Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ASCO “TransRussia-2019” sərgisində Azərbaycana məxsus milli pavilyonda təmsil olunur

16 Aprel 2019, 17:41 (GMT +4)

Bakı, 16 aprel, SalamNews. Rusiyanın paytaxtı Moskvada “TransRussia-2019” 24-cü Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisi keçirilir. Aprelin 15-dən-17-dək davam edəcək sərgidə ilk dəfə olaraq Azərbaycanın nəqliyyat-logistika potensialını əks etdirən milli pavilyon da fəaliyyət göstərir. Ümumilikdə 120 kv.m sahədə qurulan pavilyonda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin stendləri yerləşir.

SalamNews xəbər verir ki, bundan başqa, “TransRussia-2019” 24-cü Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisində ASCO-nun törəmə şirkəti “ACSC Logistics” MMC də öz xüsusi stendi ilə təmsil olunur.

Sərgidə ölkəmizi təmsil edən qurumların stendləri xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Azərbaycan nümayəndələri ziyarətçilərə ölkəmizin tranzit potensialı, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri və marşrutları, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları barədə ətraflı məlumat veriblər.

Ölkəmizin milli pavilyonu xarici KİV nümayəndələrinin də diqqət mərkəzində olub. Təmsilçilərimiz jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Bildirilib ki, son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Qeyd edək ki, sərgiyə 27 ölkədən ümumilikdə 395-dən çox şirkət qatılıb. Onlar müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi və daşınması üzrə xidmətlərini təqdim edirlər. Sərginin ilk günündə ziyarətçilərin sayı 16 min nəfərdən çox olub.

Sərgi çərçivəsində Azərbaycan təmsilçiləri dünyanın müxtəlif ölkələrindən olan şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçiriblər. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib.

Ötən gün isə burada təmsil olunan şirkət nümayəndələrinin iştirakı ilə Qala gecə keçirilib. Azərbaycanın milli stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyası üzrə qalib olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

ASCO-nun yeni gəmisi “Akademik Xoşbəxt Yusifzadə” adlandırılacaq

ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

ASCO-da “Bonus Siyasəti” ilə bağlı tədbir keçirilib

ASCO bu il dəniz və quruda formalaşmış 42 min tona yaxın çirkab məişət-təsərrüfat suyunu kənarlaşdırıb

ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

ASCO-da Avstraliya və Çin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

“ASCO-Dənizçi” Moskvada mini-futbol turnirində ikinci yeri tutub

ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman klubuna yeni qayıqlar alınıb (FOTO)

ASCO-nun gəmiləri “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərini başa çatdırıblar

ASCO-nun xarici sularda üzən “Şair Vaqif” gəmisi əsaslı təmir edilib

ASCO küləkli hava ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da ABŞ rəsmiləri ilə görüş keçirilib

“Satti” üzən qazma qurğusu ASCO-nun gəmiləri vasitəsilə Azərbaycana yedəklənib

ASCO “TransCaspian 2019” sərgisində təmsil olunur

ASCO 26-cı Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

ASCO iki açıq müsabiqə elan edib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

20 Yanvar 2020, 00:01 (GMT +4)
Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

19 Yanvar 2020, 22:15 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirilib (FOTOLAR)

19 Yanvar 2020, 12:22 (GMT +4)
İgid Azərbaycan zabiti Fərid Əhmədovun doğum günüdür

19 Yanvar 2020, 12:04 (GMT +4)
Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

19 Yanvar 2020, 11:45 (GMT +4)
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

19 Yanvar 2020, 11:06 (GMT +4)
Lənkəranda “Könüllü qonaq” təşəbbüsü davam edir (FOTO)

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66