Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

UNICEF: Azərbaycanda məktəbəqədər təhsil sahəsində müsbət irəliləyişlər müşahidə olunur

09 Aprel 2019, 14:22 (GMT +4)

Bakı, 9 aprel, SalamNewsBMT-nin Uşaq Fondunun (UNICEF) məktəbəqədər təhsil məsələlərinə dair ilk qlobal hesabatında dünyanın əksər ölkələri tərəfindən məktəbəqədər təhsil üçün lazımi vəsaitin ayrılmaması vurğulanır.

Hesabatda dünyada 175 milyondan çox uşağın – məktəb yaşına çatmamış uşaqların təxminən yarısının məktəbəqədər təhsilə cəlb edilməməsi səbəbindən bu cür vacib təhsil imkanlarından kənarda qaldığı barədə xəbərdarlıq olunduğu halda, qeyd edilib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir.

UNICEF-dən SalamNews-a bildirilib ki, Azərbaycandakı nümayəndəliyin rəhbəri Edvard Karvardin son üç ildə Azərbaycanda məktəbəhazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artımın qeydə alındığını bildirib. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici ötən il 75 faizə bərabər idi. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

UNICEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib.

UNICEF-in “Təhsilə hazır dünya: keyfiyyətli erkən təhsilin prioritetləşdirilməsi” adlı ilk qlobal hesabatında bildirilir ki, ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir.

Məktəbəqədər təhsilə cəlb edilməyən uşaqlarla müqayisədə bu cür təhsil müəssisələrinə gedən uşaqlarda oxumaq və saymaq bacarıqlarının erkən mərhələdə təxminən iki dəfə tez formalaşması ehtimal olunur. Məktəbəqədər təhsil proqramlarında daha çox uşağın iştirak etdiyi ölkələrdə ibtidai təhsili uğurla başa vuranların sayı əhəmiyyətli dərəcədə çoxdur.

Hesabatda qeyd olunduğu kimi, anaların savadlılıq səviyyəsi və coğrafi aspektlər uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsini müəyyənləşdirən əsas amillərdəndir. Bununla belə, bu kontekstdə ən vacib və həlledici amil qismində yoxsulluq göstərilir.

E.Karvardin bildirib ki, oynamaq, düşünmək, yaratmaq, sosiallaşmaq və təhsilin əsaslarına yiyələnmək imkanı verən keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilmiş uşaqlarda ibtidai təhsili uğurla başa vurmağa, ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxumağa, növbəti mərhələlərə keçməyə və fəal vətəndaş kimi formalaşmağa kömək göstərən bacarıqlar hərtərəfli inkişaf etdirilir.

2017-ci ildə dünya ölkələrində təhsilə ayrılmış büdcə vəsaitlərinin orta hesabla 6,6 faizi məktəbəqədər təhsil üçün nəzərdə tutulub. Bu ölkələrin təxminən 40 faizində isə ümumi təhsil büdcəsindən məktəbəqədər təhsil sektoru üçün 2 faizdən də az vəsait ayrılıb. Bundan fərqli olaraq Azərbaycanda dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitlərin 10 faizi məktəbəqədər təhsil üçün nəzərdə tutulub.

E.Karvardin qeyd edib ki, Azərbaycan sabahın iqtisadiyyatı üçün işçi qüvvəsinin rəqabətqabiliyyətli olmasını təmin etməyə çalışır və ən erkən yaşdan insan kapitalının inkişafına qoyulan hər bir sərmayə bu məqsədə nail olmaq üçün çox önəmlidir. Əgər biz uşaqlarımızın qloballaşan iqtisadiyyatda uğur əldə etməsi üçün ən yaxşı imkanlar yaratmaq niyyətindəyiksə, əlaqədar vəzifəli şəxslər məktəbəqədər təhsilin prioritetləşdirilməsi və bunun üçün müvafiq resursların ayrılması istiqamətində işlərini davam etdirməlidirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

17 İyul 2019, 14:48 (GMT +4)
Türkiyənin şərqində PKK minasına düşən iki uşaq həyatını itirib 

17 İyul 2019, 14:42 (GMT +4)
Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

17 İyul 2019, 14:33 (GMT +4)
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib

17 İyul 2019, 14:22 (GMT +4)
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17 İyul 2019, 14:14 (GMT +4)
Rusiyada azərbaycanlı həmyerlisini qətlə yetirib 

17 İyul 2019, 14:09 (GMT +4)
AQTA bağçalarda monitorinqlərə başlayıb

17 İyul 2019, 14:07 (GMT +4)
İran, Azərbaycan, Türkiyə və Rusiyanın Tehranda dördtərəfli toplantısı işinə başlayıb (FOTO)

17 İyul 2019, 14:04 (GMT +4)
Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12