Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Azərbaycan 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur

26 Aprel 2019, 12:47 (GMT +4)

Bakı, 26 aprel, SalamNews.Azərbaycan mədəniyyətinin və onun ayrı-ayrı nümunələrinin beynəlxalq müstəvidə tanıdılması, ölkəmizin mədəni irs nümunələrinin təbliği, habelə müvafiq sahədə fəaliyyət göstərən təşkilatların, fərdi şəxslərin dəstəklənməsi Mədəniyyət Nazirliyinin daim diqqətində olmuşdur.

SalamNews Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, "Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı"na uyğun olaraq, mədəni irsimizin xarici ölkələrdə daha effektiv tanıdılması, mədəni sənayenin tərkib hissəsi olan məhsul və xidmətlərin ixrac potensialının araşdırılması və aidiyyəti tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas məqsədlərdəndir. Qeyd edilən fəaliyyət istiqamətinin təmin olunması, xalq dekorativ-tətbiqi və təsviri sənətinin inkişaf potensialından istifadə edilməsi, həmçinin mədəni irsimizin marketinqinin aparılması məqsədilə ölkəmiz İtaliyanın Florensiya şəhərində təşkil olunan 83-cü Beynəlxalq Əl İşləri Sərgisində iştirak edir.

Florensiya Beynəlxalq Əl İşləri Sərgisi 1931-ci ildən keçirilir və builki sərgi Leonardo da Vinçinin vəfatının 500-cü ilinə həsr edilib. Bu mötəbər tədbirdə 50-dən çox ölkə 600-dən artıq stendlə təmsil olunur.

Sərgidə Azərbaycanı Mədəniyyət Nazirliyinin əməkdaşları – Xalq yaradıcılığı və mədəni marşrutların inkişaf şöbəsinin müdiri Günel Aslanova, həmin şöbənin aparıcı məsləhətçiləri Elgün Əliyev və Eldəniz Ağayev və xalq dekorativ-tətbiqi və təsviri sənət ustaları təmsil edirlər.

Qeyd edək ki, "Azərbaycan mədəniyyətlərin kəsişməsində" adlandırılan milli stendimiz sərgi ziyarətçilərinin xüsusi diqqətini cəlb edir. Azərbaycanda olmaq istəklərini ifadə edən yerli sakinlərə və şəhərin əcnəbi qonaqlarına mədəniyyətimiz haqqında məlumat kitabçaları, xalq dekorativ-tətbiqi və təsviri sənətinini əks etdirən broşürlər təqdim edilir, bundan əlavə, ölkəmizin mədəniyyəti, milli mətbəxi, uyğun infrastrukturu, hər il keçirilən beynəlxalq tədbirlər barədə məlumatlar verilir.

Tədbir iştirakçıları Azərbaycanı sürətlə inkişaf edən, mədəniyyəti möhtəşəm, insanları mehriban olan ölkə kimi tanıdıqlarını bildirirlər.

Sərgi 2 may tarixinədək davam edəcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 İyul 2020, 20:45 (GMT +4)
Azərbaycanda 1 565 müəllim iş yerini dəyişib

09 İyul 2020, 20:15 (GMT +4)
Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66