Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda daha iki Əmlak Xidmətləri Məkanı açılacaq

25 Aprel 2019, 16:43 (GMT +4)

Bakı, 25 aprel, SalamNews. Əmlak Məsələləri Dövlət Komitəsi mütərəqqi idarəetmə metodlarının, informasiya texnologiyalarının tətbiqi ilə göstərilən xidmətlərə olan əlçatanlığı artırır. Komitənin bütün xidmətləri vahid məkanda icra olunur. Belə ki, ilin əvvəlində istifadəyə verilən Əmlak Xidmətləri Məkanı (ƏXM) yeni idarəetmə üsulu ilə xidmətləri vətəndaşlara daha səmərəli, çevik və şəffaf formada çatdırır.

Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, artıq Gəncə və Xaçmazda da Məkanın açılması nəzərdə tutulur.

Komitədən bildirib ki, qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr ilə bağlı olub.

Dövlət əmlaklarının özəlləşməsi üzrə keçirilən hərraclar Məkanda təşkil olunur. Burada 100 nəfərin hərracı izləmək imkanı var. Həmçinin hərracı onlayn olaraq internet vasitəsilə canlı izləmək də mümkündür. Məkanda indiyədək 10-dan çox hərrac keçirilib.

ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də həyata keçirilir. Müraciətlərə həssaslıqla yanaşılır, 100-ə yaxın işçi tərəfindən xidmətlər təmkinlə vətəndaşlara göstərilir.

Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Əmlaklara dair çıxarış almaq istəyən vətəndaşlara mülkiyyət sənədi elektron şəkildə verilir. Belə ki, elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.

Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASA daşınmaz əmlakın icbari sığortası ilə bağlı açıqlama yayıb

MSK sədri: “Əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”

Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulub

Çinli Trampın əmlakına girdiyinə görə 8 ay həbs cəzasına məhkum edilib

Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

Kreml Əsədin qohumlarının Moskvada əmlak alması xəbərlərinə münasibət bildirib

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

Azərbaycanda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

PAŞA Sığorta KASKO müştərilərinə könüllü əmlak sığortasına 50% endirim təklif edir

Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın hərracda satılması proseduru açıqlanıb

Dövlət əmlaklarının özəlləşdirilməsi hərraclarında 310 elektron sifariş həyata keçirilib

ABŞ Venesuelanın əmlakına yiyələnmək istəyir -Venesuela XİN

ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib

Daha 80 dövlət əmlakı özəlləşdirilmək üçün hərraca çıxarılıb

Əmlak Komitəsi: Altı ayda 193 saylı Çağrı mərkəzinə 16 mindən çox müraciət ünvanlanıb

Dövlət Komitəsi özəlləşməyə 85 dövlət əmlakı çıxarır

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşlarla görüşüb

20 Fevral 2020, 10:25 (GMT +4)
Saleh Məmmədov vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 10:13 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

20 Fevral 2020, 10:09 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb

20 Fevral 2020, 09:57 (GMT +4)
Suriyada Rusiya və ABŞ hərbi maşınlarının bir-birilə «yarışması» kameralara düşüb (VİDEO)

20 Fevral 2020, 09:57 (GMT +4)
Paytaxt sakininin çantasını oğurlamaqda şübhəli bilinən şəxs tutulub

20 Fevral 2020, 09:47 (GMT +4)
Yol polisi məktəbliləri maarifləndirir

20 Fevral 2020, 09:35 (GMT +4)
Maqadanda təyyarə havaya qalxarkən yerə çırpılıb

20 Fevral 2020, 09:30 (GMT +4)
Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib

20 Fevral 2020, 09:16 (GMT +4)
İranda koronavirusa yoluxan iki nəfər həyatını itirib

20 Fevral 2020, 09:10 (GMT +4)
Tramp Pentaqon rəhbərinin müavininin istefa etdiyini açıqlayıb

20 Fevral 2020, 09:02 (GMT +4)
Səyyar “ASAN xidmət” Qazaxda sakinlərə xidmət göstərir

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır (FOTOLAR)

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66