Fransada Notr-Dam-de-Pari kilsəsinin bərpası üçün vəsait toplanır16 Aprel 2019, 10:33 (GMT +4) Bakı, 16 aprel, SalamNews. Fransa Mədəni İrsin Qorunması üzrə Dövlət Fondu Notr-Dam-de-Pari kilsəsinin bərpası üçün vəsait toplamağa başlayıb. Təşkilatın saytında "Notr-Damı xilas edək" adlı bölmə yaradılıb.
SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, istifadəçilərə 50-500 avro məbləğində ianə vermək təklif edilir.
"Bütün ianələr tamamilə kilsənin bərpasına istifadə ediləcək", saytdakı açıqlama deyilir.
Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb.
İlkin versiyaya görə, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.
|