Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Seulda bir sıra görüşlər keçirib

11 Aprel 2019, 15:02 (GMT +4)

Bakı, 11 aprel, SalamNews.  Koreyanın paytaxtı Seul şəhərində keçirilən DYƏT Baş Direktorlar Konfransının XXXIV iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər keçirib.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayevlə keçirilən görüşdə çıxış edən Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, ikitərəfli əməkdaşlığln genişləndirilməsi istiqamətində görülən işlər, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğu haqqında danışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SalamNews-a verilən məlumata görə, Ggörüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.

Daha bir görüş “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Çin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan arasında kecirilib.

Görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında BTNM-in əhəmiyyəti haqında müzakirələr aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir Anlaşma Memorandumu” imzalanıb. Çinin “Bir kəmər-bir yol” təşəbbüsünün reallaşmasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən ölkələrdəndir.

Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin “Bir Kəmər - Bir yol” təşəbbüsü ilə uzlaşır.

Sonra Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının istiqamətlərindən olan və tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.

Cin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdiyinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla minnnətdarlıq edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Cavid Qurbanov fiziki məhdudiyyətli istedadlı şəxslərlə görüşüb

Cavid Qurbanov gənc kadrları işlə təmin edib

Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub

Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

Cavid Qurbanov: Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir

Cavid Qurbanov Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru ilə görüşüb

Cavid Qurbanov DYƏT Baş Direktorlar Konfransının iclasında iştirak edir

Cavid Qurbanov Qəzvin-Rəşt dəmir yolu xəttinin açılışına qatılmaq üçün İrana gedib

Cavid Qurbanov: Azərbaycan dəmir yolları daha da inkişaf edəcək

Cavid Qurbanov: Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq

Cavid Qurbanov Vyanada əməkdaşlıq perspektivlərini müzakirə edib

Cavid Qurbanov Moskvada medalla təltif olunub

Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Cavid Qurbanov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb (FOTO)

Lokomotiv parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır - Cavid Qurbanov

Cavid Qurbanovla bağlı yayılan məlumatlar rəsmən təkzib edilib

Cavid Qurbanov səsvermədə iştirak edib (FOTO)

Cavid Qurbanov: Orta Asiya ölkələri BTQ dəmir yolu layihəsinə böyük maraq göstərir

Cavid Qurbanov: BTQ region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək

Cavid Qurbanov: “Dəmir yolunda müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb”

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66