Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Təhsil Nazirliyi müasir texnologiyaların tətbiqini genişləndirir

20 Aprel 2019, 12:04 (GMT +4)

Bakı, 20 aprel, SalamNews.Ölkəmizdə elektron xidmətlər “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir. Yəni, bu sahədə aparılan işlər həm qanunvericiliyin, həm də dövrün tələbidir.

SalamNews xəbər verir ki, bu tələbi nəzərə alaraq, Təhsil Nazirliyi artıq bir neçə ildir ki, təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqini uğurla davam etdirir. Bununla idarəçilikdə müasir texnologiyaların tətbiqini genişləndirmək, onlardan istifadə imkanlarını sadələşdirmək, qulluqçular və vətəndaşlar arasında olan “məsafə”ni azaltmağı hədəfləyib. Bəs, qurum hədəfinə çatıbmı?

Əvvəlcə “məktəbə gedən yol” elektronlaşdı

Təhsil sistemində ən böyük hadisə birinci sinfə qəbul zamanı elektron xidmətin tətbiqi oldu. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi - www.mektebeqebul.edu.az-ın fəaliyyəti məktəbləri və valideynləri birdən-birə elektron xidmətlərin fəal iştirakçısına çevirdi.

Bakıdan başlayan bu prosesdə ilk illərdə anlaşılmazlıqlar, suallar ortaya çıxsa da, bunların hamısı operativ şəkildə həll olundu. Artıq Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Bu günə olan ümumi mənzərə ondan ibarətdir ki, artıq paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 72 faizindən çoxdur.

Cəmi 5 ildir elektronlaşan məktəbəqəbul prosesində hər il fərqli yeniliklər qeydə alınır. İnsanların rahatlığına, qəbul prosesinin sadələşdirilməsinə xidmət edən həmin islahatlar elektronlaşmanın əhatə dairəsinin genişlənməsinə də təsir edir. Məsələn, ötən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirildi. Bu ildən tətbiq edilən yenilik isə xüsusi qayğıya ehtiyacı olan uşaqları əhatə edir. Belə ki, 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da artıq elektron formada aparılır.

Qeydiyyatı valideyn (qanuni nümayəndə) aparır. Bunu o, onlayn qaydada da, müəyyən olunmuş məktəblərdə yaradılan alternativ qeydiyyat mərkəzlərinə gedərək də həyata keçirə bilər. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 alternativ qeydiyyat mərkəzi yaradılıb. Elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə ümumilikdə 82 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir.

Məktəbəhazırlıqda da vəziyyət eyni sürətlə davam edir. Əhatə dairəsinin genişləndirilməsi tezliklə bütün ölkə ərazisində məktəbəhazırlığa qəbulun elektron qaydada reallaşdırılacağından xəbər verir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi olan www.mektebeqebul.edu.az sayəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarının ümumi təhsil məktəblərinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada keçirilir. Elektron ərizənin qeydiyyatı prosesində valideynlər (qanuni nümayəndələr) məktəbi, təlim dilini və müəllimi seçmək hüququna malik olur. Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə (qanuni nümayəndələrə) alternativ qeydiyyat mərkəzlərində elektron qeydiyyatdan keçmək üçün kömək göstərilir.

Qeyd edək ki, əhaliyə göstərilən bu elektron xidmətin dairəsinin genişləndirilməsi həm də şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsinə töhfəsini verir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.

Təhsil sistemində elektron xidmətlərin tətbiqi valideynin sadəcə məktəbəqəbul prosesində işini rahatlatmayıb. Artıq 9 ildir ki, valideyn öz uşağına bu sistemin köməyi ilə nəzarət də edə bilir. Necə?

www.ael.edu.az səhifəsində şagirdin məktəbli kitabçası və davamiyyət jurnalı yerləşdirilib. Valideynlər öz uşağının qiymətləri, dərsə davamiyyəti haqqında məhz bu ünvandan məlumat əldə edirlər.

Hələlik 43 elektron məktəb üzrə şagird məlumatlarının valideynlər tərəfindən nəzarəti mümkünləşdirilib. Həmin təhsil müəssisələrində tədrisin idarəolunmasının avtomatlaşdırılması şagirdə qiymət qoyulduğu anda valideynin bundan xəbər tutmasına imkan yaradır. Qeyd edək ki, yaradılan proqram təminatı vasitəsi ilə hər bir valideyn elektron jurnalda yalnız öz övladının qiymətlərinə baxa bilir.

Şagirdlər kimi, müəllimlər də məktəbə “elektron yolla” gəlir.

Məktəblərə sadəcə şagird qəbulu yox, elə müəllim qəbulu da elektron qaydada həyata keçirilir. Artıq 5 ildir ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına çevrilib. Öz şəxsi kabinetini açaraq bu ünvana “yerləşən” namizədlər üçün buradan məktəbə, müəllimliyə cəmi 4 addım - 4 mərhələ qalır. Başqa sözlə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müraciətlərin və sənədlərin qəbulu və imtahan, müsahibə nəticələri haqqında məlumatların verilməsi elektron sistem vasitəsi ilə aparılır. Bu xidmət ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini təmin edir.

