DSK: Birinci rübdə hava nəqliyyatı ilə 477,7 min sərnişin daşınıb25 Aprel 2019, 14:17 (GMT +4) Bakı, 25 aprel, SalamNews. Cari ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə 477 min 700 və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
|