“Bakcell” 10 milyonuncu sakinin dünyaya gəlişi münasibətilə təbrik edib06 Aprel 2019, 18:15 (GMT +4) Bakı, 6 aprel, SalamNews. Bu gün Azərbaycanın on milyonuncu sakini dünyaya göz açıb. Gecə saat 03:30 radələrində Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya göz açan körpə ölkəmizin on milyonuncu vətəndaşı adını qazanıb.
SalamNews xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell" bu münasibətlə Azərbaycan xalqını təbrik edir. "Bakcell" on milyonuncu sakinimizə "xoş gəldin" deyir, ona və ailəsinə cansağlığı, uğur və xoşbəxtlik arzulayır.
|