Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

"Formula 1" üzrə Azərbaycan Qran Prisi zamanı azarkeşlər üçün ayrılan marşrut avtobuslarının nömrələri müəyyənləşib

08 Aprel 2019, 17:33 (GMT +4)

Bakı, 8 aprel, SalamNews."Formula 1" üzrə Azərbaycan Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən "F1 Şəhərciyinə" və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən SalamNews-a verilən məlumata görə, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, 27-28 aprel tarixlərində trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar, 26-27-28 aprel tarixlərində isə 28 May, Sahil və İçərişəhər metro stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək. Digər metro stansiyaları normal iş rejimindən əlavə saatlarda yalnız çıxış üçün açıq olacaq.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər.

Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi – A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi.

Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır:

N.Nərimanov metro stansiyası – 28 May metro stansiyası (Salatın Əsgərova küçəsi) – 28 May metro stansiyası (Cəfər Cabbarlı küçəsi) – 28 May küçəsi (Səməd Vurğun bağı) – Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı).

Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək:

20-ci sahə – Bakı Su İdmanı Sarayı – Milli Bayraq Meydanı – Inturist oteli ilə üzbəüz dayanacaq (Bulvar tərəf saat 17:00-a qədər).

Bu avtobus 6 dəqiqəlik intervalla hərəkət edəcək.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Qeyd edək ki, aprelin 24-dən 29-a qədər dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4 günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel tarixlərində, saat 10:00-dan etibarən açıq olacaq.

Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şarl Lekler Formula 1 üzrə Belçika Qran-prisinin qalibi olub

Formula 1 üzrə Azərbaycan Qran-prisi gələn ilin iyun ayında keçiriləcək

Arif Rəhimov Monakoda "Formula 1"lə bağlı iqtisadi forumda iştirak edib

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi: Yarış həftəsonuna 85 min tamaşaçı gəlib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-a dair maraqlı faktlar açıqlanıb

Bakıda Formula 1-ə görə bağlanan yollar açılıb

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi məlum olub

Azərbaycan Prezidenti Formula 1-in açılış mərasimində iştirak edir 

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-un açılışının əsas özəllikləri açıqlanıb

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turu başa çatıb

Formula 1: "Ferrari"nin pilotu üçüncü sərbəst yürüşün də qalibi olub

Formula 1 iştirakçıları üçün Bakı bulvarında dron və robot nümayiş olunur

“Formula 1”: Üçüncü sərbəst yürüş başlayıb

“Formula 1”də növbəti qəza baş verib

AtaBank "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərir

Formula 1 Qran-Prisinin birinci sərbəst yürüşünun ləğv edilməsinə rəsmi aydınlıq gətirilib

Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza baş verib

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

Bu gündən “Formula 1 SOCAR Azərbaycan Qran-prisi” başlayır

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

16 Sentyabr 2019, 12:41 (GMT +4)
Аzərbaycan əhalisinin sayı açıqlanıb

16 Sentyabr 2019, 12:24 (GMT +4)
Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

16 Sentyabr 2019, 12:10 (GMT +4)
Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

16 Sentyabr 2019, 11:54 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə və ABŞ ehtiyat neftindən götürməyə başlayıblar

16 Sentyabr 2019, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda 300 nömrəli məktəbin açılışında iştirak edib

16 Sentyabr 2019, 11:26 (GMT +4)
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

16 Sentyabr 2019, 11:22 (GMT +4)
"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

16 Sentyabr 2019, 10:36 (GMT +4)
BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

16 Sentyabr 2019, 10:35 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

16 Sentyabr 2019, 10:16 (GMT +4)
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

16 Sentyabr 2019, 10:06 (GMT +4)
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

16 Sentyabr 2019, 09:45 (GMT +4)
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16 Sentyabr 2019, 09:41 (GMT +4)
Tramp Səudiyyədə neft təsisatlarına hücuma münasibət bildirib: Bilirik kim edib

16 Sentyabr 2019, 09:21 (GMT +4)
Elmar Məmmədyarov Avropaya yola düşüb

16 Sentyabr 2019, 09:07 (GMT +4)
Husilərin hücumundan sonra neftin qiyməti 19 faiz artıb

16 Sentyabr 2019, 09:00 (GMT +4)
Azərbaycanda yeni dərs ili başlayıb

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66