Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nobel Oil Services ISO 37001:2016 sertifikatını əldə edib

12 Aprel 2019, 13:16 (GMT +4)

Bakı, 12 aprel, SalamNews. Nobel Oil Services şirkəti Etika və Komplayensin mühüm hissəsi olan korrupsiyaya qarşı idarəetmə sistemini (ABMS) uğurla tətbiq etməklə ilk dəfə Cənubi Qafqaz regionun neft-qaz sənayesində bu sahədə ilk beynəlxalq standartı olan ISO 37001:2016 sertifikatını əldə edib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, ABMS sertifikatı həmin sahədə nəzarət vasitələrinə dair ən qabaqcıl beynəlxalq təcrübəni tətbiq etməklə hər hansı korrupsiya və qeyri-qanuni halların qarşısının alınmasını, aşkar edilməsini və müvafiq tədbirlərinin görülməsini təmin edir. Sertifikat 120 ölkədə 45000-dən artıq müştəriyə xidmət göstərən, Birləşmiş Krallıqda yerləşən Lloyd’s Register Group Limited şirkətinin bir hissəsi olan LRQA tərəfindən aparılmış auditin nəticəsinə əsasən verilib.

Bu standartın tətbiqi tənzimləyici təlimat rolu oynamaqla bərabər şirkətə səmərəli idarəetmə sisteminin tətbiq edilməsi və müqayisəli təhlili üçün əhəmiyyətli tələbləri təmin etməyə imkan verir. Şirkət həmin sahədə qeyri-qanuni halların qarşısını almaq üçün məsuliyyəti öz üzərinə götürür və səhmdara, rəhbərliyə, əməkdaşlara, müştərilərə, eləcə də digər aidiyyəti tərəflərə müvafiq addımların atılmasına zəmanət verir.

“Əsas korporativ dəyərlərimizdən ilhamlanaraq biznes əməliyyatlarımızda dürüstlüyə və şəffaflığa böyük önəm verməklə Nobel Oil Services şirkətində səmərəli Etika və Komplayens idarəetmə sistemini yaratdıq. Beynəlxalq səviyyədə tanınan qabaqcıl təcrübənin tətbiqi ilə ABMS üzrə auditdən uğurla keçərək Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq müvafiq sertifıkatı əldə etdik”, - Nobel Oil Services şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirdi.

ISO 37001:2016 standartının tətbiqi səmərəli idarəetmə fəaliyyətinin genişləndirilməsindən irəli gəlir və şirkətin dayanıqlı inkişafını təmin edərək güclü və etibarlı tənzimləyici komplayens strukturunun yaradılmasında mühüm rol oynayır.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirir.

Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. Nobel Oil şirkəti şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

“Nobel Oil Services” Yay Təcrübə Proqramını yekunlaşdırıb

Nobel Oil Services və GAMA Industry Inc. birgə müəssisə yaradıb

“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

Nobel Oil Services əməkdaşları üçün ADA Universitetində təlim layihəsi həyata keçirilib

12 Avqust 2020, 19:47 (GMT +4)
KİV: Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

12 Avqust 2020, 18:00 (GMT +4)
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

12 Avqust 2020, 17:30 (GMT +4)
İsmayıllıda tarixi abidə tapılıb

12 Avqust 2020, 17:15 (GMT +4)
Hindistanda peyğəmbərin təhqir edilməsindən sonra şiddətli qarşıdurma baş verib (VİDEO)

12 Avqust 2020, 17:05 (GMT +4)
Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub

12 Avqust 2020, 16:56 (GMT +4)
ARPA onlayn keçiriləcək “Peşəkar Mühasib” təlim kurslarına qeydiyyat elan edir

12 Avqust 2020, 16:25 (GMT +4)
Şotlandiyada qatar relsdən çıxaraq aşıb, onlarla yaralı var

12 Avqust 2020, 16:15 (GMT +4)
İlham Zəkiyev AMADA-da komissiyanın sədri olub (FOTO)

12 Avqust 2020, 16:05 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 5 nəfər ölüb

12 Avqust 2020, 15:51 (GMT +4)
Ruhani İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı xəbərdarlıq edib

12 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

12 Avqust 2020, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub

12 Avqust 2020, 15:20 (GMT +4)
PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

12 Avqust 2020, 15:00 (GMT +4)
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov işindən ayrılıb

12 Avqust 2020, 14:54 (GMT +4)
Əfqanıstanın Nəngərhar həbsxanasından 300 məhbus qaçıb

12 Avqust 2020, 14:50 (GMT +4)
AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

12 Avqust 2020, 14:30 (GMT +4)
Xızıda narkotik becərən şəxs saxlanılıb

12 Avqust 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

12 Avqust 2020, 14:01 (GMT +4)
Azərbaycanda orta aylıq əməkhaqqı 23% artıb

12 Avqust 2020, 13:43 (GMT +4)
“ABAD”a yeni sözçü təyin olunub

12 Avqust 2020, 13:34 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Avqust 2020, 13:21 (GMT +4)
İsrail bir aya 429 fələstinlini həbs edib

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

12 Avqust 2020, 12:50 (GMT +4)
DİM: Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66