Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Nazir: Hər il yüksək peşəkarlıq göstərənlər arasından 80 nəfər növbəti yarışlara işçi olaraq cəlb olunurlar

25 Aprel 2019, 09:00 (GMT +4)

Bakı, 25 aprel, SalamNews. Azərbaycan dördüncü dəfə Formula 1 yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 rəhbərliyi ilə yeni müqavilə imzalanıb. Yarışın trasında heç bir dəyişiklik nəzərdə tutulmayıb. Əyləncə proqramında isə məşhur müğənnilər iştirak edəcəklər.

SalamNews xəbər verir ki, bu sözləri aprelin 24-də jurnalistlərlə görüşən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, əyləncə proqramı çərçivəsində Sem Smitin konserti ləğv olub. Belə ki, Cənubi Afrika turu zamanı müğənninin səhhətində problem yaranıb və həkimlər konsert proqramlarının ləğvini məqbul hesab ediblər. Həmin gün digər məşhur müğənni Cessi Cey “Baku Crystal Hall”da S.Smiti əvəz edəcək. Aprelin 28-də isə Kardi Bi gözəl ifasını təqdim edəcək.

“Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri birinci ildəki kimi böyük ölçüdə olmayıb. Ümumilikdə trekin konfiqurasiyası dəyişməz olaraq qalır. Hazırda İçərişəhər və Qız qalası tribunalarının tikinti işləri davam edir. Digər tribunaların tikintisi başa çatıb. Trekyanı baryerlər tam quraşdırılıb. Pit binası ilə əlaqədar görülən işlər başa çatdırılıb və komandalar Bakıya gəlir. Artıq Azərbaycan Qran-Prisinin titul sponsoru var. Belə ki, builki yarışımız Formula 1 SOCAR Azərbaycan Qran-Prisi adlandırılır. Hazırda sponsorların banerlərinin yerləşdirilməsi prosesi davam edir”, - deyə A.Rəhimov əlavə edib.

Nazir bildirib ki, Formula 1 Azərbaycan Qran-Prisi üçün Azərbaycan da daxil olmaqla, ümumilikdə 67 ölkədən bilet alınıb. İndiyədək satılan biletlərin 39 faizi Azərbaycandan, qalan hissəsi isə xaricdən alınıb. Xaricdən ən çox bilet Rusiya və Böyük Britaniyadan alınıb. Sonrakı sıralarda Avstriya, Gürcüstan və Niderland yer alır. İlk onluqda isə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və ABŞ qərarlaşıb. Ümumilikdə xaricdən biletlərin 63 faizə yaxını 10 ölkədən alınıb. Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Bir neçə tribunada da biletlər tamamilə satılmaq üzrədir.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində 113-ə yaxın daimi işçinin çalışdığını və bunlardan sadəcə 3-nün xarici ölkə vətəndaşı olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, yarışa yaxınlaşdıqca kadr sayı artır. Bu il ümumilikdə mindən çox işçi fəaliyyət göstərir. 2016-cı ildə keçirilən ilk yarışda 5 min, ondan sonrakı yarışlarda isə 3 min könüllü təşkilatçılıq işində iştirak edib. Bu il də prosesə 3 min könüllü qoşulacaq. Hər ötən il təcrübəli könüllülərlə yanaşı, əsasən yeni könüllülərə daha çox yer verilir. Bu könüllülərin 55 faizi qızlar, 45 faizi isə oğlanlardır. Yarışlara cəlb olunan bütün könüllülərin 90 faizi tələbələrdir. Bununla yanaşı, könüllülər komandasında 30-a yaxın ölkədən könüllü mövcuddur. Onların yarıdan çoxu Azərbaycan universitetlərində təhsil alan xarici tələbələrdir. Formula 1 üçün ilk könüllü proqramı elan olunandan bu günədək ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 mini ötüb. Hər il yüksək peşəkarlıq və fəallıq göstərənlər arasından 50-80 nəfər növbəti yarışlara işçi olaraq cəlb olunurlar. Bu il Formula 1 Azərbaycan Qran-Prisində 300 yeni marşal iştirak edir. Ümumilikdə Marşal Proqramına 1100 yerli, 140 xarici vətəndaş qəbul olunub.

