Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ramil Usubov Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib

20 Aprel 2019, 10:00 (GMT +4)

Bakı, 20 aprel, SalamNews.Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumilikdə, 433 iddiaçının arasından daha hazırlıqlı olan 372 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, milli-mənəvi dəyərlərin daşıyıcısı olan vətənpərvər, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladan nazir R.Usubov belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu bildirib.

R.Usubov bu gün ölkədə uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini qeyd edib.

Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib

Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilib

Ramil Usubov Özbəkistanda səfərdə olub

Nazir Ramil Usubov monteneqrolu həmkarını qəbul edib

Ramil Usubov Göyçayda vətəndaşlarla görüşüb

Ramil Usubov türkiyəli həmkarı ilə görüşüb

Prezident Ramil Usubovu “Şöhrət” ordeni ilə təltif edib

Ramil Usubov İranın Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

General-polkovnik Ramil Usubov Serbiyada səfərdə olub

Ramil Usubov Sumqayıtda sakinləri qəbul edib

Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib

Mətbuat Şurası Ramil Usubova müraciət edib

Ramil Usubov Gürcüstanın daxili işlər nazirini qəbul edib

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Ramil Usubov Qubada vətəndaşları qəbul edib

08 Aprel 2020, 16:30 (GMT +4)
Dövlət Komitəsi Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib

08 Aprel 2020, 16:10 (GMT +4)
"Twitter" qurucusu COVID-19 ilə mübarizə aparmaq üçün 1 milyard dollar bağışlayıb

08 Aprel 2020, 16:07 (GMT +4)
Gənclərlə iş sahəsində çalışan təlimçilərə müraciət edilib

08 Aprel 2020, 15:57 (GMT +4)
Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artıb

08 Aprel 2020, 15:37 (GMT +4)
Sahibkarlara veriləcək ödənişlərin qaydaları açıqlanıb

08 Aprel 2020, 15:33 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsini dayandıra bilər

08 Aprel 2020, 15:21 (GMT +4)
Azərbaycan Beynəlxalq Bankı özünüməşğulluq proqramına qoşulub

08 Aprel 2020, 15:17 (GMT +4)
 “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyi anım mərasimi təşkil edib (VİDEO)

08 Aprel 2020, 15:04 (GMT +4)
İran XİN rəhbəri Azərbaycan və ermənistanlı həmkarları ilə telefonla danışıb

08 Aprel 2020, 14:53 (GMT +4)
İtaliyada epidemioloji vəziyyətdə yaxşılaşma müşahidə edilir

08 Aprel 2020, 14:40 (GMT +4)
TƏBİB koronavirusun qanla yoluxması məsələsinə aydınlıq gətirib

08 Aprel 2020, 14:25 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 3,993-ə çatıb

08 Aprel 2020, 14:23 (GMT +4)
Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlayanlar həbs edilib

08 Aprel 2020, 14:18 (GMT +4)
Çin hökuməti yanvar ayının sonundan ilk dəfə Uxandan çıxmağa icazə verib 

08 Aprel 2020, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

08 Aprel 2020, 13:45 (GMT +4)
Daha bir ərəb ölkəsi koronavirusa görə yüzlərlə məhbusu azad edib

08 Aprel 2020, 13:43 (GMT +4)
EIA "Brent" nefrinin ucuzlaşacağını proqnozlaşdırır

08 Aprel 2020, 13:31 (GMT +4)
İctimai şuraya üzvlərin seçilməsi təxirə salınıb

08 Aprel 2020, 13:17 (GMT +4)
Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır

08 Aprel 2020, 13:16 (GMT +4)
WSJ: ABŞ BVF-nun koronavirusla mübarizə məqsədilə İrana ayırdığı 5 milyard dollar vəsaiti blok edəcək

08 Aprel 2020, 12:54 (GMT +4)
İsrail Pasxa bayramı ərəfəsində koronavirus qadağalarını sərtləşdirib

08 Aprel 2020, 12:53 (GMT +4)
Rusiyada son sutka ərzində 1175 koronavirusa yoluxma halı qeydə alınıb

08 Aprel 2020, 12:46 (GMT +4)
"Nar" səyyar xidmət göstərməyə başlayıb

08 Aprel 2020, 12:39 (GMT +4)
Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb

08 Aprel 2020, 12:25 (GMT +4)
RF Federal Xidməti: Rusiya Azərbaycan ilə aviasiya təchizatı ilə bağlı danışıqlara hazırdır

08 Aprel 2020, 12:13 (GMT +4)
Tramp Əfqanıstan sülh sazişilə Nobel mükafatını əldə etmək istəyir - NBC

08 Aprel 2020, 12:04 (GMT +4)
Koronavirusla mübarizəyə həsr edilmiş rəsm müsabiqəsi elan olunub

08 Aprel 2020, 11:51 (GMT +4)
Ronaldinyo girov qarşılığında həbsxanadan çıxıb

08 Aprel 2020, 11:45 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

08 Aprel 2020, 11:30 (GMT +4)
Sabah Milli Məclisin iclası keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66