5 il müəllim işlədikdən sonra isə iddialı namizədlər üçün hədəflər dəyişir. Hər müəllim öz peşəsində yüksəlmək istəyir. Hələ bu da elektron qaydadadırsa, tərəddüdə yer qalmır. www.miq.edu.az-a yenidən müraciət lazım gəlir. Çünki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu da www.miq.edu.az vasitəsi ilə aparılır.

Bu xidmət vasitəsi ilə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu, o cümlədən müsabiqə nəticələri haqqında məlumat elektron formada verilir. Namizədlərin sistemə daxil edilmiş məlumatları Nazirliyin müsabiqə komissiyaları tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Müsabiqənin nəticələri barədə məlumatı vətəndaş “Şəxsi səhifə”sindən əldə edə bilir.

Elektron köçürülmə

Elektronlaşma sadəcə ümumi təhsil pilləsində aparılmayıb. Artıq ali təhsili pilləsində də məşhurlaşan, tələbələrin güvənini qazanan elektron ünvanlar var. Məsələn, ölkə daxilində və xaricində yerləşən ali (bakalavr və magistratura səviyyələri üzrə), orta ixtisas təhsil müəssisələrindən köçürülmə sistemi - www.transfer.edu.az bir çox tələbələrin ümid yerinə çevrilib. Çünki Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələrin ixtisasının və ya təhsil alma formasının dəyişdirilməsi, bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi də elektron sistem vasitəsi ilə aparılır. Köçürülmə qış və yay tətili dövründə, ildə 2 dəfə həyata keçirilir. Müvafiq qaydalara əsasən, ixtisasın dəyişdirilməsi və ya bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olur.

Ali təhsil pilləsində daha bir elektron ünvan Təhsil Nazirliyinin SABAH qrupları layihəsini əhatə edir. Layihəyə tələbə qəbulu www.student.sabah.edu.az vasitəsilə həyata keçirilir. Elektron qeydiyyat sistemi SABAH qrupları üzrə vahid tələbə məlumat bazasının formalaşmasını, müsabiqə nəticələrinin emalını, məlumatların müxtəlif formada çeşidlənməsini, müsabiqənin bütün mərhələlərində tələbələrə elektron poçt vasitəsi ilə bildirişlərin göndərilməsini və SABAH qruplarına qəbul olunmuş tələbələrin yekun qeydiyyatının elektron qaydada aparılmasını təmin edir.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması üçün artıq 6 ildir ki, www.ani.edu.az fəaliyyətdədir. Yəni, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən sənədin də, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin də tanınması üçün tələb olunan müraciət forması www.ani.edu.az-da yerləşdirilib. Bu da o deməkdir ki, istənilən təhsil sənədinin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi elektron sistem vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, bu xidmət vasitəsi ilə diplom sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi də mümkündür.

Təhsilin elektron sistemində təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması xidməti də var. Artıq 3 ildir mövcud olan bu xidmət diplom haqqında məlumatların elektron formada əldə olunması məqsədi ilə yaradılaraq “Elektron hökumət” portalında istifadəyə verilib (www.e-gov.az). İstifadəçi diplomun seriya və nömrəsinə görə, həmçinin, FİN-ə görə axtarış etməklə diplom haqqında məlumat əldə edə bilər.

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün Təhsildə inkişaf və innovasiyalar üzrə artıq III qrant müsabiqəsi keçirilir. Məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırmasından ibarət olan müsabiqənin nəticələrinin təhlili göstərir ki, indiyədək kifayət qədər məktəbi, müəllimi, şagirdi və valideyni əhatə edərək maraq və rəqabət mühitinin yaranmasına səbəb olub. Müsabiqəyə qatılanların coğrafiyası da genişdir: bütün Azərbaycan ərazisi. Bu ildən isə daha da genişlənəcəyi, əhatə dairəsinin artacağı, iştirakçı sayının çoxalacağı gözlənilir. Bu gözlənti tətbiq edilən yeniliklə bağlıdır. Belə ki, bu ildən müsabiqənin təşkilinin elektronlaşdırılması, müraciət və qiymətləndirmənin tamamilə elektron qaydada aparılması prosesin asanlığını, rahatlığını və şəffaflığını təmin edəcək. Müsabiqəyə qatılmaq istəyənlər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər. Saytın daha bir üstünlüyü iştirakçıların öz layihəsi üzərində son ana qədər işləyə bilməsini, dəyişiklik etmək imkanını təmin etməsidir.

