“Azərişıq” “Yeni Yaşma” Külək Elektrik Parkına mediatur təşkil edib25 Aprel 2019, 17:00 (GMT +4) Bakı, 25 aprel, SalamNews.Aprelin 25-də “Azərişıq” ASC tərəfindən jurnalistlər üçün Xızıda 50 meqavatlıq “Yeni Yaşma” Külək Elektrik Parkına mediatur təşkil olunub.
SalamNews xəbər verir ki, mediatur çərçivəsində “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Yaşma” Külək Elektrik Parkının fəaliyyəti barədə danışıb.
O deyib ki, 2018-ci ilin yanvarında parkda ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kilovat/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kilovat/saata yaxındır. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır.
T.Mustafayev bildirib ki, bu ilin martında 50 meqavatlıq “Yeni Yaşma” Külək Elektrik stansiyasında 11 milyon kilovat/saatdan çox elektrik enerji istehsal edilib: “Küləkli hava şəraitindən asılı olaraq bu göstərici dəyişə bilər”.
|