqamətindəöz fəaliyyətini uğurla davam etdirir. Bu dəfə layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərinin ən uğurlu startap komandaları bəlli olub.

Şirkətdən SalamNews-a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan layihə Sumqayıt və Gəncədə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Sumqayıtda Heydər Əliyev Mərkəzində keçirilən startap turuna 100-dən çox iştirakçı qatılıb. Tədbirin əvvəlində informativ sessiya keçirilib, “I2B - İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib. Daha sonra təşkilatçılar tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazar araşdırılması kimi aktual məsələləri əhatə edən təlim keçirilib.

Növbəti mərhələdə iştirakçılardan ibarət komanda formalaşdırılıb və peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb. Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin qərarına əsasən “Part of me”, “Keep hot” və “Military modul” layihələrimüvafiq olaraq I, II və III yerlərə layiq görülüb.
Sumqayıtdan sonra növbəti startap turu Gəncədə baş tutub. Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes təlimi keçirilib və iştirakçılardan ibarət komandalar formalaşdırılıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən biznes sxemləri hazırlanıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim edib və hər çıxışdan sonra layihənin müzakirəsi, interaktiv sual-cavab keçirilib. Münsiflər region üzrə 1-ci yerə “Biobone”, 2-ci yerə “Sağlam qida”, 3-cü yerə isə “P4Y” (Platform for Youth) layihəsini layiq görüblər.
Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda ilk 3 yeri tutan komandalar layihədə nəzərdə tutulmuş əsas mükafatlara sahib olacaqlar. Bundan əlavə, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, sərmayələrin cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərdə iştirak etmə imkanları ilə təmin olunacaq.

Qeyd edək ki, Azercell və PAŞA Bank tərəfindən dəstəklənənBarama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda biznes innovasiyasını artırmağa, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək verir. Fəaliyyətinin 10 illiyini qeyd edəcək mərkəzin əsas məqsədi startapların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 İyun 2019, 13:52 (GMT +4)
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib

20 İyun 2019, 13:32 (GMT +4)
Sabah Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

20 İyun 2019, 13:22 (GMT +4)
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub

20 İyun 2019, 13:21 (GMT +4)
İran pilotsuz aparatın vurulmasını ABŞ-a göndərilən mesaj adlandırıb

20 İyun 2019, 13:11 (GMT +4)
Türkiyə məhkəməsi 2016-cı ildə baş vermiş çevriliş cəhdinin iştirakçılarına hökm oxuyub

20 İyun 2019, 13:04 (GMT +4)
“Caspian Energy”nin 20 illiyi Gürcüstanda geniş qeyd olunacaq

20 İyun 2019, 12:43 (GMT +4)
Ülvi Mehdiyev: BMT Bakıda keçiriləcək forumda 11 ölkəni mükafatlandıracaq

20 İyun 2019, 12:33 (GMT +4)
Dünya ölkələrini birləşdirəcək ASAN Beynəlxalq Assosiasiya yaradılır

20 İyun 2019, 12:05 (GMT +4)
Bolqarıstan Xalq Məclisinin sədri Azərbaycana gəlib

20 İyun 2019, 11:57 (GMT +4)
Tramp G-20 çərçivəsində Putinlə görüşmək planlarını təsdiqləyib

20 İyun 2019, 11:41 (GMT +4)
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

20 İyun 2019, 11:24 (GMT +4)
Gələn həftə Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

20 İyun 2019, 11:10 (GMT +4)
Qazaxıstanda “AN-2” təyyarəsi qəzaya uğrayıb

20 İyun 2019, 11:05 (GMT +4)
Zaqatala sakinindən beş kiloqrama yaxın marixuana götürülüb

20 İyun 2019, 10:57 (GMT +4)
Türkiyə Kaşıkçı cinayəti ilə bağlı BMT-nin hesabatını alqışlayır - XİN

20 İyun 2019, 10:43 (GMT +4)
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

20 İyun 2019, 10:33 (GMT +4)
Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

20 İyun 2019, 10:20 (GMT +4)
İran sərhədi pozan ABŞ-ın pilotsuz aparatını vurub

20 İyun 2019, 10:10 (GMT +4)
Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq

20 İyun 2019, 09:55 (GMT +4)
KİV: Məhəmməd Mursi məhkəmə zalında ölümə məhkum edildi

20 İyun 2019, 09:45 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 20 dəfə pozub

20 İyun 2019, 09:30 (GMT +4)
Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20 İyun 2019, 09:22 (GMT +4)
Türkiyə Mursinin ölümü ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək

20 İyun 2019, 09:10 (GMT +4)
“Tarixin canlı səhifələri” bu dəfə Tomris Xatun və Şəmsəddin Eldənizə həsr edilib

20 İyun 2019, 09:04 (GMT +4)
BMTÜTT-ün sessiyasının iştirakçılarına Azərbaycanın turizm potensialı tanıdılır

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12