Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı mühüm təklif verib

10 Aprel 2019, 10:27 (GMT +4)

Bakı, 10 aprel, SalamNews. 8 Aprel tarixindən başlayaraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahında 8-ci İqtisadi və Sosial Şurası Gənclər Forumu öz işinə başlayıb.

Gənclər və İdman Nazirliyindən SalamNews-a verilən məlumata görə, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Baş Assambleyanın prezidenti xanım Maria Fernanda Espinosa Garces, BMT Baş katibinin Gənclər üzrə xüsusi nümayəndəsi Jayathma Vickramanayake və digər rəsmilərin qatıldığı forumda, Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və digər mövzular ətrafında fikir mübadilələri aparılmış, gələcək planlar müzakirə edilmişdir. Nazir Azad Rəhimov çıxışında bildirib: “2030 Gündəliyinin realizəsi üçün Dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır. 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 Gənc Səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də baş tutub. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizimdir.”

Çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən zəbt edildiyini və öz yurd- yuvalarından didərgin düşən insanların böyük əksərriyyətinin məhz gənclər olduğunu bildirdi. Plenar iclasda çıxış edən nazir Azad Rəhimov, Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən, görülən işlərdən və proqramlardan irəli gələn öhdəliklərdən danışıb. Çıxışının sonunda nazir Azad Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürdü.

Bununla yanaşı, ABŞ-a səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin Baş Katibinin Gənclər üzrə elçisi xanım Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Serbiya Respublikasının gənclər və idman naziri Vanja Udovicic, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Bugayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat ilə görüşlər keçirib. Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya mübadiləsi aparılmış, qarşılıqlı layihələr haqqında danışılmış və eyni zamanda, Rusiya və Azərbaycan arasında “Tələbə baharı” və digər layihələrin realizəsi mövzuları müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

Azad Rəhimov İƏT Gənclər paytaxtı Dəkkəni təbrik edib

Nazir Azad Rəhimov Zirvə Toplantısında çıxış edib

Nazir Azad Rəhimov gənc liderlərlə görüşüb

Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov: Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır

Azad Rəhimov Baş Assambleyaların məhz Zirvə Toplantılarından öncə keçirilməsini təklif etdi (FOTOLAR)

Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

Azad Rəhimov Beynəlxalq idman forumuna dəvət edilib

Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

Gənclər və İdman naziri Azad Rəhimov xüsusi mükafata layiq görülüb (FOTO)

Azad Rəhimov Strasburqa işgüzar səfərdədədir

Nazir Azad Rəhimov müsəlman gəncləri təbrik edib

Nazir Azad Rəhimov gənc şahmatçıları təbrik edib

Azad Rəhimov: İdmançılarımızın qazandığı medalların sayı bizi qane edir

Azad Rəhimov ordenlə təltif edilib

Azad Rəhimov media nümayəndələrini təbrik edib

Azad Rəhimov: İdman obyektləri və Atletlər kəndi festivala tam hazırdır

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

02 Dekabr 2020, 21:05 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

02 Dekabr 2020, 17:39 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtının beynəlxalq hava limanına aviazərbələr endirib

02 Dekabr 2020, 17:38 (GMT +4)
Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələnib

02 Dekabr 2020, 17:30 (GMT +4)
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib

02 Dekabr 2020, 17:21 (GMT +4)
Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

02 Dekabr 2020, 17:15 (GMT +4)
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub

02 Dekabr 2020, 17:11 (GMT +4)
Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”

02 Dekabr 2020, 17:08 (GMT +4)
Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar 

02 Dekabr 2020, 16:59 (GMT +4)
Biləsuvarda sexdən 1 790 manatlıq avadanlıq oğurlayan şəxs tutulub

02 Dekabr 2020, 16:54 (GMT +4)
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı barədə danışılıb

02 Dekabr 2020, 16:50 (GMT +4)
İranın nüvə aliminə qarşı terroru törədənlərin bir neçəsinin kimliyi müəyyənləşib

02 Dekabr 2020, 16:43 (GMT +4)
"Qızılağac" Milli Parkında qanunsuz balıq ovlayan şəxs tutulub

02 Dekabr 2020, 16:30 (GMT +4)
Goranboyda yanğın olub, ölən və yaralanan var

02 Dekabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlanıb

02 Dekabr 2020, 16:10 (GMT +4)
BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

02 Dekabr 2020, 15:53 (GMT +4)
Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

02 Dekabr 2020, 15:41 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 15:20 (GMT +4)
TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

02 Dekabr 2020, 15:14 (GMT +4)
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 15:05 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda da azalıb

02 Dekabr 2020, 14:45 (GMT +4)
Laçının Qarıqışlaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 14:38 (GMT +4)
TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib

02 Dekabr 2020, 14:37 (GMT +4)
“Qarabağ” ordeninin statutu müəyyənləşib

02 Dekabr 2020, 14:28 (GMT +4)
MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:12 (GMT +4)
Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

02 Dekabr 2020, 14:05 (GMT +4)
Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

02 Dekabr 2020, 13:58 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

02 Dekabr 2020, 13:40 (GMT +4)
ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

02 Dekabr 2020, 13:24 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq

02 Dekabr 2020, 13:14 (GMT +4)
Azərbaycan qızıl ixracından gəlirini 12 % artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66