Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Prezident: “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açır"

26 Aprel 2019, 17:15 (GMT +4)

Bakı, 26 aprel, SalamNews.İndiyə qədər Azərbaycan iqtisadiyyatımna 260 milyard dollar investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir.

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin paytaxtı Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda bildirib.

“Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”, - deyə o, qeyd edib.

“Nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyaları əlavə etmək istəyirəm. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb.

2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır”, - deyə dövlət başçısı əlavə edib.

“Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib”, - deyə prezident vurğulayıb.

“Ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb. Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq. Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik.

Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”, -deyə İ.Əliyev qeyd edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb

İlham Əliyev Belarus prezidentini təbrik edib  

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

İlham Əliyev İran prezidenti ilə telefonla danışıb

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkür edib

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirilib

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

11 Avqust 2020, 17:01 (GMT +4)
Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

11 Avqust 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub

11 Avqust 2020, 16:30 (GMT +4)
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanılıb

11 Avqust 2020, 16:15 (GMT +4)
Əli Əsədov ilə BP-nin baş icraçı direktoru arasında telefon danışığı olub

11 Avqust 2020, 16:13 (GMT +4)
Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

11 Avqust 2020, 16:00 (GMT +4)
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzulidə əkin sahələri və meyvə bağlarına baxış keçirib (FOTO)

11 Avqust 2020, 15:45 (GMT +4)
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

11 Avqust 2020, 15:30 (GMT +4)
Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olub

11 Avqust 2020, 15:27 (GMT +4)
Yunanıstan Türkiyəyə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

11 Avqust 2020, 15:20 (GMT +4)
Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb

11 Avqust 2020, 15:07 (GMT +4)
Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub

11 Avqust 2020, 15:00 (GMT +4)
Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır

11 Avqust 2020, 14:46 (GMT +4)
DİM: 13-14 avqustda 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək

11 Avqust 2020, 14:30 (GMT +4)
Azərbaycanda 80 evdən oğurluq edən şəxslər tutulub

11 Avqust 2020, 14:27 (GMT +4)
İranda son sutkada 184 nəfərin koronavirusdan ölümü qeydə alınıb

11 Avqust 2020, 14:15 (GMT +4)
Təbiətə ziyan vuran şirkət cəzalandırılıb

11 Avqust 2020, 14:01 (GMT +4)
Sabahdan müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı başlayır

11 Avqust 2020, 13:50 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib (FOTOLAR)

11 Avqust 2020, 13:43 (GMT +4)
İraqda bir gündə ABŞ qüvvələrinə qarşı ikinci hücum xəbəri verilib

11 Avqust 2020, 13:35 (GMT +4)
Dünyada ilk dəfə koronavirus vaksini Rusiyada qeydiyyatdan keçib

11 Avqust 2020, 13:35 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

11 Avqust 2020, 13:16 (GMT +4)
İran ölkə nazirliklərində beş cəsusun ələ keçdiyini bildirib

11 Avqust 2020, 13:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir

11 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 Avqust 2020, 12:40 (GMT +4)
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66