Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BSU rektoru DTX-nin medalı ilə təltif olunub

09 Aprel 2019, 14:58 (GMT +4)

Bakı, 9 aprel, SalamNewsBakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının keçirilmiş geniş iclasında universitetin rektoru, professor Nurlana Əliyevaya Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” medalı təqdim olunub.

BSU-dan SalamNews-a verilən məlumata görə, medalı universitetin rektoru, professor Nurlana Əliyevaya DTX-nin rəsmiləri təqdim ediblər. Təqdimetmə mərasimində çıxış edən DTX-nin rəsmi nümayəndəsi medalın N. Əliyevaya Azərbaycan dövlətçiliyinin, ölkənin milli təhlükəsizliyinin qorunmasında göstərdiyi əvəzsiz xidmətlərə, vətənpərvər və təəssübkeş gənclərin tərbiyəsi sayəsindəki çoxillik ardıcıl fəaliyyətinə görə verildiyini bildirib. O, N. Əliyevanın müstəqil Azərbaycan dövlətinin formalaşmağa başladığı ilk günlərdən Ulu Öndər Heydər Əliyevin sədaqətli silahdaşlarından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün çağırışlarına ilk səs verən ən əqidəli insanlardan olduğunu vurğulayıb. DTX rəsmisi N. Əliyevanın Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasındakı xidmətlərini xüsusi vurğulayıb, bu gün həmin partiyanın Qadınlar Şurasına uğurla rəhbərlik etdiyini qeyd edib.  O həmçinin BSU rektorunun universitetə rəhbərlik etdiyi qısa zamanda dünyanın bir çox ali məktəbləri ilə, xarici ölkələrin Azərbaycandakı diplomatik korpusları ilə yüksək əlaqələrə nail olduğunu, ölkəmizin dünyada tanınması istiqamətində davamlı işlər gördüyünü bildirib. 

DTX rəsmisi BSU-nun Azərbaycan mədəniyyətinin, elminin, tarixinin, dilinin dünyada təbliği istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırıb və bunun dövlət orqanları tərəfindən yüksək qiymətləndirdiyini qeyd edib.

Sonra söz alan BSU rektoru Nurlana Əliyeva ona göstərilən diqqət və etimada görə dövlət başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, dövlət təhlükəsizlik orqanlarının ayıq-sayıq əməkdaşlarına dərin təşəkkürünü  bildirib. O, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun dövlətimizin başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Yeni Azərbaycan Partiyasının bütün rəhbərliyi və üzvləri tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb, dövlətimizin nüfuzunun dünya arenasında gündən-günə yüksəldiyini qeyd edib. N. Əliyeva bundan sonrakı bütün həyatını Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, inkişafına sərf edəcəyini söyləyib.

 

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Fevral 2020, 18:04 (GMT +4)
Şamaxıda zəlzələ olub

18 Fevral 2020, 17:57 (GMT +4)
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:51 (GMT +4)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

18 Fevral 2020, 17:48 (GMT +4)
Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

18 Fevral 2020, 17:47 (GMT +4)
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

18 Fevral 2020, 17:42 (GMT +4)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:31 (GMT +4)
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb

18 Fevral 2020, 17:27 (GMT +4)
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:25 (GMT +4)
Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

18 Fevral 2020, 17:15 (GMT +4)
Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

18 Fevral 2020, 17:06 (GMT +4)
Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

18 Fevral 2020, 16:58 (GMT +4)
Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

18 Fevral 2020, 16:34 (GMT +4)
Xaricdə yaşayan azərbaycanlı zərgərlərin vətənə qaytarılması təklif edilib

18 Fevral 2020, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

18 Fevral 2020, 16:20 (GMT +4)
Kreml Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib

18 Fevral 2020, 16:10 (GMT +4)
Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)
“CinemaPlus” sərfəli aksiya keçirir 

18 Fevral 2020, 16:00 (GMT +4)
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq

18 Fevral 2020, 15:49 (GMT +4)
Yəməndən gələn çəyirtkə hücumu Səudiyyədə ciddi fəsadlar törədib (VİDEO)

18 Fevral 2020, 15:44 (GMT +4)
MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

18 Fevral 2020, 15:30 (GMT +4)
Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

18 Fevral 2020, 15:17 (GMT +4)
Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlanılıb

18 Fevral 2020, 14:56 (GMT +4)
Azərbaycan 3 il ərzində qızıl və gümüş satışından 400 mln. manata yaxın vəsait cəlb edib

18 Fevral 2020, 14:39 (GMT +4)
ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

18 Fevral 2020, 14:23 (GMT +4)
Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

18 Fevral 2020, 14:18 (GMT +4)
Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

18 Fevral 2020, 14:13 (GMT +4)
"Aqrolizinq"də aparılan yoxlamalara rəsmi aydınlıq gətirilib

18 Fevral 2020, 14:07 (GMT +4)
Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

18 Fevral 2020, 13:58 (GMT +4)
Sinqapurda ev karantinini pozanlar cəzalandırılacaq

18 Fevral 2020, 13:35 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66