Beləliklə, müsabiqə iştirakçılarının hər hansı şəxslə əlaqə yaratmasına gərək qalmadan, elektron qaydada həyata keçiriləcək. Bu da o deməkdir ki, layihə təqdim edən müəllimin və ya məktəbin qalib olana və onunla müqavilə bağlanana qədər hər hansı şəxslə əlaqəsi olmayacaq. Həyata keçirilən yenilik müsabiqənin təşkilinin effektivliyi ilə yanaşı, nəticələrinin də şəffaflığını təmin edəcək. Üstəlik, sadəcə şəffaflığın təmin edilməsi baxımından deyil, elektronlaşma elə vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından da olduqca əhəmiyyətlidir.

Elektronlaşma əlçatan edir

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) əlaqə ünvanları isə www.regionlist.edu.az-dadır. Bu yolla rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) koordinatlarını əldə etmək mümkündür. www.regionlist.edu.az portalına daxil olub istənilən rayon (şəhər) təhsil şöbələri, (əlaqə saxlamaq üçün elektron poçt ünvanı, əlaqə nömrəsi və ünvanı və s.), eləcə də şöbənin tabeçiliyində olan müəssisələr haqqında ümumi məlumatlar, yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.

Təhsil Nazirliyində Vətəndaş müraciətlərinin qəbulu və vəzifəli şəxslərin qəbuluna yazılması sistemi də elektronlaşıb. Belə ki, artıq həm şəxsən, həm də Təhsil Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada müraciət edib vəzifəli şəxslərin qəbuluna yazılmaq mümkündür. www.edu.gov.az-a göndərilmiş müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və baxılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə qərarlaşıb

Təhsil Nazirliyi: 1305 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi: 14 iyun “Son zəng”dir

Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Təhsil Nazirliyi media nümayəndələri üçün maarifləndirici təlim keçirəcək

Təhsil Nazirliyi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası yenilənib

Təhsil Nazirliyi: Ağstafa və Şəmkirdə vətəndaşlar qəbul ediləcək

Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib

Təhsil Nazirliyi fövqəladə hallarla bağlı “Qaynar xətt”i istifadəyə verib

Təhsil Nazirliyi “Məktəbimizdə” adlı yeni fotorubrikaya başlayır

Təhsil Nazirliyi məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyinə daxil olan müraciətlərin statistikası açıqlanıb

Təhsil Nazirliyi “Twitter”dən istifadəyə görə üçüncü yerdədir

Təhsil Nazirliyi "Formula 1"lə bağlı məktəblərə təlimat göndərib

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyi: Vətəndaşlarla iş bölməsinə 14 467 müraciət daxil olub

Təhsil Nazirliyi “Yaşıl məktəb” aksiyasına başlayıb

Təhsil Nazirliyi müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərə müraciət edib

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

20 İyul 2019, 17:00 (GMT +4)
DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

20 İyul 2019, 16:51 (GMT +4)
DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

20 İyul 2019, 16:44 (GMT +4)
Putini təhqir edən "Rustavi 2" TV-nin jurnalisti işinə geri dönə biləcək

20 İyul 2019, 16:41 (GMT +4)
Yasamalda yaşayış binasında yanğın olub

20 İyul 2019, 16:34 (GMT +4)
Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

20 İyul 2019, 16:33 (GMT +4)
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

20 İyul 2019, 16:24 (GMT +4)
Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

20 İyul 2019, 16:18 (GMT +4)
Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib

20 İyul 2019, 16:16 (GMT +4)
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20 İyul 2019, 16:06 (GMT +4)
Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

20 İyul 2019, 16:00 (GMT +4)
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

20 İyul 2019, 15:55 (GMT +4)
Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20 İyul 2019, 15:54 (GMT +4)
Bakıda saxta pul satan şəxs saxlanılıb

20 İyul 2019, 15:42 (GMT +4)
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

20 İyul 2019, 15:28 (GMT +4)
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

20 İyul 2019, 15:18 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

20 İyul 2019, 15:13 (GMT +4)
İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

20 İyul 2019, 15:10 (GMT +4)
TSQ-nın əməliyyatı zamanı İraqın şimalında bir əsgər həlak olub, 6-sı yaralanıb

20 İyul 2019, 15:04 (GMT +4)
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2019, 14:53 (GMT +4)
Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:43 (GMT +4)
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

20 İyul 2019, 14:42 (GMT +4)
Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

20 İyul 2019, 14:36 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

20 İyul 2019, 14:28 (GMT +4)
Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

20 İyul 2019, 14:19 (GMT +4)
DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:14 (GMT +4)
İraqda Haşd-Şabiyə endirilən aviazərbələrdə iranlı hərbçilərin ölməsi xəbəri təkzib edilib

20 İyul 2019, 14:05 (GMT +4)
Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

20 İyul 2019, 13:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 İyul 2019, 13:50 (GMT +4)
Lefkoşada Kipr Sülh Hərəkatının 45-ci ildönümü qeyd olunur

20 İyul 2019, 13:32 (GMT +4)
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12