Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azercell-in dəstək olduğu layihə çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

26 Aprel 2019, 17:10 (GMT +4)

Bakı, 26 aprel, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell Telekom” MMC və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir. Startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə keçirilən startap turu bu dəfə Tovuz rayonunda baş tutub. Tovuzda ilk dəfə olaraq keçirilən startap tədbirinə Tovuzla yanaşı, Qazax, Şəmkir, Goranboy, Tərtər, Gədəbəy, Yevlax və digər ətraf rayonlardan olan 100-dən çox gənc qatılıb. 

Tədbirin informativ hissəsində iştirakçılar “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, məqsəd və hədəfləri barədə məlumatlandırılıblar. Daha sonra layihədə iştirak etmək üçün müraciət edən komandalar arasında müsabiqə keçirilib və qaliblər müəyyənləşib. Birinci yerin sahibi “Share my goal” layihəsi olub, ikinciliyə “Bacarıqlı əllər” ideyası, üçüncülüyə isə “Görən gözlər” layihəsi layiq görülüb.

Layihə çərçivəsində Tovuzdan sonra Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsi keçirilib. ADA Universitetində baş tutan startap marafonunda 10-dək ali məktəbin komandası öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Azərbaycan Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edib. 3 gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatı keçirilib. Bakı üzrə “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ qayğı” və “Buqələmun” layihələri finalçılar qismində seçilib.

Qeyd edək ki, layihələr münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar üzrə qiymətləndiriləcək və yaxın günlərdə 3 əsas yerin qalibi ictimaiyyətə açıqlanacaq.

Bu mərhələdə qələbə qazanan komandalar cari ilin avqust ayının sonlarında 12 regionun da qalibləri ilə birgə “İnnocamp” yay düşərgəsində iştirak etmək imkanı əldə edəcək. Oktyabrda keçiriləcək ümumrespublika finalında isə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. Qalib gələcək ilk üç yerin sahiblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcəkdir. Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb.

Vurğulamaq istərdik ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən komandalara mentorluq dəstəyi göstərilib. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir çox layihələrin və startapların müstəqil şirkətlərə çevrilməsinə yardım etmişdir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz sahibkarlıq və informasiya texnologiyaları mövzularında bir çox təlimlərin, seminarların keçirilməsinə təşəbbüs göstərmiş, bir sıra tədbirlərə ev sahibliyi etmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell ölkəmizin istedadlarına dəstək verir

Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Emin Ağalarov Azercell-in yeni brendini açıqlayacaq

Azercell uşaqlara dəstək verməyə davam edir

Azercell və Xəzər TV Ramazan ayında birgə xeyriyyə aksiyası keçirib

“Azercell” yeni tarif paketini təqdim edib

“Azercell” növbəti dəfə tələbələrlə görüşüb

Azercell Ramazan Bayramı münasibətilə yeni kampaniya start verib

"Azercell" Bakıda futbol azarkeşlərini yüksəksürətli internetlə təmin edib

Azercell növbəti dəfə karyera sərgisində iştirak edib

“Azercell”in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub

“Azercell” şirkəti “Optimal Elektronika” MMC-nin yeni rəqəmsal tərəfdaşıdır

Azercell ADA-nın tələbələri üçün master- klass təşkil edib

Azercell-in “Mobil Diş Klinikası” təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

Azercell yeni korporativ təkliflərini açıqlayır

“Azercell”in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

“Mobil Göz Klinikası” Azercell-in dəstəyi ilə fəaliyyətini davam etdirir

Azercell istedadlı gəncləri rəqəmsal dünyaya yaxın edir

Azercell-in yenilənmiş "GəncOl" tarif paketi ilə artıq ünsiyyət sizin üçün daha da əlçatandır

Azercell yeni kampaniya keçirir

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12