Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yeni vəzifəyə təyin olunmuş dövlət qulluqçuları and içiblər

20 Aprel 2019, 12:50 (GMT +4)

Bakı, 20 aprel, SalamNews.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2018-ci il noyabrın 5-də elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından SalamNews-a bildirilib ki, tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək deyib: Bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə əhatələnib. Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması muxtar respublikada məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini verib. Belə ki, komissiya tərəfindən 2011-ci ildən bu günədək keçirilən 17 müsabiqədə 5529 namizəd iştirak edib, onlardan 1144-ü müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39,6 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanıb və onlar müasir dünyagörüşünə, qanunvericilik və informasiya texnologiyaları üzrə biliklərə, habelə məntiqi düşüncə qabiliyyətinə malik dövlət qulluqçularıdır.

Bildirilib ki, daxili işlər, ədliyyə, fövqəladə hallar, vergi, gömrük, miqrasiya və prokurorluq orqanlarında xidmətə qəbul üçün elan edilmiş 38 müsabiqədə 1730 nəfərin iştirakı qeydə alınıb.

Dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli diqqətə çatdırıb ki, bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara müsabiqə və şəffaflıq əsasında işə qəbulu üçün hər cür şərait yaradılıb.

Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun şəkildə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içiblər.

Komissiyanın sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

Xatırladaq ki, müsabiqəyə 305 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 583 sənəd təqdim olunmuşdu. Müsabiqənin test imtahanları mərhələsində 570 namizəd iştirak edib, 257 namizəd keçid balını toplaya bilib. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 99-u vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul olunmuş 88 nəfər andiçmə mərasimində iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Prezident İlham Əliyev yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuların maaşını artırıb

AQTA-da işə yeni qəbul olunan dövlət qulluqçularına təlim keçirilib

AQTA sədri Agentlikdə işə qəbul olunan dövlət qulluqçuları ilə görüşüb

Nazir İnam Kərimov dövlət qulluqçuları ilə görüşüb

Azərbaycanda bu gün dövlət qulluqçularının peşə bayramıdır

“Qala Sığorta” və “Qala Həyat” dövlət qulluqçularına güzəştli sığorta təklif edir

Azərbaycanda dövlət qulluqçularının sayı açıqlanıb

Məktəb direktorları, müavinləri, metodist və dövlət qulluqçularının diaqnostik qiymətləndirilməsi aparılır

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncamda dəyişikliklər edilib

DİM: Dövlət Qulluqçuları Reyestrinə məlumatın düzgün verilməməsinə görə cərimə müəyyənləşdirilib

PA rəsmisi: Dövlət orqanları dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini düzgün təşkil etməlidir

Qubada dövlət qulluqçuları üçün təlim təşkil olunub

Azərbaycanda bu gün dövlət qulluqçularının peşə bayramıdır

Dövlət qulluqçularının mükafatlandırılması üçün staj müddəti azaldılıb

Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Türkiyədə məzuniyyətdə olan bütün dövlət qulluqçuları geri çağırılıb

Türkiyədə dövlət qulluqçularının ölkədən çıxmasına qadağa qoyulub

Binəqədidə dövlət qulluqçularına ixtisas dərəcələri verilib (FOTOLAR)

Azərbaycanda dövlət qulluqçularının sayı açıqlanıb

20 May 2019, 11:45 (GMT +4)
PA: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var

20 May 2019, 11:40 (GMT +4)
Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib

20 May 2019, 11:17 (GMT +4)
“Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda konfrans keçirilib

20 May 2019, 11:11 (GMT +4)
İSB Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırıb

20 May 2019, 11:03 (GMT +4)
İrana yaxın iraqlı qüvvələr ABŞ səfirliyinə edilən raket hücumuna münasibət bildiriblər

20 May 2019, 10:50 (GMT +4)
Ölkədə avtomobil benzininin istehsalı 4 faiz azalıb

20 May 2019, 10:39 (GMT +4)
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20 May 2019, 10:30 (GMT +4)
Heç kim Rusiyaya qarşı məndən sərt olmayıb - Tramp

20 May 2019, 10:22 (GMT +4)
Cari ildə qızıl istehsalı 14% artıb

20 May 2019, 10:21 (GMT +4)
Yəmənlilər Səudiyyə koalisiyasına qarşı yeni strategiya açıqlayıblar: 300 strateji obyekt vurulacaq

20 May 2019, 10:02 (GMT +4)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

20 May 2019, 09:53 (GMT +4)
Paşinyan Ermənistanda "inqilabın ikinci mərhələsini" elan edib

20 May 2019, 09:47 (GMT +4)
İranla müharibə fikrim yoxdur, mən bunu iqtisadi yolla edirəm - Donald Tramp

20 May 2019, 09:34 (GMT +4)
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

20 May 2019, 09:20 (GMT +4)
Bağdadda ABŞ səfirliyinin yaxınlığına raket atılıb

20 May 2019, 09:15 (GMT +4)
Tacikistanda koloniyada baş verən iğtişaşlarda 29 məhbus öldürülüb

20 May 2019, 09:00 (GMT +4)
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib

18 May 2019, 17:00 (GMT +4)
Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

18 May 2019, 16:54 (GMT +4)
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

18 May 2019, 16:45 (GMT +4)
Poroşenko Zelenskini Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa çağırıb

18 May 2019, 16:39 (GMT +4)
Taleh Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

18 May 2019, 16:30 (GMT +4)
Birinci rübdə 700 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

18 May 2019, 16:20 (GMT +4)
Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb

18 May 2019, 16:12 (GMT +4)
Avstryalı xanım deputat məktəblərdə hicab qadağasını maraqlı reaksiya ilə cavablandırıb (VİDEO)

18 May 2019, 16:07 (GMT +4)
Avstriyanın vitse-kansleri istefa edib

18 May 2019, 15:54 (GMT +4)
DİM-də fənlər üzrə hazırlıq kursları keçirilib

18 May 2019, 15:44 (GMT +4)
Rövşən Rzayev: Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir

18 May 2019, 15:31 (GMT +4)
Cari ildə ölkədə 8,2 milyard kilovat/saatadək elektrik enerjisi istehsal edilib

18 May 2019, 15:23 (GMT +4)
“Nar TV” istifadəçilərinin sayı 117% artıb

18 May 2019, 15:21 (GMT +4)
İdlibdə ən-Nusranın silah anbarı partlayıb - Silahlılardan ölən və yaralananlar var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66