Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Saatlıda olub

12 Aprel 2019, 09:00 (GMT +4)

Bakı, 12 aprel, SalamNews. Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Saatlı rayonu olub.

SalamNews xəbər verir ki, respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə növbəti “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Saatlı rayon Olimpiya İdman kompleksinin qarşısında keçirilib.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı cənab, Siraqəddin Cabbarov da iştirak edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının budəfəki zəngin konsert proqramını regional idarələrin özfəaliyyət dərnəkləri, mədəniyyət işçiləri, folklor kollektivləri, rəqs qrupları və musiqiçilərinin ifaları rəngarəng edib.

Yeri gəlmişkən bildirək ki, Saatlıda keçirlən festivalın konsert proqramında ötən il mükafatlandırılan incəsənət ustalarının da çıxışlarına yer verilib.

Saatlı rayonununda keçirilən festivala rəng qatan anlardan biri isə Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Saatlı rayonunun “Muğan” instrumental ansamblının çıxışları, Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evi filialının "Adıgün" Türk Xalq Folklor kollektivinin rəqs nümunələri olub.

Bundan başqa, Sabirabad Rayon Mədəniyyət Mərkəzinin Həşimxanlı kənd Mədəniyyət evinin "Cəngavər" Pəhlivanlar qrupu maraqlı və cəsarətli çıxışları ilə festivalı ziyarət edənləri heyrətləndirə biliblər.

Əlavə olaraq qeyd edək ki, sərgidə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab güşəsi də qurulub.

Həmçinin, festivalın sərgi hissəsini isə metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırlanan məişət qabları, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, mürəkkəb həndəsi ölçməli şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, hörmə, toxuma, əl işləri, ağacoyma və dulus nümunələri kimi digər sənət əsərləri bəzəyib.

Bundan başqa, sərgini dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri göz oxşayan edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına yekun vurulub

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Balakəndə baş tutub

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Şəmkirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda davam etdirilib

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Lerikdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Abşeronda baş tutub

"Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Tərtərdə reallaşıb

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Neftçala olub

Respublikamızda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Sumqayıtda

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı başlayır

05 Avqust 2020, 18:07 (GMT +4)
AQTA sədrinə yeni müavin təyin olunub

05 Avqust 2020, 17:55 (GMT +4)
Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

05 Avqust 2020, 17:48 (GMT +4)
DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:36 (GMT +4)
Roma Papası Livan xalqına başsağlığı verib

05 Avqust 2020, 17:21 (GMT +4)
Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb (FOTO)

05 Avqust 2020, 17:15 (GMT +4)
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edilib

05 Avqust 2020, 17:06 (GMT +4)
Zelenski ilə Lukaşenko saxlanılan rusiyalıların ekstradisiyası məsələsini müzakirə edib

05 Avqust 2020, 16:57 (GMT +4)
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05 Avqust 2020, 16:51 (GMT +4)
Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:36 (GMT +4)
Beyrut partlayışının vurduğu ziyanın ilkin məbləği açıqlanıb

05 Avqust 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

05 Avqust 2020, 16:20 (GMT +4)
Rusiyada hərbi təlimlər zamanı 18 nəfər yaralanıb

05 Avqust 2020, 16:08 (GMT +4)
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

05 Avqust 2020, 16:05 (GMT +4)
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

05 Avqust 2020, 15:50 (GMT +4)
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşlara xidmət edir

05 Avqust 2020, 15:43 (GMT +4)
Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:37 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 18,7 milyonu keçib

05 Avqust 2020, 15:28 (GMT +4)
Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

05 Avqust 2020, 15:22 (GMT +4)
"CNN"in Pentaqondakı mənbələri Trampın açıqlamasını təkzib edib

05 Avqust 2020, 15:20 (GMT +4)
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

05 Avqust 2020, 15:20 (GMT +4)
Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində bir partiyanın 12 üzvü həlak olub

05 Avqust 2020, 14:48 (GMT +4)
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Ümumrespublika Forumu başlayıb

05 Avqust 2020, 14:43 (GMT +4)
Livan hökuməti azərbaycanlı dənizçiləri təxliyə edib

05 Avqust 2020, 14:21 (GMT +4)
İranda son sutkada koronavirusdan 185 nəfərin ölümü qeydə alınıb

05 Avqust 2020, 14:20 (GMT +4)
Baş prokuror və hərbi prokurorun müavinlərinin sayı artırılıb

05 Avqust 2020, 14:15 (GMT +4)
Rusiya səfirliyi Beyrutdakı partlayışla bağlı vəziyyəti şərh edib

05 Avqust 2020, 13:51 (GMT +4)
“Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə etmək mümkündür

05 Avqust 2020, 13:29 (GMT +4)
Beyrutdakı partlayış anı toy kameralarına düşüb (VİDEO)

05 Avqust 2020, 13:21 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma hallarının sayı 866,5 mini keçib

05 Avqust 2020, 13:15 (GMT +4)
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66