Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib

20 Aprel 2019, 16:56 (GMT +4)

Bakı, 20 aprel, SalamNews.Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib.

SalamNews xəbər verir ki, bununla bağlı Qərarı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov imzalayıb.

Bu qayda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir.

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə növbəti səviyyəsinə keçid deməkdir. Peşə təhsili pilləsində keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir peşə təhsili müəssisəsindən digər peşə təhsili müəssisəsinə keçməsi vasitəsilə həyata keçirilir. Peşə təhsili səviyyələri üzrə keçid tələbələrin qəbul olunduqları təhsil bazasına (ümumi orta və ya tam orta təhsil bazası) müvafiq olaraq aparılır.

Peşə təhsili pilləsində keçid dedikdə, aşağıdakı hallar nəzərdə tutulur:

ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki 3 peşə təhsili səviyyəsində birinci tədris ilinin ikinci yarımilindən etibarən təhsilinin davam etdirilməsi;

ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində üçüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almış məzunlar yüksək texniki peşə təhsili səviyyəsində dördüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilində təhsilinin davam etdirilməsi.

Peşə təhsili pilləsində keçid peşə təhsili üzrə ixtisasların peşə istiqamətlərinin uyğunluğu təmin edildikdə mümkündür. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsilini başa vurduğu ildən etibarən iki il müddətində peşə təhsili pilləsində keçid edə bilərlər. Peşə təhsili müəssisələrinin məzunlarının peşə təhsili pilləsində keçidi yalnız peşə təhsili müəssisəsində vakant (boş) yerlər olduqda mümkündür.

Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində “Elektron ərizə”ni dolduraraq təsdiq etməlidirlər. Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçirilir. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisaslar üzrə vakant yerləri müəyyənləşdirir və istədikləri ardıcıllıqla ixtisas seçimini edirlər.

Peşə təhsili pilləsində keçid üçün müraciət etmiş şəxslər maksimum beş ixtisas seçmək hüququna malikdirlər.

Elektron ərizə qəbulu prosesi yekunlaşdıqdan sonra ərizəçilərin elektron sistem tərəfindən ixtisas seçimlərinin düzgün olub-olmadığı müəyyən edilir. İmtina üçün əsas olmadıqda, məzunun peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilməsinə dair qərar qəbul edilir. Keçid üçün ərizələrin sayı vakant yerlərin sayından çox olduqda, müraciət edənlər arasında müsabiqə seçimi aparılır.

Müsabiqə seçimində aşağıdakı göstəricilərdən istifadə edilir:

ixtisas fənləri və istehsalat təlimi dərsləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

ixtisas üzrə iş stajı;

işəgötürənlər tərəfindən göndəriş.

Peşə təhsilinin növbəti səviyyəsinə keçidlə bağlı məlumat ərizəçinin elektron şəxsi kabinetində yerləşdirilir, eləcə də ərizəsində göstərdiyi elektron poçt ünvanına və ya əlaqə telefonuna bu barədə mesaj göndərilir, əvvəl təhsil aldığı peşə təhsili müəssisəsinə isə şəxsi işin müvafiq peşə təhsili müəssisəsinə göndərilməsi ilə bağlı müraciət olunur.

Peşə təhsilinin növbəti səviyyəsinə keçmiş şəxsə onun müraciəti əsasında məzun olduğu peşə təhsili müəssisəsi tərəfindən 3 (üç) iş günü müddətində akademik arayış (akademik transkript) verilir.

Peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilmiş şəxs 10 (on) iş günü müddətində qəbul olunduğu peşə təhsili müəssisəsinə aşağıdakı sənədləri şəxsən təqdim edir:

peşə təhsili haqqında dövlət sənədinin əsli;

akademik arayış (akademik transkript);

şəxsiyyət vəsiqəsinin surəti;

sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

hərbi bilet və ya çağırışçı şəhadətnaməsi.

Tələbənin şəxsi işi alındıqdan sonra onun keçdiyi peşə təhsili müəssisəsində tələbələr sırasına daxil olması barədə müvafiq tədbirlər həyata keçirilir.

