Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər Fondu yeni proqrama start verib

15 Aprel 2019, 15:37 (GMT +4)

Bakı, 15 aprel, SalamNews.Aprelin 15-də Azərbaycan Respublikasının Gənclər Fondu işə düzəlməkdə çətinlik çəkən gənclərin məşğulluğunun artırılması məqsədilə əməkhaqqının qismən maliyyələşdirilməsi proqramına start verib.

SalamNews xəbər verir ki, ölkə gənclərinin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həll edilməsi, o cümlədən, gənclərin layiqli məşğulluğunun təmin edilməsi ölkə başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Gənclər siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”ndagənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsiFondun vəzifələri sırasına daxil edilmişdir.

Bununla əlaqədar, Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Məşğulluq Xidməti ilə birlikdə 29 yaşına qədər olan orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verir.Proqramın həyata keçirilməsi gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcəkdir.

Proqram çərçivəsində işə cəlb olunan gənclərlə minimum 1 illik əmək müqaviləsinin bağlanması və əmək haqqının müəyyən müddətə qismən Fond tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.

Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcəkdir.

Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.

İşə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq nəzarəti həyata keçiriləcək.

15 aprel tarixindən başlayaraq, il boyu davam edəcək Proqramda təklif olunan vakansiyalar mütəmadi olaraq, yenilənəcəkdir.

İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiyaya müraciətlərini göndərə bilərlər.

Bakı və regionlarda yerləşən Gənclər Evlərində Proqram barədə info sessiyalar təşkil ediləcək, bununla yanaşı, müraciət etməkdə çətinlik çəkən şəxslərə Gənclər Evlərində müvafiq texniki yardım göstəriləcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər Fondu 14-cü qrant müsabiqəsinin nəticələrini elan edib

Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

Gənclər Fondu yeni maarifləndirmə kampaniyasına start verib

Azərbaycan Gənclər Fondu gənclərə müraciət edib

Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

Gənclər Fondu xaricdə təhsil alan tələbələrlə bağlı məlumat yayıb

Gənclər Fondunun qrant müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fonduna 4 milyon manat ayrılıb

Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb

Gənclər Fondu müsabiqənin nəticələrini açıqlayıb

Gənclər Fondu 13-cü qrant müsabiqəsini elan edib

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edib

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

Gənclər Fondu yazı müsabiqəsinin nəticələrini elan edib

05 May 2021, 19:52 (GMT +4)
Şəhidlər təkcə bir millətə deyil, ümmətə məxsusdurlar (MƏQALƏ)

05 May 2021, 18:02 (GMT +4)
Myanmada etnik qruplarla qarşıdurmada 8 hərbçi öldürülüb

05 May 2021, 17:50 (GMT +4)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

05 May 2021, 17:42 (GMT +4)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirib

05 May 2021, 17:37 (GMT +4)
Prezident Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzalayıb

05 May 2021, 17:32 (GMT +4)
İsrailin Suriyaya hava zərbələrində çoxlu sayda heyvan tələf olub (VİDEO)

05 May 2021, 17:24 (GMT +4)
Vergi Xidmətində gəlir və xərclərin düzgün rəsmiləşdirilməsi müzakirə edilib

05 May 2021, 17:15 (GMT +4)
Bakıda inşaat işlərinin 89%-ni özəl tikinti müəssisələri yerinə yetirib

05 May 2021, 17:09 (GMT +4)
Bakıda evlərdən 40 min manatlıq oğurluq edilib (VİDEO)

05 May 2021, 16:59 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda peyvəndləmə aparılır

05 May 2021, 16:49 (GMT +4)
Şəkidə qadın tanışı tərəfindən şantaj edilib

05 May 2021, 16:35 (GMT +4)
Azərbaycanda daha 1 080 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib

05 May 2021, 16:33 (GMT +4)
Ermənistan parlamentinin sədri Moskvaya səfər edəcək

05 May 2021, 16:24 (GMT +4)
Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının təkbətək görüşü başlayıb

05 May 2021, 16:12 (GMT +4)
Xalq şairi Fikrət Qoca I Fəxri xiyabanda dəfn olunub

05 May 2021, 16:12 (GMT +4)
Ərdoğan onu təhqir edən CHP-li millət vəkilinə qarşı 250 minlik təzminat davası açıb

05 May 2021, 16:04 (GMT +4)
Talibanın Əfqanıstanın şimal-şərqində həyata keçirdiyi hücumda 8 hərbçi həlak olub

05 May 2021, 15:57 (GMT +4)
Bakı sakinini silahla hədələyən dəstə üzvləri tutulub

05 May 2021, 15:44 (GMT +4)
Guardian: AB-nin miqrasiya tədbirləri səbəbiylə 2 mindən çox insan həyatını itirib

05 May 2021, 15:38 (GMT +4)
Qarabağda döyüşən livanlı muzdlu terrorçunun cinayət işi məhkəməyə göndərilib (Rəsmi)

05 May 2021, 15:27 (GMT +4)
Kolumbiyada etiraz aksiyaları zamanı 80-dən çox insan itkin düşüb

05 May 2021, 15:20 (GMT +4)
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib

05 May 2021, 15:09 (GMT +4)
Qırğızıstan prezidenti yeni Konstitusiyanı imzalayıb

05 May 2021, 15:07 (GMT +4)
ETSN: Axşam saatlarında küləyin tədricən zəifləyəcəyi gözlənilir

05 May 2021, 14:45 (GMT +4)
Prezident Ərdoğan və Kral Salman ikitərəfli münasibətləri müzakirə edib

05 May 2021, 14:45 (GMT +4)
Suriyanın cənubunda vaxtilə qruplaşmaların olduğu bölgədə silah anbarı aşkarlanıb (FOTO)

05 May 2021, 14:42 (GMT +4)
Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib

05 May 2021, 14:32 (GMT +4)
Azərbaycanda xarici diplomlar yeni qaydalarla tanınacaq

05 May 2021, 14:30 (GMT +4)
Çempionlar Liqasında İngiltərə rekordu qeydə alınıb

05 May 2021, 14:28 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66