Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur

23 Aprel 2019, 12:21 (GMT +4)

Bakı, 23 aprel, SalamNews. İyirmi beş il tarixi nöqteyi-nəzərdən dövlət qurmaq üçün çox qısa bir dövrdür. Geosiyasi və daxili proseslər sabit məcrada cərəyan edirsə, milli dövlətin formalaşması üçün bu müddət yetərli hesab oluna bilər, lakin onun inkişafı daha çox zaman və güc tələb edir. Əgər hər hansı bir xalq cəmi 25 ilə, olduqca gərgin beynəlxalq və regional şəraitdə sabit və milli birliyə söykənən vətəndaş birliyi yarada bilibsə, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən və qlobal proseslərdə öz sözünü deməyə qadir müstəqil bir dövlət qurmağı bacarıbsa, o xalq və həmin xalqı təmsil edən iqtidar, həqiqətən də böyük alqışa layiqdir.

SalamNews xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqaləsində yer alıb.

Əli Həsənov məqaləsində daha sonra yazır: “İndi heç kim üçün sirr deyil ki, Azərbaycandakı bugünkü iqtidar xalqa söykənərək özünü tam təmin edən, milli iradəsinə söykənən, dayanıqlı və gündən-günə inkişaf edən bir dövlət qurub. Bu mənada, biz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı təkcə Vətənimiz olduğuna görə deyil, həm də, sözün əsl mənasında, qüdrətli olduğuna görə sevirik.

Bizim gücümüz təkcə enerji resurslarında, əlverişli coğrafiyada deyil, həm də bütün bunları real gücə çevirən Prezident İlham Əliyevin düzgün, milli maraqlara uyğun, prinsipial və ardıcıl siyasətindədir. Bunu görmək və başa düşmək üçün təbii sərvətlərlə zəngin olub öz gələcəyini qura bilməyən bir sıra ölkələrin nümunəsinə nəzər salmaq kifayətdir. Buna görə də istər daxildə, istərsə də xaricdə bəzi şəxslər və təşkilatlar tərəfindən Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur, səmimi səslənmir və təbii ki, ictimaiyyət tərəfdən də qəbul olunmur.

Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsəbini tarıma çəkir”.

Təbii ki, bu, özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır.

Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı var. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür. Əminəm ki, yüksək əməkhaqqı alan mindən çox insan, onların ailə üzvləri heç də Əli Kərimlinin bədbin iddialarını bölüşmürlər.

Eləcə də yarışmanı maraqla izləyən on minlərlə vətəndaşımız da bu idman bayramından böyük zövq alır və heç də müvəqqəti tıxac haqqında düşünmür. Statistika göstərir ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib. Müxalifətin əsəbi gərginliyini və bu qədər sərt reaksiyasını başa düşmək olar: bu rəqəm “Məhsul” stadionuna toplaşanların sayından ən azı 30 dəfə çoxdur.

Formula 1 Azərbaycan Qran Prisi könüllülük hərəkatının inkişafına mühüm töhfə verir, gənclərimizin daxili potensialının açılması, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün əlverişli şərait yaradır. Yenə də statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb.

Onu da qeyd etmək istərdim ki, Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ildən-ilə ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub. Lakin bu, nisbi göstəricidir. Qeyd etdiyimiz kimi, bütün dünyaya nümayiş etdirilən Qran Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini seyr edir və onların bir qismi növbəti illərdə ölkəmizə turist kimi gəlir.

2016-cı ildə ilk Formula 1-in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi.

“PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərclər - müvafıq avadanlıqların alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ilində həyata keçirilir, sonrakı illərdə xərclər get-gedə azalır. Deməli, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq.

Formula 1 həm də dövlətin nüfuzunun, prestijinin göstəricisi, qürur mənbəyidir. Dünyada bu miqyasda tədbirlərə ev sahibliyi edə biləcək dövlətlərin sayı heç də çox deyil. Bunun üçün lazımi infrastruktura, çevik qərarlar qəbul edib həyata keçirmək əzminə, təhlükəsizliyi təmin etmək qüdrətinə malik olmaq gərəkdir. Azərbaycan isə Avropa Oyunlarının keçirildiyi ilk ölkə olmaqla, IV İslam Həmrəyliyi Oyunlarına, çoxsaylı müxtəlif idman növləri ilə bağlı beynəlxalq yarışlara ard-arda ev sahibliyi etməklə kifayət qədər böyük kütləvi tədbirləri təşkil etməyə, təhlükəsiz şəraitdə keçirməyə hazır olduğunu nümayiş etdirib.

Formula 1 yarışının rəhbərliyindəki dəyişikliklər zamanı aparılmış təhlillər də göstərdi ki, Azərbaycan paytaxtı bu yarışların keçirilməsi üçün ən münasib məkanlardan biridir. Beləliklə, sadaladığımız faktlar da göstərir ki, Formula 1 Azərbaycanın dünyada təbliği, insanların işlə təmin olunması, gənclərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, ölkəyə turist axınının güclənməsi, ən əsası isə, ölkənin iqtisadi mənafeyi baxımından olduqca faydalı tədbirdir. Buna görə də istər hakimiyyət, istərsə də bütövlükdə cəmiyyət tıxaca allergiyası olan bir-iki siyasi cığalın iddialarını qəbul etmir və etməyəcək də.

Hamınızı bu gözəl idman yarışını seyr etməyə dəvət edirəm”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov Milli Mətbuat Günü ilə bağlı məqalə ilə çıxış edib

Əli Həsənov vəzifəsindən azad edilib (RƏSMİ)

Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır

Əli Həsənov: Azərbaycan iqtidarı öz Müəlliminin - Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir

Əli Həsənov: Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır

Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

Əli Həsənov: Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

Əli Həsənov: Böyük Zəfər yürüşü uzaqda deyil

Əli Həsənov: Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar

Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Əli Həsənov: İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında ciddi amillər dayanır

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Əli Həsənov: Bob Woodwardın kitabında yayılan məlumat yalan və saxtadır

Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər

Əli Həsənov: Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir

14 Avqust 2020, 18:11 (GMT +4)
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

14 Avqust 2020, 18:00 (GMT +4)
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirilib

14 Avqust 2020, 17:57 (GMT +4)
Kim Çen In yeni baş nazir təyin edib

14 Avqust 2020, 17:45 (GMT +4)
Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb

14 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub

14 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

14 Avqust 2020, 17:28 (GMT +4)
Belarus MSK prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

14 Avqust 2020, 17:17 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 400 təhlükəli üzvündən 80-i sərbəst buraxıb

14 Avqust 2020, 17:13 (GMT +4)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

14 Avqust 2020, 17:00 (GMT +4)
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır

14 Avqust 2020, 16:45 (GMT +4)
Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

14 Avqust 2020, 16:39 (GMT +4)
Putin Livana yeni səfir təyin edib 

14 Avqust 2020, 16:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

14 Avqust 2020, 16:17 (GMT +4)
Ərdoğan: Ankara BƏƏ ilə diplomatik münasibətləri dayandıra və səfirini geri çağıra bilər - VİDEO

14 Avqust 2020, 16:15 (GMT +4)
Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

14 Avqust 2020, 16:09 (GMT +4)
Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

14 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 15:47 (GMT +4)
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020, 15:37 (GMT +4)
ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

14 Avqust 2020, 15:15 (GMT +4)
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

14 Avqust 2020, 15:14 (GMT +4)
Koronavirusa yoluxan Karakas meri vəfat edib

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66