Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

22 Aprel 2019, 14:20 (GMT +4)

Bakı, 22 aprel, SalamNews. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

İdarədən SalamNews-a verilən məlumatda deyilir ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi ilə bağlı, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandıran iftira və böhtan dolu, həqiqətə uyğun olmayan məqalə dərc edilib.

"Əvvəla inhisarşılığın nə olduğunu bilməyən yazı müəllifinin diqqətinə çatdırırıq ki, bu gün istənilən şəxs ölkəyə avtomobil gətirə bilər və burda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. O ki qaldı ölkəyə idxal edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı ödənilən vergi və rüsumlara, Dövlət Gömrük Komitəsi bildirir ki, ödənilən vergi və rüsumlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 500 saylı qərarı ilə tənzimlənir. Bu barədə mövcud qanunvericilik və nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi proseduru Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində aydın şəkildə izah edilib. Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı səsləndirilən əsassız iddialara gəlincə, bir daha qeyd edək ki, Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir", deyə məlumatda bildirilir.

DGK qeyd edir ki, bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.
Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur və bu barədə Komitə ictimaiyyət üçün dəfələrlə açıqlamalar yayımlayıb.

"Rüşvətlə bağlı iddialara gəlincə isə, hər hansı nöqsanın müəyyən edilməsi üçün konkret faktlar üzrə araşdırma aparmaqla həqiqəti ortaya çıxarmaq mümkündür. Lakin gömrük orqanlarını rüşvət və inhisarçılıqda günahlandıran həmin yazıda gömrük qanunvericiliyinin pozulmasına dair konkret hər hansı faktın yer almaması, beş il bundan öncə gömrük xidmətinə qarşı irəli sürülən haqsız iddianın təkrar gündəmə gətirilərək xüsusilə qabardılması yazının da konkret məqsədlər, yəni gömrük orqanları və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq niyyətilə yazıldığının və yayımlandığının sübutudur", deyə vurğulanıb.

Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin açıqlamalarında dəfələrlə bəyan olunub ki, gömrük sistemində korrupsiyaya, rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılır və istənilən şəxs bu barədə faktlara malik olduğu təqdirdə birbaşa hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Üstəlik gömrük xidmətinin bu istiqamətdəki fəaliyyəti nəinki ölkə daxilində, beynəlxalq miqyasda da təqdirlə qarşılanır.

Sağlam tənqid cəmiyyətin inkişafını təmin edən əsas amillərdəndir və ölkəmizin gömrük orqanları da hər zaman sağlam tənqidi yüksək qiymətləndirərək öz işini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur.
Ancaq bəzi hallarda media qurumları və şəxslər tərəfindən tənqid öz kontekstindən çıxarılaraq təhqirlərə, sifarişli yazılara, Komitənin və onun rəhbərliyinə qarşı qaralama kampaniyasına çevrilir ki, bu da yolverilməzdir.

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və onun nümayəndələrinə gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən konkret faktlara əsaslanmağı tövsiyyə edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

DGK, DMX, DSX, DİN və FHN əməkdaşlarının maaşı artırılıb

DGK-nın Tibbi Xidmət İdarəsi “Florence Nightingale” Xəstəxanalar Qrupu ilə seminarlar keçirib

Belarus DGK-nın nümayəndə heyəti ilə görüş keçirilib

DGK: 7 680 ədəd "King" markalı siqaret aşkar edilib

DGK sədri "Mazımçay" gömrük postunda olub (FOTO)

DGK "Qırmızı Körpü" gömrük postunun rəisi ilə bağlı məlumatlara münasibət bildirib

DGK bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

DGK yayılan bəzi məlumatlara rəsmi aydınlıq gətirib

DGK yeni baza yaradıb

DGK bəzi məlumatlara münasibət bildirib

DGK-nin Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir (FOTOLAR)

DGK: “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGK-nın sədri Qazax şəhərində vətəndaşları qəbul edib

DGK sədri gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur

DGK sədri Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

DGK və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib

DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb

26 İyun 2019, 16:58 (GMT +4)
Türkiyə və ABŞ Suriyadakı vəziyyəti müzakirə edib

26 İyun 2019, 16:41 (GMT +4)
Zığ şossesində fərdi yaşayış evləri yanıb

26 İyun 2019, 16:35 (GMT +4)
Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub

26 İyun 2019, 16:22 (GMT +4)
Rusiya 99 faiz S-400-ü Türkiyəyə göndərməyə hazırdır - "Rosoboronexport" rəhbəri

26 İyun 2019, 16:19 (GMT +4)
Husilərin hücumunda yanan Səudiyyə təyyarələrinin görüntüləri yayımlanıb (VİDEO)

26 İyun 2019, 16:17 (GMT +4)
“Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

26 İyun 2019, 16:00 (GMT +4)
AZAL Bakıdan Dehliyə aviareyslər həyata keçirməyə başlayıb

26 İyun 2019, 15:48 (GMT +4)
Neft gəmilərinə hücumda konkret bir dövləti ittihamlandırmaq mümkün deyil - BƏƏ

26 İyun 2019, 15:46 (GMT +4)
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

26 İyun 2019, 15:45 (GMT +4)
İran prezidenti ABŞ və Aİ-yə müraciət edib

26 İyun 2019, 15:32 (GMT +4)
Fövqəladə Hallar naziri vətəndaşlara müraciət edib

26 İyun 2019, 15:20 (GMT +4)
Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları memorandum imzalayıblar  

26 İyun 2019, 15:04 (GMT +4)
Lavrov: Rusiya ABŞ və İranı dialoqa başlamağa razı salacaq

26 İyun 2019, 14:55 (GMT +4)
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”un finalına yüksəlib

26 İyun 2019, 14:49 (GMT +4)
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib

26 İyun 2019, 14:45 (GMT +4)
Almaniyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

26 İyun 2019, 14:25 (GMT +4)
Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

26 İyun 2019, 14:12 (GMT +4)
Tacikistanda bu gün Milli Birlik Günü qeyd edir

26 İyun 2019, 14:07 (GMT +4)
Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək

26 İyun 2019, 14:03 (GMT +4)
Ayətullah Xamenei ABŞ PUA-nın vurulmasından sonra ilk çıxışını edib: Qabağa gəlməkdən qorxurlar

26 İyun 2019, 13:53 (GMT +4)
Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar

26 İyun 2019, 13:43 (GMT +4)
Latviyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

26 İyun 2019, 13:32 (GMT +4)
ABŞ konqresmenləri onların təsdiqi olmadan Trampın İrana hücumuna qadağa qoymağa qərar verib

26 İyun 2019, 13:29 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 İyun 2019, 13:15 (GMT +4)
Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

26 İyun 2019, 13:02 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

26 İyun 2019, 12:57 (GMT +4)
Rusiya FTX Saratovda terror aktı hazırlayan şəxsi zərərsizləşdirib

26 İyun 2019, 12:43 (GMT +4)
Azercell yeni kampaniya keçirir

26 İyun 2019, 12:40 (GMT +4)
Əfqanıstanda iki amerikalı əsgər öldürülüb

26 İyun 2019, 12:26 (GMT +4)
İran sabahdan etibarən zənginləşdirilmiş uranının 300 kq-ı keçəcəyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12