Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Tərtərdə reallaşıb

19 Aprel 2019, 09:16 (GMT +4)

Bakı, 19 aprel, SalamNews. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir cəbhə xəttində yerləşən Tərtər şəhərində reallaşıb.

SalamNews xəbər verir ki, şəhərdə yerləşən Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Tərtər sakinləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, habelə regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Sərgidə oymaçı rəssam Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay evi” və Ağdam məscidi, Hökumət evi kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla ziyarətçilərin diqqətini çəkib.

Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş ediblər.

Sərgidə Qarabağ və Qazax xalçaları da nümayiş olunub. Hərbçilərin xüsusi göstərdikləri nömrələr maraqla qarşılanıb. Tədbirin zəngin proqramını yadda qalan edən anlardan biri də el havasının sədaları altında meydana Qarabağ atlarının gəlişi olub. Qarabağ atları Heydər Əliyev Parkının ətrafında bir neçə dəfə dövrə vurublar.

Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də təşkil olunub. Kitab guşəsində ədibin əsərlərindən əlavə olaraq Prezident İlham Əliyevin sərəncamları ilə cari il ərzində yubileylərinin keçirilməsi nəzərdə tutulan şair və yazıçıların da kitabları sərgilənib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır.

Tədbirdə mədəniyyət işçilərinin təqdimatında “Azərbaycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Kompozisiyada oğuz elinin ağsaqqalı, ozanların atası olan Dədə Qorqud obrazının gəlişi ilə Azərbaycan mədəniyyətinin qədim dövrlərdən ta indiki zamanımıza kimi inkişaf mərhələsini əks etdirən epizodlar əyani şəkildə qonaqlara göstərilib. Yaradıcılıq Festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tərtər sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar - sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Festival iştirakçıları tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. Kürdəmir Regional Mədəniyyət İdarəsinin təmsil edən İxtiyar Məhəmmədli deyib: “Festivalın keçirilməsi imkan yaradır ki, bölgəyə məxsus mədəniyyət nümunələrini, əl işlərini gətirib nümayiş etdirək. Biz də bu gün əsasən uşaqların hazırladıqları əl işlərini sərgiləyirik. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanır. Onlar sərgiyə tamaşa etməklə, respublikamızın hər bir bölgəsinin mədəniyyəti, tarixi, ənənələri, məişəti barədə məlumatlanırlar”.

Şəmkir Regional Mədəniyyət İdarəsini təmsil edən Əfsanə Məmmədzadə isə deyib: “Festivalda əsasən əl işləri, müxtəlif toxuculuq məhsullarını sərgiləyirik. Təşkil etdiyimiz sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı. Biz özümüz də Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə maraqla baxdıq. Festivalın ən yaxşı cəhətlərindən biri odur ki, müxtəlif regionlardan gəlmiş insanlar arasında dostluq, əməkdaşlıq münasibətləri yaranır”.

Tərtər sakini Adikə Zeynalova festivalda iştirakdan məmnunluğunu ifadə edib: “Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi bizi çox sevindirir. Mən də ailəmlə bu festivalda iştirak edirəm. Sərgilərə tamaşa etdik. Xüsusən Şəkidən gətirilmiş şəbəkə, toxumalar, ustaların əl işləri daha çox xoşuma gəldi. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Mədəniyyət Nazirliyinin iş planına əsasən, respublikamızda ikinci dəfədir keçirilən, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı atəşfəşanlıqla yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına yekun vurulub

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Balakəndə baş tutub

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Şəmkirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda davam etdirilib

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Lerikdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Abşeronda baş tutub

"Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Neftçala olub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Saatlıda olub

Respublikamızda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Sumqayıtda

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı başlayır

09 İyul 2020, 20:45 (GMT +4)
Azərbaycanda 1 565 müəllim iş yerini dəyişib

09 İyul 2020, 20:15 (GMT +4)
Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66