Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ARDNF jurnalistlər üçün yazı müsabiqəsi elan edib

10 Aprel 2019, 17:27 (GMT +4)

Bakı, 10 aprel, SalamNews.  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.

SalamNews xəbər verir ki, müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:

Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu;

Suveren fondların makroiqtisadi stabilliyin təminatında rolu və ölkə iqtisadiyyatın inkişafında yeri;

Hesabatlılıq və şəffaflığın suveren fondların fəaliyyətində əhəmiyyəti.

Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat

II yer - 1 nəfər - 800 manat

III yer - 1 nəfər - 500 manat

Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat

Müsabiqə mükafatçılarının adları 20 iyul 2019-cu ilədək açıqlanacaq.

Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;

Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

İfadə vasitələrinin zənginliyinə;

Oxucu üçün informasiyalılıq dərəcəsinə;

Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 10 aprel 2019-cu il tarixindən 10 iyul 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə“Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd:

Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;

yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;

materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi(nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Müsabiqəyə yazılar ms.musabiqe@gmail.com elektron ünvanına göndərilməlidir.

Təqdimatda yer almalıdır:

Müsabiqə yazısı ("Word" faylında, imzasız);

Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);

Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";

Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);

Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 10 aprel 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə telefonu:

(012) 441 35 30

(055) 201 99 26

(012) 498 77 53 (1820/1824)


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARDNF neft-qaz layihələrindən 146 milyard dollardan çox gəlir əldə edib

ARDNF valyuta satışını 12% azaldıb

ARDNF Ümumdünya Qızıl Şurasının hesabatında Azərbaycanın yer almamasına aydınlıq gətirib

ARDNF bu ilin əvvəlindən aktivlərini 10%-dən çox artırıb

ARDNF investisiyaların əksər hissəsini Avropa ölkələrinə yatırıb

ARDNF-ın illik maliyyə hesabatlarının Prezidentə təqdim edilmə müddəti dəyişib

Novruz Məmmədov növbəti müddətə ARDNF Müşahidə Şurasının sədri seçilib

ARDNF ötən ay valyuta hərraclarında 315,9 milyon dollar satıb

ARDNF ötən ay 352,4 milyon dollar valyuta satıb

ARDNF-də “Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi baş tutub

ARDNF ötən ay 423,7 milyon dollar valyuta satıb

ARDNF “Şahdəniz”dən əldə edilən gəliri açıqlayıb

ARDNF-nin vəsaitlərinin həcmi ilk dəfə 40 milyard dolları keçib

ARDNF ötən ay 600,5 milyon dollar valyuta satıb

ARDNF açıqlama yayıb

ARDNF bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Ötən il ARDNF-in aktivləri artıb

ARDNF valyuta satışı ilə bağlı açıqlama yayıb

ARDNF-in 2019-cu il büdcəsinin gəlirləri və xərcləri təsdiqlənib

ARDNF-nin yaradılmasından 19 il ötür

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12