Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

12 Aprel 2019, 15:28 (GMT +4)

Bakı, 12 aprel, SalamNews. Aprelin 12-də Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın "Senate Publishing" nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. Bildirib ki, bu kitabda Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin bütün sahələrinə dair məlumatlar yer alıb. İki ölkə arasında əlaqələrə toxunan R.Hüseynzadə bu münasibətlərin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, bu əlaqələrin dərin tarixi kökləri var. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri ilə iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Həsənov bu münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib. Azərbaycan və Böyük Britaniya təhsil sahəsində də uğurlu əməkdaşlıq edirlər. Çoxsaylı azərbaycanlı tələbələr bu ölkədə təhsil alır.

Sonra BP şirkətinin baş icraçı direktoru Bob Dadlinin tədbir iştirakçılarına təbriki səsləndirilib. Təbriki “BP Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli oxuyub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışıb. Qeyd edib ki, müstəqillik dövründə Azərbaycan-Britaniya əlaqələri daha da genişlənib. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ölkələrimizin münasibətlərində inkişafın yeni mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Bu gün BP şirkəti dünyada enerji sahəsində fövqəladə rola malikdir. Azərbaycan və Böyük Britaniya münasibətləri digər Avropa ölkələri üçün nümunədir.

"Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans iki ölkə arasındakı münasibətlərdən söhbət açıb. Bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında dərin dostluq münasibətləri, sıx iqtisadi əməkdaşlıq əlaqələri var. Azərbaycanda Böyük Britaniyanın 500-ə yaxın şirkəti fəaliyyət göstərir. Əminik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Britaniyanın Cəbəli-Tariq muxtariyyəti İranın neft gəmisini sərbəst buraxıb

Britaniya İranın neft gəmisini sərbəst buraxır - KİV

İraq baş naziri İran və Britaniya arasında vasitəçilik etməyə başlayıb

İran KİV-ləri Britaniya hərbi qayığının SEPAH-dan «qaçması» görüntülərini yayımlayıblar (VİDEO)

Britaniya və ABŞ-ın təşkilatçılığı ilə Bəhreyndə Hörmüz boğazı ilə bağlı toplantı keçirilir

Sepah Britaniya gəmisinin ələ keçirilməsinin yeni görüntülərini yayımlayıb (VİDEO)

BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir

Böyük Britaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

Böyük Britaniyada "kobra" anti-böhran toplantısı keçiriləcək

İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

Britaniya neft gəmilərinə Hörmüzdən keçməməyi tövsiyə edib

Britaniyanın Cəbəli-Tariq muxtariyyəti İran neft gəmisinin saxlanılma müddətini artırıb

Britaniya Sepah tərəfindən bir neft gəmisinin saxlanılmasına münasibət bildirib

Ayətullah Xamenei Britaniyanın İran neft gəmisini saxlamasına sərt reaksiya verib

Britaniya İranın neft gəmisinin sərbəst buraxılmasının şərtini açıqlayıb

Britaniya İranın neft gəmisinin ekipajını azad edib

Britaniya rəsmən etiraf etsin ki ABŞ-ın köləsidir - Cavad Zərif

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12