Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Abşeronda baş tutub

27 Aprel 2019, 10:08 (GMT +4)

Bakı, 27 aprel, SalamNews. Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Abşeron rayonu olub.

SalamNews xəbər verir ki, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.

Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə şəhər sakini də iştirak ediblər.
İki hissədən ibarət olan yaradıcılıq festivalının rəngarəng proqramından əlavə olaraq tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasından dekorativ-tətbiqi sənət ustası Ellada Həsənovanın “Muğam-trio” kompozisiyası və “Süjetli xalçanın’ nümayişi, dekorativ-tətbiqi sənət ustası Günel Hüseynovanın 3D formatında işlənmiş “Sumqayıt” kompozisiyası, taxta üzərində işlənmiş “İçərişəhər” kompozisiyası, keçədən əl işlərinin nümayişi tədbiri yaddaqalan edib.

Festival balaca ziyarətçilər üçün dəmaraqlı olub. Beləki, “Günəşim” və “Cırtdan” Kukla Teatrlarınınhazıladıqları tamaşaları, Dostluq Mədəniyyət evinin klounada nömrələri və “Qurd adam”, “Şurun-burun”, “Maşa və Medved” personajları ilə uşaqların zövqünü oxşaya bilib.
Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub.

Festival Zəngilan nümayəndəliyinin Folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili Komediya Xalq Teatrı, bir neçə musiqi məktəblərininsazçalanlar ansamblı və rəqs kollektivinin çıxışları ilə davam edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsindəçadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.

"Muğam trio" adlı kompozisiyası da hazırlanıb.Kompozisiyada milli musiqi dəyərlərimiz və adət-ənənələrimiz muğam ustası xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasının fonunda əks etdirilib. Elementlərin ritmik ardıcıllığının qorunduğu kompozisiyada tar, kamança və qavalın milli musiqi alətlərimiz kimi Azərbaycan xalçası üzərində nümayişi, eyni zamanda səhnə fonunda qədim Qobustan qayaüstü təsvirinin əks olunması xalqımızın həm çoxəsrlik qədim tarixə, həm də zəngin musiqi ənənələrinə sahib olduğu göstərilib. Kompozisiya Ellada Həsənovanın təqdimatında nümayiş etdirilib. 

Bundan başqa, “Süjetli xalça” kompozisiyasında isə milli ornamentlərimiz vasitəsilə Sumqayıt şəhərinin tarixi və müasir görünüşünün vahid obrazı yaradılıb. Şəhərin simvollarından biri hesab olunan “Qağayı abidəsi” ilə ön hissədə əks olunan “Göyərçin abidəsi” təbii rəng çalarlarının ənənəvi naxışlarla biləşərək əmələ gətirdiyi estetik gözəlliyi tamamlayıb. Arxa fonda yerləşən Sumqayıt Bulvarının təsviri isə şəhərin müasir görüntüsünü təmsil edərək daimi inkişafa və yeniliyə doğru yol aldığı göstərilib.Kompozisiya Ellada Həsənovanın təqdimatında nümayiş etdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına yekun vurulub

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Balakəndə baş tutub

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Şəmkirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda davam etdirilib

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Lerikdə baş tutub

"Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Tərtərdə reallaşıb

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Neftçala olub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Saatlıda olub

Respublikamızda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Sumqayıtda

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı başlayır

09 İyul 2020, 20:45 (GMT +4)
Azərbaycanda 1 565 müəllim iş yerini dəyişib

09 İyul 2020, 20:15 (GMT +4)
Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66