Müsabiqənin nəticələri ilə bağlı ərizəçilər Təhsil Nazirliyinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət edə bilərlər və ya bununla bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiq edilib

Peşə təhsili üzrə kurikulum seminarı təşkil olunub

Peşə təhsili müəssisəsində çalışan şəxslər dövlət hesabına müalicə ediləcək

Peşə təhsili müəssisələrində hərbi hazırlıq fənni üzrə dərs saatları azaldılıb

Peşə təhsili müəssisələrində təhsil müddətləri yenidən müəyyənləşdirilib

Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

“Sahibkar – peşə təhsili əməkdaşlığı” adlı milli konfrans keçirilib

Peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabr ayında keçiriləcək

Azərbaycanda kənd təsərrüfatısahəsində peşə təhsilinin inkişafına dəstək verilir

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili ilə bağlı görüş keçirilib

ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək 

Peşə təhsilinin akkreditasiyası üzrə Estoniya təcrübəsi öyrənilib

Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi davam etdiriləcək

Bu il Azərbaycanda peşə təhsili sahəsində bir sıra mühüm işlər görülüb

Peşə təhsili sistemində bir sıra problemlər mövcuddur - Mikayıl Cabbarov

Gəncədə peşə təhsilinin inkişafına dair ümumrespublika müşavirəsi keçirilib (FOTO)

Azərbaycanda Peşə təhsilinə dair qanun layihəsi hazırlanır - İsa Həbibbəyli

Azərbaycanın peşə təhsili və təlimi sistemində 5 strateji hədəf müəyyən edilib

Məktəblilərin peşə təhsilinə marağının artırılması üçün ekskursiyalar təşkil olunub - BŞTİ

20 May 2019, 11:45 (GMT +4)
PA: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var

20 May 2019, 11:40 (GMT +4)
Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib

20 May 2019, 11:17 (GMT +4)
“Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda konfrans keçirilib

20 May 2019, 11:11 (GMT +4)
İSB Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırıb

20 May 2019, 11:03 (GMT +4)
İrana yaxın iraqlı qüvvələr ABŞ səfirliyinə edilən raket hücumuna münasibət bildiriblər

20 May 2019, 10:50 (GMT +4)
Ölkədə avtomobil benzininin istehsalı 4 faiz azalıb

20 May 2019, 10:39 (GMT +4)
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20 May 2019, 10:30 (GMT +4)
Heç kim Rusiyaya qarşı məndən sərt olmayıb - Tramp

20 May 2019, 10:22 (GMT +4)
Cari ildə qızıl istehsalı 14% artıb

20 May 2019, 10:21 (GMT +4)
Yəmənlilər Səudiyyə koalisiyasına qarşı yeni strategiya açıqlayıblar: 300 strateji obyekt vurulacaq

20 May 2019, 10:02 (GMT +4)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

20 May 2019, 09:53 (GMT +4)
Paşinyan Ermənistanda "inqilabın ikinci mərhələsini" elan edib

20 May 2019, 09:47 (GMT +4)
İranla müharibə fikrim yoxdur, mən bunu iqtisadi yolla edirəm - Donald Tramp

20 May 2019, 09:34 (GMT +4)
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

20 May 2019, 09:20 (GMT +4)
Bağdadda ABŞ səfirliyinin yaxınlığına raket atılıb

20 May 2019, 09:15 (GMT +4)
Tacikistanda koloniyada baş verən iğtişaşlarda 29 məhbus öldürülüb

20 May 2019, 09:00 (GMT +4)
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib

18 May 2019, 17:00 (GMT +4)
Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

18 May 2019, 16:54 (GMT +4)
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

18 May 2019, 16:45 (GMT +4)
Poroşenko Zelenskini Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa çağırıb

18 May 2019, 16:39 (GMT +4)
Taleh Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

18 May 2019, 16:30 (GMT +4)
Birinci rübdə 700 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

18 May 2019, 16:20 (GMT +4)
Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb

18 May 2019, 16:12 (GMT +4)
Avstryalı xanım deputat məktəblərdə hicab qadağasını maraqlı reaksiya ilə cavablandırıb (VİDEO)

18 May 2019, 16:07 (GMT +4)
Avstriyanın vitse-kansleri istefa edib

18 May 2019, 15:54 (GMT +4)
DİM-də fənlər üzrə hazırlıq kursları keçirilib

18 May 2019, 15:44 (GMT +4)
Rövşən Rzayev: Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir

18 May 2019, 15:31 (GMT +4)
Cari ildə ölkədə 8,2 milyard kilovat/saatadək elektrik enerjisi istehsal edilib

18 May 2019, 15:23 (GMT +4)
“Nar TV” istifadəçilərinin sayı 117% artıb

18 May 2019, 15:21 (GMT +4)
İdlibdə ən-Nusranın silah anbarı partlayıb - Silahlılardan ölən və yaralananlar var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66