Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Mario İzola: BŞH təkər strategiyası baxımından düzgün proqnozlaşdırılması çətin trekdir

24 Aprel 2019, 14:35 (GMT +4)

Bakı, 24 aprel, SalamNews. Pirelli şirkətinin rəsmi veb-səhifəsində “Formula 1 SOCAR Azərbayca Qran Prisi 2019” yarışı ilə bağlı təkər seçimlərinə dair məqalə yayımlanıb. Məqalədə qeyd olunur ki, Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri, küləkli və dəyişkən hava şəraiti və həmçinin trek ətrafındakı tikililərin trekdəki hava axınına və trek səthinin istiliyinə təsiri komandalara düzgün təkər strategiyasının qurulmasında çətinlik törədir.

Məqalədə aşağıdakı faktlara yer verilib:

Bakı Şəhər Halqası ən uzun və ən sürətli şəhər trekidir. Yüksək sürət, kəskin döngələr və ensiz hissələr bu trekdə qəzaları qaçılmaz edir. Nəticədə təhlükəsizlik maşını trekə daxil olur. Digər tərəfdən, Formula 1 trekləri içində ən uzun sürətlənmə düzlüyü buradadır və bu düzlük təkərlərin istiliyini aşağı salır. Bundan başqa, şəhər treki olduğunu görə burada səth hamardır və bu da öz növbəsində təkərlərin asfalta möhkəm ilişməsinə mane olur.

Bakı həm də “küləklər şəhəri” kimi tanınır və külək bolidlərin aerodinamikasına böyük təsir göstərir. Trekin ətrafında çox mərtəbəli binaların olması bu bina aralarından trekə müxtəlif istiqamətlərdə güclü hava axınının daxil olmasına səbəb olur. Başqa tərəfdən, yarış 16:10-da başlayır və trek səthində temperatur tezliklə aşağı düşə bilir. Ümumiyyətlə indiyədək Bakıda keçirilmiş Qran Pri yarışları həm çox isti, həm də sərin hava şəraitində baş tutub. Qeyd olunan bu səbəblər Bakı üçün sabit strategiyanın qurulmasını mümkünsüz edir.
Bunları nəzərə alan Pirelli şirkəti Çində baş tutmuş sonuncu yarışda olduğu kimi Bakı yarışında da komandalara oxşar təkər seçimlərini təklif edir: sərt, orta və yumşaq. Komandalar artıq öz seçimlərini ediblər. İlk üçlükdə olan komandalardan Red Bull yumşaq təkərlərə daha çox üstünlük verib, Mercedes və Ferrari komandaları isə bu təkər növünə öz seçimlərində az yer veriblər.

Pirelli şirkətinin Formula 1 üzrə yarış meneceri Mario İzola Azərbaycan Qran Prisi üçün düzgün təkər seçimi etməkdə çətinlik çəkdiyini bildirib: "Bakıda pilotları gözləyən əsas çətinlik ön və arxa təkərlərin düzgün istiqamətdə işləməsini təmin edən oxların balansını saxlamaqdır. İki kilometrlik sürətlənmə düzlüyü və müxtəlif texniki xüsusiyyətli döngələri ilə fərqlənən Bakı trekində tez-tez təhlükəsizlik maşınını görürük. Bu, bəzi komandaların işinə mane olsa da, bəzilərinin strategiyasına xidmət edir.

Yarış üçün seçdiyimiz təkər növləri Bakının müxtəlif tələblərinə tam uyğun olmalıdır. Bununla belə Azərbaycan Qran Prisi düzgün təkər seçimi etmək baxımından təqvimin ən çətin yarışlarından biridir. Bu, bütün şəhər trekləri üçün xarakterik xüsusiyyətdir. Lakin Bakı treki uzunluğu və yüksək sürət yığmaq imkanı baxımından Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

BŞH könüllülər arasında müsabiqə keçirir

BŞH: “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb

BŞH media nümayəndələrinin akkreditasiya prosesinin müddətini uzadıb

BŞH “Kommersant” qəzetində yayılan məlumata rəsmi aydınlıq gətirib

BŞH-nin əməkdaşı FIA-nın Baş Assambleyasında məruzə ilə çıxış edib

UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

BŞH jurnalistlərə müraciət edib

BŞH akkreditasiyadan keçməyən jurnalistlərə müraciət edib

BŞH media nümayəndələrinin akkreditasiyasına başlayıb

BŞH-nin mediadan gözləntiləri və çağırışları (FOTOLAR)

BŞH-nin təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü qeyd olunub

BŞH bir sıra ali təhsil müəssisələrində könüllülər proqramını təqdim edib

Bulvar tribunasına olan biletlərin hamısı satılıb - BŞH

BŞH “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

Bakıda keçiriləcək növbəti Formula 1 yarışına minlərlə turistin gələcəyi gözlənilir - BŞH

BŞH-nin əməkdaşları Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar

Endirim kampaniyasının başa çatmasına bir həftə qalıb - BŞH

BŞH-nin Beynəlxalq Avtomobil Sərgisində açdığı stend ictimaiyyətin böyük marağına səbəb olub

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66