Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AmCham Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar təşəbbüsünü alqışlayır

11 Aprel 2019, 16:59 (GMT +4)

Bakı, 11 aprel, SalamNews. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini dəstəkləyir.

SalamNews xəbər verir ki, AmCham-ın İcraçı direktoru xanım Natəvan Məmmədova qeyd edib ki, müvafiq Fərman məhkəmə hakimiyyəti sahəsində islahatların dərinləşdirilməsi və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm yol xəritəsidir. Fərman, həmçinin, məhkəmələrdə qərəzsizlik və şəffaflığın daha da artırılmasını təmin edəcək.

Fərmanın iqtisadi əhəmiyyəti barədə də fikir bildirən xanım Məmmədova qeyd edib ki, Fərman Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsi və sürətləndirilməsində mühüm rol oynayacaqdır. “Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkili, beynəlxalq arbitraj prosedurlarının təşviqi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, habelə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək və bu da sahibkarların fəaliyyətinə öz müsbət töhfəsini verəcəkdir”, - xanım Məmmədova bildirib.

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa da münasibət bildirən Natəvan Məmmədova qeyd edib ki, müvafiq Qanunun qəbul edilməsi hüquq sistemində əhəmiyyətli islahat kimi qiymətləndirilməlidir. Xanım Məmmədova onu da əlavə edib ki, mediasiya institutu Azərbaycanda mübahisələrin alternativ üsulla həllinə şərait yaradacaq bir yenilikdir və Qanunun tətbiq edilməsi mübahisələrin həllində yeni mərhələyə təkan verəcək. “Bu institutun məhkəmələrdən əsas fərqi odur ki, mübahisələr mediatorlar vasitəsilə məhkəməyə çatmadan həll edilə biləcək. Ona görə də, bu həm şəffaflığın təmin olunmasına, həm də ictimai etimad mühitinin dərinləşməsinə səbəb olacaqdır”, - o bildirib.

AmCham-ın İcraçı direktoru onu da qeyd edib ki, Fərmanda əksini tapan müvafiq islahatlardan bir çoxu 2018 və daha öncəki illərdə AmCham-ın hazırladığı və Azərbaycan Respublikasının hökumətinə təqdim etdiyi Ağ Sənədlərdə öz əksini tapmışdır. “Bizim üçün olduqca sevindirici haldır ki, elektron məhkəmə sisteminin tətbiqi, ölkəmizdə ixtisaslaşmış məhkəmələrin yaradılması, beynəlxalq arbitraj prosedurlarının təşviqi, hakimlərin və məhkəmə işçilərinin maddi təminatının yaxşılaşdırılması, özəl icra qurumlarının təşkili və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının hökumətinə təqdim etdiyimiz təkliflər bu gün müvafiq normativ hüquqi akt və qanunvericilik sənədlərində öz əksini tapır. Mən inanıram ki, bu tədbirlərin həyata keçirilməsi ölkədəki biznes mühitinə əhəmiyyətli töhfə verəcək və yeni investisiyaların təşviqinə şərait yaradacaqdır”, - xanım Məmmədova qeyd edib.

AmCham Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər bir sektorunda fəal olan 260-dan çox üzv şirkəti özündə birləşdirir. AmCham ölkədə bütün xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AmCham”ın Satınalmalar Komitəsinin iclası keçirilib

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

Mikayıl Cabbarov “AmCham Azərbaycan”nın üzvləri ilə görüşüb

"AmCham" Azərbaycan hökumətinə yeni təkliflər təqdim edib

AmCham koronavirusla mübarizəyə dəstək verir

Ülvi Mehdiyev AmCham Azərbaycanın növbəti görüşündə iştirak edib

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

AmCham ölkədə biznes mühitinin yaxşılaşdırılması mövzusunda tədbir təşkil edib

Birinci vitse-prezidentin köməkçisi “AmCham”ın üzvləri ilə görüşüb

AQTA sədri AmCham-ın üzvləri ilə görüşüb

Nazir “AmCham”in nümayəndələri ilə görüşüb (FOTOLAR)

“AmCham Azərbaycan” Əqli Mülkiyyət Hüquqlarının müdafiəsinə hörmətlə yanaşır

“Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib

Ekologiya və Təbii Sərvətlər naziri AmCham Azərbaycan üzvləri ilə görüşüb

ƏƏSMN-də “AmCham"ın nümayəndələri ilə görüş keçirilib

Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb

ABŞ-ın yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

“AmCham” etika və komplayens mövzusunda növbəti konfransını keçirib

Azərbaycan Vəkillər Kollegiyasının sədri “AmCham”ın üzvləri ilə görüşüb

21 Sentyabr 2020, 18:10 (GMT +4)
“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

21 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanda daha 92 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

21 Sentyabr 2020, 17:53 (GMT +4)
Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

21 Sentyabr 2020, 17:38 (GMT +4)
Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

21 Sentyabr 2020, 17:38 (GMT +4)
İraq Fransadan külli miqdarda silah alacağını bildirib

21 Sentyabr 2020, 17:26 (GMT +4)
“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edilib

21 Sentyabr 2020, 17:15 (GMT +4)
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrılıb

21 Sentyabr 2020, 17:08 (GMT +4)
Bakıda kişini elektrovoz vuraraq öldürüb

21 Sentyabr 2020, 16:56 (GMT +4)
Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

21 Sentyabr 2020, 16:55 (GMT +4)
Qaxda 2 ton narkotik vasitə məhv edilib

21 Sentyabr 2020, 16:47 (GMT +4)
Türkiyə prezidenti yunan qəzetinə qarşı iddia qaldırıb

21 Sentyabr 2020, 16:25 (GMT +4)
Rusiya Fransa üzərində müşahidə uçuşu həyata keçirəcək

21 Sentyabr 2020, 16:19 (GMT +4)
DİM rezidenturaya ixtisas seçimi ilə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 16:00 (GMT +4)
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 15:53 (GMT +4)
Rusiya və Türkiyə hərbçiləri Suriyada ortaq təlim həyata keçirib

21 Sentyabr 2020, 15:52 (GMT +4)
İranda son sutkada 177 koronavirus xəstəsinin ölümü qeydə alınıb

21 Sentyabr 2020, 15:41 (GMT +4)
Finlandiyanın “Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

21 Sentyabr 2020, 15:26 (GMT +4)
Tovuzda şəhid çavuşla vida mərasimi keçirilib - FOTOREPORTAJ

21 Sentyabr 2020, 15:10 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

21 Sentyabr 2020, 15:07 (GMT +4)
ASA sığortaçılardan ibarət “Ekspert qrupu” yaradıb

21 Sentyabr 2020, 14:56 (GMT +4)
Ceyhun Bayramov erməni təxribatı ilə bağlı moldovalı həmkarına məlumat verib

21 Sentyabr 2020, 14:53 (GMT +4)
Taliban Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələrinə hücum edib, 26 ölü var

21 Sentyabr 2020, 14:52 (GMT +4)
YAP bəyanat yayıb

21 Sentyabr 2020, 14:46 (GMT +4)
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

21 Sentyabr 2020, 14:40 (GMT +4)
Rusiya apteklərində COVID-19 preparatının satışları başlayıb

21 Sentyabr 2020, 14:17 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 1,1 milyonu keçib

21 Sentyabr 2020, 14:10 (GMT +4)
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər

21 Sentyabr 2020, 14:05 (GMT +4)
Sərbəst güləş üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

21 Sentyabr 2020, 13:56 (GMT +4)
İran XİN: Bizim Dağlıq Qarabağ münaqişəsinə baxışımız daim aydın olub

21 Sentyabr 2020, 13:50 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66