General-leytenantı Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək12 Aprel 2019, 11:19 (GMT +4) Bakı, 12 aprel, SalamNews. Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
|