A.Rəhimov vurğulayıb ki, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Bu məbləğ yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran-Pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir. İndiyədək Bakıda keçirilmiş iki Qran-Pri ərəfəsində dolayı gəlirlər isə ümumilikdə 113,1 milyon dollar təşkil edib. Bu gəlirlərin içərisində yenə şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox iqtisadi fayda götürən sektor olub.

“Hazırda Formula 1 dünya çempionatı 21 mərhələdən ibarətdir. Ölkəmizdə ilk yarış iyunda təşkil olunmuşdu. Biz danışıqlar aparırıq ki, yarış növbəti illərdə də iyunda keçirilsin. Hazırda 4 ölkə Qran-Pri təşkil etmək üçün sıra gözləyir. MDB ölkələri arasında yalnız Azərbaycan və Rusiya Formula 1 yarışlarına ev sahibliyi edir”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında təşkil olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşüb

Nazir Azad Rəhimov Masallıda vətəndaşlarla görüşüb

Bakıda yerləşən idman qurğuları hazır vəziyyətə gətirilib - Azad Rəhimov

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edib

Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı mühüm təklif verib

Azad Rəhimov Abu-Dabidə Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb

Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşünə qatılıb

Azad Rəhimov: Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır

Nazir Azad Rəhimov Abşeronda vətəndaşlarla görüşüb (FOTO)

Azad Rəhimov Göyçay rayonunda vətəndaşlarla görüşüb

Azad Rəhimov bir neçə ölkənin idman nazirləri ilə görüşüb

Nazir Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb

Nazir Azad Rəhimov Cəlilabadda vətəndaşlarla görüşüb

Nazir Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşüb

Azad Rəhimov Minskdə II Avropa oyunlarının müzakirəsindədir

Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

Azad Rəhimov Dünya Autizm Festivalına qatılan uşaqlarla görüşüb

Dramatik anların, sürət və cəsarətin şahidi olacağımıza əminik - Azad Rəhimov

Azad Rəhimov Fələstində səfərdədir

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

24 İyun 2019, 17:46 (GMT +4)
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib

24 İyun 2019, 17:41 (GMT +4)
İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

24 İyun 2019, 17:35 (GMT +4)
Putin anti-Rusiya sanksiyalarına cavab olaraq ərzaq embarqosunun müddətini uzadıb

24 İyun 2019, 17:27 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

24 İyun 2019, 17:23 (GMT +4)
Səudiyyə Kralı Maykl Pompeo ilə görüşüb

24 İyun 2019, 17:15 (GMT +4)
Bugünədək kümçülər 626,05 ton barama təhvil veriblər

24 İyun 2019, 17:09 (GMT +4)
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24 İyun 2019, 16:50 (GMT +4)
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər 

24 İyun 2019, 16:50 (GMT +4)
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

24 İyun 2019, 16:27 (GMT +4)
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

24 İyun 2019, 16:14 (GMT +4)
Azərbaycanın risk xəritəsi hazırlanacaq

24 İyun 2019, 15:55 (GMT +4)
Türkiyə ABŞ-ın təhdidinə baxmayaraq S-400 sistemini əldə etdi - Çavuşoğlu

24 İyun 2019, 15:51 (GMT +4)
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

24 İyun 2019, 15:37 (GMT +4)
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

24 İyun 2019, 15:22 (GMT +4)
S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur - Türkiyənin NATO nümayəndəsi

24 İyun 2019, 15:15 (GMT +4)
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar

24 İyun 2019, 15:02 (GMT +4)
Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

24 İyun 2019, 14:45 (GMT +4)
De Niro və Stivin Kinq Rusiya əleyhinə video çarxda çəkilib (VİDEO)

24 İyun 2019, 14:32 (GMT +4)
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

24 İyun 2019, 14:20 (GMT +4)
Azərbaycanlı samboçu gümüş medal qazanıb

24 İyun 2019, 14:07 (GMT +4)
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12