Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Mübariz Qurbanlı: İnsanların din adı ilə bir-birini qırması cəhalətin nəticəsidir

25 Aprel 2019, 10:14 (GMT +4)

Bakı, 25 aprel, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.

Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər. Regional konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, ölkəmizdə həyata keçirilən nümunəvi dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılmasından söz açıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da dini etiqad azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görülüb, rayonda dini durum sabitdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində aparılan işlər barədə danışıb. Müasir dünya üçün ən ciddi təhdidlərdən birinin terror və ekstremizm olduğunu bildirən Komitə sədri dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığını deyib.

Diqqətə çatdırıb ki, hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib. Bildirilib ki, heç bir din radikallığa çağırış edə bilməz. Həm İslamın, həm də Xristianlığın və Yəhudiliyin müqəddəs kitablarında insanlar birliyə, sülhə, əmin-amanlığa çağırılır. Amma bu gün dünyada din adı altında terrorlar törədilir, qarşıdurmalar yaradılır. İnsanların din adı ilə bir-birini qırması, terrorlar törətməsi cəhalətin nəticəsidir. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib. “Azərbaycanda heç vaxt dini və etnik müxtəlifliyə görə ayrı-seçkilik olmayıb. Bütün dinlərin nümayəndələri bir yerdə mehriban şəkildə yaşayır, sərbəst şəkildə öz inanclarını yerinə yetirirlər. Eyni zamanda, İslam dini daxilində də məzhəb ayrı-seçkiliyinin əleyhinəyik.

Dini siyasiləşdirmək, dindən sui-istifadə etmək istəyənlərə, məzhəb ayrı-seçkiliyi salanlara aramızda yer olmamalıdır”, - deyə M.Qurbanlı vurğulayıb. Dini maarifləndirmənin vacibliyindən danışan Komitə sədri deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Burada yüksəkixtisaslı, azərbaycançılıq ideyasının daşıyıcısı olan, islami dəyərləri, o cümlədən digər dinləri mükəmməl bilən kadrlar yetişəcək və gələcəkdə din sahəsində çalışacaqlar.

M.Qurbanlı diqqətə çatdırıb ki, gənclərimizin maarifləndirilməsi, məlumatlandırılması məqsədilə yeni tədris ilindən ali məktəblərdə “Multikulturalizmə giriş” adlı fənn tədris olunacaq. O, eləcə də orta ümumtəhsil məktəblərində “Həyat bilgisi” fənninin proqramının genişləndirilməsi, İslam dini ilə bərabər digər dinlər haqqında da məlumatların verilməsinin əhəmiyyətinə toxunub.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Ramazan Hüseynov regionlarda keçirilən bu cür konfransların əhəmiyyətini yüksək qiymətləndirib. Konfrans işini aprelin 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlının yeni kitabı nəşr olunub

Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

Mübariz Qurbanlı : Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

Mübariz Qurbanlı ABŞ-a gedib

Mübariz Qurbanlı: Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır

Mübariz Qurbanlı: Dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

1000-dən çox dini xadimə maddi dəstək verilir - Mübariz Qurbanlı

Mübariz Qurbanlı yeni vəzifəyə seçilib

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

Mindən çox din xadiminə hər ay maddi dəstək göstərilir- Mübariz Qurbanlı

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı İmişlidə vətəndaşların müraciətini dinləyib

Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı: Dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar

Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Mübariz Qurbanlı: Milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür

Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66