Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Polşada akademik Yusuf Məmmədəliyevin barelyefinin açılış mərasimi keçirilib

26 Aprel 2019, 11:45 (GMT +4)

Bakı, 26 aprel, SalamNews.Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçirilib

SalamNews Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriyasının rəhbəri, professor, Y.H. Məmmədəliyevin Memorial Muzeyinin direktoru Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbirin birinci hissəsində Akademiyanın rəhbərliyi keçirilən bu tədbirin məqsəd və məramı haqqında məlumat verdi. Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində quraşdırılması ideyası və həyata keçirilməsi barədə tədbir iştirakçılarına danışdı. Vüqar Baxışov Nazirliyin rəhbərliyinin salamlarını Akademiyaya çatdıraraq rəsmi təşəkkür məktubu təqdim etmişdir. Reyhan Əliyeva tədbirdə akademik Y. Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında və hüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışdı. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan film nümayiş olundu.

Tədbirin ikinci hissəsində Akademiyanın Kimya fakültəsinin korpusunda Y. Məmmədəliyevin barelyefin rəsmi açılış mərasimi həyata keçirildi və barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyuldu. Eyni zamanda Kimya fakültəsinin tələbələrinin bir qrupu, o cümlədən burada təhsil alan bir Azərbaycan tələbəsi iştirak etmişdir.

Əlavə olaraq qeyd olunmalıdır ki, akademik Yusuf Məmmədəliyevin “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçalar və onun həyat və yaradıcılığını əks etdirən bukletlər mərasim iştirakçılarına paylanmış, habelə xeyli sayda nüsxə Akademiyanın kitabxanasına bağışlanmışdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yusuf Məmmədəliyev: Gənclər siyasəti Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsidir

Yusuf Məmmədəliyev Gənclər Fondu Müşahidə Şurasının sədri təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Yusuf Məmmədəliyev Gənclər Fondunda olub

09 İyul 2020, 20:45 (GMT +4)
Azərbaycanda 1 565 müəllim iş yerini dəyişib

09 İyul 2020, 20:15 (GMT +4)
Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66