Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular (FOTOLAR)

25 Aprel 2019, 17:50 (GMT +4)

Bakı, 25 aprel, SalamNews, K.Orxan. Xarici İşlər Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 26-28 aprel tarixlərində Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 çərçivəsində “Racing for Peace” (Sülh Naminə Yarış) şüarı altında məcburi köçkün uşaqlar üçün yarış öncəsi pit yolu ilə, eləcə də əyləncə zonasına gəzintilər təşkil olunub.

SalamNews xəbər verir ki, uşaqlar böyük həvəslə paytaxt Bakıda keçirilən Qran Pri yarışına hazırlıq prosesi ilə tanış olmaq, bu yarışları izləmək üçün ölkəmizə gələn peşəkar Formula 1 komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə etmiş və onlarda avto-idman sahəsinə xüsusi maraq yaranmışdır.

İcmanın üzvləri əslən Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqlar üçün təşkil olunmuş bu sosial-humanitar layihəyə görə təşəkkürünü ifadə edərək, bu aksiyanın Azərbaycanın BMT-nin “sülh və inkişaf naminə idman” proqramının məqsəd və məramlarına sadiqliyinin növbəti nümunəsi olduğunu bildirib.

Bundan əvvəl ölkəmizdə keçirilən beynəlxalq şahmat turniri çərçivəsində “sülh naminə şahmat” oyununda iştirak edən uşaqlar Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edildikdən sonra doğma torpaqlarında bu gün Bakıda olduğu kimi sülh, əmin-amanlıq və multikulturalizm şəraitində avtomobil idmanı yarışlarının keçiriləcəyinə ümidvar olduqlarını ifadə etmişlər.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin dostluğa və anlaşmaya xidmət etdiyini qeyd edərək korporativ sosial məsuliyyət, cəmiyyətə töhfə və uşaqlara qayğı kimi dəyərləri daim rəhbər tutduğunu bildirmişdir.

Tədbirin sonunda BŞH tərəfindən uşaqlara Formula 1 yarışları üçün xarakterik olan hədiyyələr və suvenirlər verilmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

Formula 1: “Ferrari” rəsmi adını dəyişib

Formula 1 rəhbərliyi yeni komandalar haqqında bəyanat verib

Formula 1 üzrə Azərbaycan Qran-prisinin biletləri bu ay satışa çıxarılacaq

Nigar Arpadarai: 2019 Formula 1 Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub

Formula 1: Zandfort trası lisenziyanı yanvarda alacaq

Şarl Lekler Formula 1 üzrə Belçika Qran-prisinin qalibi olub

Formula 1 üzrə Azərbaycan Qran-prisi gələn ilin iyun ayında keçiriləcək

Arif Rəhimov Monakoda "Formula 1"lə bağlı iqtisadi forumda iştirak edib

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi: Yarış həftəsonuna 85 min tamaşaçı gəlib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-a dair maraqlı faktlar açıqlanıb

Bakıda Formula 1-ə görə bağlanan yollar açılıb

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi məlum olub

Azərbaycan Prezidenti Formula 1-in açılış mərasimində iştirak edir 

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-un açılışının əsas özəllikləri açıqlanıb

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turu başa çatıb

Formula 1: "Ferrari"nin pilotu üçüncü sərbəst yürüşün də qalibi olub

Formula 1 iştirakçıları üçün Bakı bulvarında dron və robot nümayiş olunur

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66