Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Dövlət qulluğu üzrə müsabiqəyə 470 vakant vəzifə çıxarılıb

16 Aprel 2019, 10:26 (GMT +4)

Bakı, 16 aprel, SalamNews. Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (79 vəzifə) və B (391 vəzifə) növünə aid olan 470 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən SalamNews-a bildirilib ki, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti mayın 15-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Bunun üçün namizədlər mayın 15-i saat 18-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişiklik olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıq aradan qaldırıldıqdan sonra namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıq 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında tanış olmaq mümkündür.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğundakı staj müəyyən edilir:

-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (432 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

Kənd Təsərrüfatı Nazirliyi (432 vəzifə) – AC1 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 75, BA4 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 255, BB4 altqrupu üzrə 95;

Energetika Nazirliyi (13 vəzifə) – BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 10;

Şirvan Apelyasiya Məhkəməsi (18 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 17;

Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə;

Sumqayıt Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 2 vəzifə;

Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə.

Ümumilikdə, müsahibəyə çıxarılmış 470 vakant vəzifənin 1-i 4-cü təsnifata, 38-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 429-u isə 7-ci təsnifata aid olmaqla, 79-u AC, 37-si BA, 354-ü isə BB vəzifə qrupuna aiddir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şurada onlayn konsultativ xidmətin ilk təqdimatı keçirilib

Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

“Süfrə” jurnalının təqdimat mərasimi keçirilib

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

"Nəsimi-650” kitabının Şamaxıda təqdimatı olub

Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub

Türkiyə ABŞ-ı S-400-lə bağlı səhv addımlar atmamağa çağırıb

DİM rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək

Vladimir Putin Gürcüstana sanksiyalar tətbiq edilməsinə qarşı çıxıb

Tramp və Makron telefonda İranın nüvə sazişi ilə bağlı yeni addımını müzakirə ediblər

Mitsotakis yeni hökuməti təqdim edib

Uranın 3.7 faizlik zənginləşdirilməsini keçdik növbəti addım 20 faiz ola bilər - İran

İran nüvə sazişilə bağlı 3-cü cavab addımın daha güclü olacağı xəbərdarlığını verib

"Nəsimi-650" kitabının təqdimat mərasimi keçirilib

ETSN və YAP arasında birgə fəaliyyət planının təqdimatı olub (FOTOLAR)

DİM ingilis dili imtahanları keçirəcək

Vladimir Putin İtaliyaya rəsmi səfərə gedib

DİM: İyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub

PAŞA Bank yeni innovativ Onlayn Bank xidmətini təqdim edib

DİM dövlət qulluğuna imtahan verən şəxslərə müraciət edib

17 İyul 2019, 19:57 (GMT +4)
“Azercell”: Məlumatlar həqiqəti əks etdirmir

17 İyul 2019, 18:04 (GMT +4)
Gələn il AMEA 75 yaşını qeyd edəcək

17 İyul 2019, 17:56 (GMT +4)
İlin I yarısında BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

17 İyul 2019, 17:52 (GMT +4)
İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

17 İyul 2019, 17:43 (GMT +4)
SalamNews Azərbaycan İlahiyat İnstitutu tərəfindən təltif edilib (FOTOLAR)

17 İyul 2019, 17:33 (GMT +4)
Türkiyə XİN Ərbildə baş verən hücumla bağlı bəyanat yayıb

17 İyul 2019, 17:27 (GMT +4)
Şurada onlayn konsultativ xidmətin ilk təqdimatı keçirilib

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:29 (GMT +4)
"CinemaPlus"da “Super Yay” aksiyasına start verilib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12