Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb

22 Aprel 2019, 16:08 (GMT +4)

Bakı, 22 aprel, SalamNews. Bu gün Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetinin (İTU) rektoru professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub, rektor Gülçöhrə Məmmədova ilə görüşüblər.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən SalamNews-a verilən məlumata görə, Türkiyəli alimlər sonra AzMİU-nun Elmi Şurasının növbədənkənar iclasına qatılıb.

Qonaqları salamlayan, onları universitetdə görməkdən məmnun olduğunu deyən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu günki görüşü rəhbərlik etdiyi universitetin həyatında tarixi gün kimi dəyərləndirib. İTU ilə ikitərəfli əlaqələrin hələ 2002-ci ildən qurulduğunu yada salan rektor bu illər ərzində birgə görüşlərin, müzakirələrin, ikili diplom müqavilələrinin imzalanması istiqamətində ilkin razılaşmaların əldə olunduğunu bildirib. O, 2008-ci ildə AzMİU ilə İTU arasında ikili diplom proqramı üzrə müqavilənin imzalandığını, lakin Türkiyə Respublikasının Yüksək Öyrətim Kurulu tərəfindən razılığın əldə olunmadığını bildirib. Ötən ilin sentyabrında İnşaat mühəndisliyi ixtisası üzrə İkili diplom müqaviləsinin artıq reallaşdığını yada salan professor G.Məmmədova bu günki görüşdə Memarlıq ixtisası üzrə Niyyət protokolunun imzalanacağını Şura üzvlərinin diqqətinə çatdırıb.

İTU rektoru, professor Mehmet Karaca da öz növbəsində səmimi qəbul və görüş üçün AzMİU rəhbərliyinə təşəkkürünü bildirib, xoş sözlərini çatdırıb. Rəhbərlik etdiyi universitet barədə geniş məlumat verən rektor İTU-nun beynəlxalq əlaqələrindən, beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərdən də danışıb. O, AzMİU ilə əlaqələrin genişlənməsinə böyük dəyər verildiyini, bu görüşün həmin istiqamətdə gedən müzakirələrin davamı kimi qiymətləndirib.

Rektorun səmimi çıxışından sonra AzMİU ilə İTU arasında Niyyət Protokolu imzalanıb. Memarlıq ixtisası üzrə ikili diplom müqavilələrinin reallaşmasını nəzərdə tutan Niyyət Protokolu üzrə müvafiq addımların atılacağını deyən AzMİU rektoru G.Məmmədova bu anlaşmanın hər iki tərəf üçün uğurlu olmasını, universitetlər arasında əməkdaşlığın daha da genişlənməsini arzulayıb.

Niyyət protokolu imzalandıqdan sonra Gülçöhrə Məmmədova Elmi Şuranın qərarına əsasən, İTU rektoru Mehmet Karacaya AzMİU-nun “Fəxri doktoru” adının verildiyini bildirib və diplomu rektora təqdim edib.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun fəxri doktorları arasında yer alan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl də İTU-nun məzunudur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində daxil edilib

AzMİU beynəlxalq əlaqələrini daha da genişləndirir

AzMİU-da “Obyektivdə Memarlıq” adlı fotosərgi açılıb

AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

Milan Politexnik Universitetinin müəllimləri AzMİU tələbələri üçün vorkşop təşkil ediblər

AzMİU-da Leicester Universiteti tərəfindən kurslar keçirilir 

AzMİU ilə Daşkənd Memarlıq və İnşaat İnstitutu arasında Əməkdaşlıq müqaviləsi bağlanıb 

Ulu öndərin 96-cı ildönümü AzMİU Elmi Şurasının iclasında qeyd olunub

AzMİU-da “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb

AzMİU-da Respublika elmi-praktiki konfrans öz işinə başlayıb

AzMİU-nun nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

İstanbul Texniki Universitetinin rektoruna AzMİU-nun fəxri doktoru adı verilib

Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

AzMİU-da İnşaatçılar gününə həsr olunmuş bilik yarışı keçirilib

AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzMİU-nun rektoru əlaçı və zərbəçi tələbələri sevindirib

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib

Qətər Universitetinin tələbələri AzMİU-da olub

AzMİU-nun rektoru “British Council”un nümayəndələri ilə görüşüb

25 İyun 2019, 18:06 (GMT +4)
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

25 İyun 2019, 18:00 (GMT +4)
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

25 İyun 2019, 17:54 (GMT +4)
BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

25 İyun 2019, 17:51 (GMT +4)
Birinci vitse-prezident görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib

25 İyun 2019, 17:47 (GMT +4)
Tehran nüvə silahı əldə etməyə can atmır - İran XİN rəhbəri

25 İyun 2019, 17:25 (GMT +4)
“Nar” 4G istifadəçilərinin sayı700 minə çatıb

25 İyun 2019, 17:20 (GMT +4)
Ermənistanın keçmiş prezident Robert Koçaryan həbs edilib

25 İyun 2019, 17:13 (GMT +4)
Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

25 İyun 2019, 17:07 (GMT +4)
İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub

25 İyun 2019, 16:53 (GMT +4)
Nazirlik: Temperaturun yüksəlməsi təhlükəli hadisələrin artması ilə səciyyələnir

25 İyun 2019, 16:46 (GMT +4)
NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

25 İyun 2019, 16:42 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

25 İyun 2019, 16:42 (GMT +4)
İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib

25 İyun 2019, 16:17 (GMT +4)
S-400-ün tədarükü iyulda başlayacaq - Ərdoğan

25 İyun 2019, 16:09 (GMT +4)
İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur  

25 İyun 2019, 15:59 (GMT +4)
"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

25 İyun 2019, 15:48 (GMT +4)
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

25 İyun 2019, 15:48 (GMT +4)
Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

25 İyun 2019, 15:41 (GMT +4)
Külli miqdarda narkotik vasitə aşkar edilib 

25 İyun 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

25 İyun 2019, 15:27 (GMT +4)
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25 İyun 2019, 15:18 (GMT +4)
Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb

25 İyun 2019, 15:08 (GMT +4)
Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək

25 İyun 2019, 15:03 (GMT +4)
Şagird yerdəyişməsi elektronlaşdırılır

25 İyun 2019, 14:54 (GMT +4)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur

25 İyun 2019, 14:45 (GMT +4)
Zelenski AŞPA-nın Rusiya ilə bağlı qərarını məyusluqla qarşılayıb  

25 İyun 2019, 14:30 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

25 İyun 2019, 14:23 (GMT +4)
Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

25 İyun 2019, 14:21 (GMT +4)
Cin XİN: ABŞ-ın birtərəfli sanksiyaları əks təsir göstərir

25 İyun 2019, 14:17 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12