Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib

11 Aprel 2019, 13:15 (GMT +4)

Bakı, 11 aprel, SalamNews. Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub.

Universitetdən SalamNews-a bildirilib ki, “Macarıstanın Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib. ADA Universitetində keçirilən mərasimdə səfir ölkəsinin Prezidenti Yanoş Aderin adından təbrikləri çatdırıb və mükafatı təqdim edib. O vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.

Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O deyib: “Hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirmək vacibdir ki, gələcəyimiz əmin əllərdə olsun”.

Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın xarici siyasət və ticarət naziri Peter Siyartonun ADA Universitetindəki çıxışı barədə yüksək təəssüratını bölüşüb. O qeyd edib ki, nazir ADA-nın tələbə və müəllim heyəti qarşısındakı çıxışını və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yaddaqalan hissəsi kimi xatırlayır.

Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırlayıb və bildirib ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi.

Tərəflər ADA Universitetinin Macarıstanın hazırda üç ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq anlaşmalarının nəticələrini nəzərdən keçirib, artan sayda tələbə və müəllim heyəti üzvünün mübadilə proqramlarında iştirakını məmnunluqla qeyd ediblər. Vurğulanıb ki, ADA Macarıstan universitetlərinə 27 nəfər göndərməklə, qarşı tərəfin 7 tələbəsini mübadilə semestrlərinə qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını bildirilər. ADA Universitetində Vışeqrad Qrupunun 25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hafiz Paşayev Prezidentdən XİN başçısının müavini vəzifəsindən azad olunmasını xahiş edib

Hafiz Paşayev: ADA Universitetində yeni binalar inşa olunur

Hafiz Paşayev "Şərəf" ordeni ilə təltif edilib

Hafiz Paşayev: “ADA-da təhsil alan rusiyalı tələbələrin sayı digər ölkələrin tələbələrindən daha çoxdur”

Türkmənistan və Azərbaycan arasında əlaqələr daha da güclənir - Hafiz Paşayev

15 Fevral 2020, 18:27 (GMT +4)
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

15 Fevral 2020, 17:57 (GMT +4)
Hərbi qulluqçumuz şəhid olub

15 Fevral 2020, 17:00 (GMT +4)
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

15 Fevral 2020, 16:53 (GMT +4)
Səudiyyənin Yəmənin əl-Couf əyalətinə aviazərbələrində ölənlərin sayı 41-ə çatıb

15 Fevral 2020, 16:53 (GMT +4)
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

15 Fevral 2020, 16:46 (GMT +4)
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

15 Fevral 2020, 16:37 (GMT +4)
Trampın məsləhətçisi koronavirusun ABŞ iqtisadiyyatına təsirindən danışıb

15 Fevral 2020, 16:27 (GMT +4)
Gömrükdə külli miqdarda xarici valyuta aşkarlanıb

15 Fevral 2020, 16:15 (GMT +4)
Mövlud Çavuşoğlu: Türkiyə nümayəndə heyəti fevralın 17-də Rusiyaya gedəcək

15 Fevral 2020, 16:06 (GMT +4)
MSK sədri: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

15 Fevral 2020, 15:47 (GMT +4)
İran Ukrayna təyyarəsinin qara qutusunu xarici dövlətlərə verməyəcəyini bildirib

15 Fevral 2020, 15:40 (GMT +4)
Fransa səfiri: Azərbaycan beynəlxalq idman arenasında mühüm rol oynayır

15 Fevral 2020, 15:35 (GMT +4)
Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı tapşırıqlar verib

15 Fevral 2020, 15:22 (GMT +4)
İsmayıllı sakinlərindən silah götürülüb

15 Fevral 2020, 15:13 (GMT +4)
ABŞ AB-dən idxal edilən təyyarələrə rüsumları artırır

15 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ bazasına hücumla bağlı Vaşinqtonun özünün etiraf etməsini istəyirik - Sepah

15 Fevral 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər

15 Fevral 2020, 14:52 (GMT +4)
Naxçıvanda əhalinin sayı 460 minə yaxınlaşıb

15 Fevral 2020, 14:46 (GMT +4)
Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

15 Fevral 2020, 14:41 (GMT +4)
Məzahir Pənahov: MSK hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradır

15 Fevral 2020, 14:40 (GMT +4)
Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

15 Fevral 2020, 14:40 (GMT +4)
Haitidə yanğında ölən uşaqların sayı artıb

15 Fevral 2020, 14:35 (GMT +4)
Azərbaycan Triatlon Federasiyası ön sıralarda qərarlaşıb

15 Fevral 2020, 14:29 (GMT +4)
Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

15 Fevral 2020, 14:17 (GMT +4)
Maduro Quaydonun həbs ediləcəyinə söz verib  

15 Fevral 2020, 14:05 (GMT +4)
Əfqanıstan hökuməti ABŞ-la Talibanın sülh danışıqlarına ümidvar olduğunu bildirib

15 Fevral 2020, 13:52 (GMT +4)
Çinin hər yerindən 25 mindən çox həkim Hubeyə gəlib

15 Fevral 2020, 13:34 (GMT +4)
ABŞ və Rusiya "START-3"ün uzadılmasını müzakirə edib

15 Fevral 2020, 13:30 (GMT +4)
Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib

15 Fevral 2020, 13:23 (GMT +4)
Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66