Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün müsəlmanların 4-cü imamı həzrət Səccadın (ə) mövlududur

11 Aprel 2019, 09:22 (GMT +4)

Bakı, 11 aprel, SalamNews, B. Samid. Bu gün müsəlmanların 4-cü imamı həzrət Əli ibni Hüseyn əs-Səccadın dünyaya gələn günüdür.

SalamNews xəbər verir ki, imam hicri-qəməri təqvimi ilə 38-ci ildə şaban ayının 5-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib və elə Mədinədə də şəhid edilib.

İmamın şəhid edilmə tarixi də hicri-qəməri təqviminin 95-ci ilinin məhərrəm ayına təsadüf edir.

Dördüncü imamın məzarı Mədinədə Bəqi qəbirsanlığında əmisi İmam Həsən, övladı İmam Baqir və nəvəsi İmam Sadiqin məzarlarının yanındadır.

İmam Səccad Kərbəla hadisəsində 22 yaşında idi. Xəstə olduğundan Yezid və Ubeydullah ibni Ziyadın məmurları onu öldürməkdə israrlı deyildilər.

Dördüncü imam həzrət Səccad Kərbəladan Mədinəyə döndükdən sonra ömrünün qalan hissəsini (34 il) tələbələr yetişdirmək, qullar alıb təlim-tərbiyə edib daha sonra cəmiyyətə fayda verə bilən bir insan kimi onları azad etmək, dualar və münacatları yazmaq və onları təlim etmək, pərakəndə olmuş Əli övladlarını başına yığmaq və sair xidmətlərlə həsr etdi.

İmamın ləqəbləri onun mənəvi məqamının göstəricisidir. Onun ləqəbləri arasında “Səcdə edənlərin ağası”, “Abidlərin zinəti”, “Səccad” , Zus-Səfinat” və sair ləqəblər var.

Maraqlı budur ki,  “Zus-Səfinat” ləqəbi tanınmış Avropa alimlərindən olan Etan Kolberqın 1987-ci ildə çap edilmiş “Western studies of Shi`a Islam” əsərində gəlib. Alim İmam Səccadın həyatını qələmə alarkən bu ləqəbin üzərində daha çox dayanır və onu izah etməyə çalışır.

"Səfinat" sürtülmə səbəbindən insanın bədənində yaranan döyənək və qabarlara deyilir. "Zu" isə sahib və malik anlamındadır. Avropalı alim imamın bədənində bu əlamətlərin olmasını gecələri ibadətlə keçirmək və çiynində yoxsullara durmadan ərzaq daşımaqla əlaqələndirib.

İmamın ibadəti o qədər çox idi ki, ona abidlərin zinəti, çox səcdə edən ləqəbləri verilmişdi. Məhz bu ibadətlər səbəbindən imamın əl, ayaq, alın və bədəninin başqa yerlərində qabarıqlar var idi.

Dördüncü imamın məzarı digər 3 imamla birgə Mədinə şəhərində Peyğəmbər məzarından 300-400 metr kənarda Bəqi qəbirsanlığında yerləşir. Sonuncu dəfə 1926-cı ildə radikal vəhhabilər 4 imamın məzarları üzərində olan məqbərəni dağıblar. İndiyədək hələ də bu məzarlar acınacaqlı vəziyyətdə qalmaqdadır.

Müxtəlif müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da inanclılar 4-cü imamın mövludunu qeyd edirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Bərdədə top mərmisi tapılıb (FOTO)

Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

“Kənddən Şəhərə” yarmarkası davam edir

Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

22 Avqust 2019, 15:10 (GMT +4)
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22 Avqust 2019, 15:10 (GMT +4)
Ukraynanın ABŞ-dakı səfirliyi G7 liderlərinə müraciət edib

22 Avqust 2019, 14:57 (GMT +4)
Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb

22 Avqust 2019, 14:47 (GMT +4)
Nazir müavini: bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

22 Avqust 2019, 14:31 (GMT +4)
Məhəmməd Cavad Zərif: Müharibəni başladan biz olmayacağıq 

22 Avqust 2019, 14:23 (GMT +4)
Avropa İttifaqı Rusiyanın G8-ə qayıtmasına qarşı çıxır

22 Avqust 2019, 14:18 (GMT +4)
Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

22 Avqust 2019, 14:08 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12