Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Azərbaycan Mətbuat Şurası KİV-ə müraciət edib

10 Aprel 2019, 16:52 (GMT +4)

Bakı, 10 aprel, SalamNews. Azərbaycan Mətbuat Şurası Bakıda şagirdin məktəb binasından özünü ataraq intihar etməsi ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.

SalamNews daxil olan müraciət mətnində deyilir:

"Son günlər bəzi internet media reruslarında və müxtəlif sosial şəbəkə profillərində162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ətrafında çoxsaylı materiallar yayımlanmaqdadır. Əlbəttə, ikincilərin hadisənin həssaslığına diqqət yetirməməsi müəyyən mənada anlaşılandır. Ancaq medianın reytinq naminə məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir. Mətbuat Şurası olaraq biz dəfələrlə mövcud istiqamətdə tövsiyələr vermiş, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq.

Bir daha bəyan edirik ki, intihar hallarına dair materiallar yayımlayarkən hadisənin cəmiyyətdə doğuracağı reaksiyanı düşünmək mütləqliyi jurnalistikanın təməl prinsiplərindən irəli gəlir. Ümumən jurnalistikanın prinsipləri tələb edir ki, faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə olaylara cəlb edilmiş uşaqların və yeniyetmələrin kimliyi mütləq qorunmalıdır, onların foto şəkilləri, video-görüntüləri yayılmamalıdır".

Məlumatda təəssüflə qeyd olunub ki, Elina Hacıyeva ilə bağlı məsələdə bu tələbə əməl edilmədi: "Hazırkı durumda bəzi media orqanlarının yanaşması baş vermiş hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hadisədə bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, hadisə ilə bağlı təqdimatları izləyən digər cəmiyyət üzvlərinin, xüsusən də Elinanın həmyaşıdlarının mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var.

Bəzi media orqanlarında E.Hacıyevanın foto-görüntüləri ilə yanaşı, onun intihar anını əks edildiyi iddia olunan video-görüntülər də yayımlanmaqdadır. Burada əlaqədar qurumlar üzərinə düşən vəzifələrin icrasında məsuliyyətli davranmalıdırlar. Cəmiyyətin informasiya almaq hüququnu məhdudlaşdırmamaq şərtilə gənclərlə və yeniyətmələrlə bağlı faciələrin, intihar hallarının doğura biləcəyi reaksiya onlar tərəfindən də düzgün hesablanmalı, hansı foto, yaxud video-görüntünün yayıla biləcəyinin mümkünlüyü ciddi nəzərə alınmalı, həmin görüntülərin insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bu iş peşəkar qurulmalı, hansısa inzibatçılıqla aparılmamalı, yalnız qanunçuluğa söykənməlidir.

Azərbaycan Mətbuat Şurası bir daha internet media resurslarının təmsilçilərinə müraciət edərək onları öz üzərilərinə düşən missiyaya həssas yanaşmağa, qeyd etdiyimiz məsələləri mütləq qaydada nəzərə almağa çağırır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Mətbuat Şurası Gürcüstan parlamentinə müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd edilib

Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib    

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

Azərbaycan Mətbuat Şurasının rəhbərliyi mərhum jurnalistlərin məzarlarını ziyarət edib

Azərbaycan Mətbuat Şurasının icraçı katibi istefa verib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclas keçirib

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı laureatlarının adları məlum olub

Azərbaycan Mətbuat Şurası jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurası ahıl jurnalistin 70 yaşını qeyd edib

Azərbaycan Mətbuat Şurası Ukrayna hökumətinə və səfirliyinə müraciət edəcək

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurası KİV-lərə müraciət edib

Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetini 95 illik yubileyi münasibətilə təbrik edib

İstanbul Universitetinin nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

ABŞ səfirliyi Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

Azərbaycan Mətbuat Şurasında «qaynar xətt» fəaliyyətə başlayıb

24 Fevral 2020, 18:00 (GMT +4)
Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutulub

24 Fevral 2020, 17:52 (GMT +4)
İsrailin Dəməşqə hücumunda iki fələstinli hərəkatçının həlak olduğu bildirilib

24 Fevral 2020, 17:42 (GMT +4)
Sumqayıtın nəqliyyat sistemində yenilik edilib

24 Fevral 2020, 17:38 (GMT +4)
Türkiyə və Azərbaycan arasında Güzəştli Ticarət Sazişi imzalanacaq

24 Fevral 2020, 17:30 (GMT +4)
AzTU-nun tələbəsi Avrasiya çempionu olub

24 Fevral 2020, 17:25 (GMT +4)
İtaliyada koronavirusdan ölənlərin sayı beşə çatıb

24 Fevral 2020, 17:17 (GMT +4)
Koronavirus təhlükəsi ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri sərhəd məntəqələrində olublar

24 Fevral 2020, 17:10 (GMT +4)
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb

24 Fevral 2020, 16:57 (GMT +4)
BBC News: "Brexit" səbəbiylə İngiltərə vətəndaşlarının pasportunun rəngi dəyişəcək

24 Fevral 2020, 16:43 (GMT +4)
Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

24 Fevral 2020, 16:36 (GMT +4)
İraqda İŞİD liderinə yaxın 3 terrorçu məhv edilib, yeddisi ələ keçib

24 Fevral 2020, 16:35 (GMT +4)
İrandan Azərbaycana gələn iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib

24 Fevral 2020, 16:29 (GMT +4)
Azərbaycan universitetlərinin sərgisi keçirilib

24 Fevral 2020, 16:23 (GMT +4)
Artur Rasizadə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

24 Fevral 2020, 16:19 (GMT +4)
Assanj ABŞ-a ekstradisiyası ilə bağlı iclas üçün London məhkəməsinə gəlib

24 Fevral 2020, 16:11 (GMT +4)
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24 Fevral 2020, 15:59 (GMT +4)
Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

24 Fevral 2020, 15:58 (GMT +4)
Texasda baş verən atəşma nəticəsində 7 nəfər xəsarət alıb

24 Fevral 2020, 15:40 (GMT +4)
Tramp ABŞ-ın Hindistana 3 milyard dollar dəyərində hərbi vertolyot və avadanlıq verəcəyini açıqlayıb

24 Fevral 2020, 15:29 (GMT +4)
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar (RƏSMİ)

24 Fevral 2020, 15:26 (GMT +4)
Aviazərbələrə cavab olaraq, Qəzzadan İsrailə raketlər atılıb

24 Fevral 2020, 15:12 (GMT +4)
Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

24 Fevral 2020, 14:50 (GMT +4)
AB koronavirusla mübarizədə maliyyə vəsaitini artıracaq

24 Fevral 2020, 14:36 (GMT +4)
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

24 Fevral 2020, 14:29 (GMT +4)
Bakı-Rusiya yeni avtomobil yolunun ilk hissəsi yayda yekunlaşacaq

24 Fevral 2020, 14:25 (GMT +4)
İranda koronavirusa yoluxanlardan ikisi sağalaraq evə buraxılıb

24 Fevral 2020, 14:25 (GMT +4)
Naxçıvan Ali Məclisinə sədr seçilib

24 Fevral 2020, 14:15 (GMT +4)
"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

24 Fevral 2020, 14:10 (GMT +4)
Çin səfiri koronavirusa qarşı peyvənd hazırlandığını açıqlayıb

24 Fevral 2020, 13:55 (GMT +4)
ABŞ prezidenti Hindistanın Əhmədabad şəhərinə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66