Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-da Beynəlxalq seminar keçirilib

15 Aprel 2019, 18:06 (GMT +4)

Bakı, 15 aprel, SalamNews. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) çərçivəsində Bakı Dövlət Universitetində ilk seminar keçirilib. 

Universitetdən SalamNews-a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edib, müasir dövrün sosial bəlalarından olan və bütün dünyanı narahat edən narkomaniya problemindən, ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun qanunvericilik tədbirlərindən və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən danışıb.

Problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işinin təşkilinin vacib məsələ olduğunu diqqətə çatdıran rektor seminarın işinə uğurlar arzulayıb.

Sonra Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Roki Herron “Mən öz gələcəyimi seçirəm” mövzusunda təqdimat edib. O, Amerika Birləşmiş Ştatlarında narkomaniya ilə bağlı vəziyyətin ağırlığından, onun qurbanlarının ilbəil artmasından bəhs edib. Məlum olub ki, əgər 1990-ci illərdə ABŞ-da 10 min gənc bu bəladan əziyyət çəkirdisə, 2007-ci ildə bu rəqəm 35 min, 2018-ci ildə 72 min olub. 2019-cu ildən isə bu göstəricinin 80 min olacağı gözlənilir.

Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomaniyanın qarşısının alınması yolları və üsulları barədə məlumat verib.
Seminar tələbə, müəllim və qonaqların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.
Qeyd edək ki, 1983-cü ildə əsası qoyulan konfrans sonradan 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.

Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Çingiz Abdullayev Ağdamlı oxucuları ilə görüşüb (FOTO)

BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib

Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik

BDU-nun 100 illik yubileyi münasibətilə məntiq olimpiadası keçiriləcək

BDU-nun alimləri Oksford Universitetinə dəvət olunublar

BDU media aktivliyinə görə liderdir

BDU-da əmək yarmarkası keçirilib

Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib

BDU beynəlxalq əlaqələrini genişləndirir

BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq 

BDU-da 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Yaponiyanın nüfuzlu alimi BDU-da mühazirə deyib

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

Rövşən Abdullaoğlunun kitabından əldə olunan gəlir şəhid ailələrinə ianə ediləcək

Rövnəq Abdullayev: Son 10 ildə SOCAR-ın gəliri 20 dəfə artıb

BDU-da yeni klub fəaliyyətə başlayıb

BDU-da startap proqramları ilə bağlı məlumat sessiyası keçirilib

BDU 100 illik yubileylə bağlı rəsm müsabiqəsi elan edib

BDU-da “100 innovativ tələbə” layihəsinə başlanılıb

25 Aprel 2019, 19:15 (GMT +4)
Arif Rəhimov: “Avro-2020” və Formula 1 yarışlarının eyni vaxta salınması əla olardı

25 Aprel 2019, 19:00 (GMT +4)
Çingiz Abdullayev Ağdamlı oxucuları ilə görüşüb (FOTO)

25 Aprel 2019, 18:38 (GMT +4)
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

25 Aprel 2019, 18:30 (GMT +4)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəsmi açıqlama yayıb

25 Aprel 2019, 18:16 (GMT +4)
Birinci vitse-prezident bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub (FOTOLAR)

25 Aprel 2019, 18:00 (GMT +4)
Bu il AQTA-ya qeydiyyatla əlaqədar 4,6 mindən çox müraciət daxil olub

25 Aprel 2019, 17:50 (GMT +4)
Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular (FOTOLAR)

25 Aprel 2019, 17:50 (GMT +4)
Zaxarova Zelenskinin dil haqqında qanunla bağlı açıqlamasını şərh edib

25 Aprel 2019, 17:46 (GMT +4)
Təhsil Nazirliyi “Twitter”dən istifadəyə görə üçüncü yerdədir

25 Aprel 2019, 17:36 (GMT +4)
Yasamal rayonunda soyğunçuluq edən şəxs tutulub

25 Aprel 2019, 17:23 (GMT +4)
Koalisiya İSİD-ə qarşı əməliyyatlarda mindən çox dinc sakinin öldüyünü etiraf edib

25 Aprel 2019, 17:10 (GMT +4)
Liviya paytaxtını almaq istəyən ordu növbəti hücum dalğası barədə xəbərdarlıq edib

25 Aprel 2019, 17:08 (GMT +4)
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib

25 Aprel 2019, 17:00 (GMT +4)
“Azərişıq” “Yeni Yaşma” Külək Elektrik Parkına mediatur təşkil edib

25 Aprel 2019, 16:54 (GMT +4)
Lənkəranda quşçuluq sexi yanıb

25 Aprel 2019, 16:43 (GMT +4)
Azərbaycanda daha iki Əmlak Xidmətləri Məkanı açılacaq

25 Aprel 2019, 16:38 (GMT +4)
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

25 Aprel 2019, 16:34 (GMT +4)
Zelenski Konstitusiyaya uyğun olaraq dil haqqında qanunun təhlil ediləcəyinə söz verib

25 Aprel 2019, 16:29 (GMT +4)
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib

25 Aprel 2019, 16:29 (GMT +4)
MDB ölkələri müdafiə nazirləri Anapada görüşəcəklər

25 Aprel 2019, 16:20 (GMT +4)
“Bakı Dövlət Universitetinin tarixi” kitabı nəşrə hazırlanır

25 Aprel 2019, 16:12 (GMT +4)
Kaspersky Lab “Windows”un zəif nöqtəsini tapıb

25 Aprel 2019, 16:07 (GMT +4)
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib

25 Aprel 2019, 16:00 (GMT +4)
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

25 Aprel 2019, 15:45 (GMT +4)
Tarixdəki faciəli səhifələr xalqları birləşdirməlidir - Ərdoğan

25 Aprel 2019, 15:38 (GMT +4)
İran neft sanksiyaları ilə bağlı Səudiyyə və BƏƏ-ə xəbərdarlıq edib

25 Aprel 2019, 15:35 (GMT +4)
Bu ilin 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

25 Aprel 2019, 15:29 (GMT +4)
Serxio Peres: Bakı trası bolidimizə həmişə uyğun olub

25 Aprel 2019, 15:22 (GMT +4)
Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb (FOTOLAR)

25 Aprel 2019, 15:10 (GMT +4)
"Həkimlər valideynlərin dili ilə" adlı layihənin təqdimatı keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66