Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: Azərbaycanın NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlamasına dair məlumat həqiqətə uyğun deyil

08 Aprel 2019, 17:16 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. "Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil". 

SalamNews xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. 

"Vəziyyətin aydınlaşdırılması məqsədilə qeyd etmək istərdik ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır.

Bugünədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də, ümumiyyətlə, bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib. ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari ilin 4 aprel tarixində Vaşinqtonda NATO Baş katibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib, həmçinin Azərbayanın NATO-nun “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini vurğulayıb. Vurğulamaq istərdik ki, baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və Baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib.

Bununla yanaşı, son günlər Almaniya mətbuatına sızan məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir. Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır.

Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. Azərbaycan NATO üzv ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcəkdir", - XİN rəsmisi vurğulayıb.    


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12