Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT
27 Aprel 2019, 10:00 (GMT +4)

Birinci vitse-prezident: Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq

Bakı, 27 aprel, SalamNews. Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunması diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın milli sərvəti olan İçərişəhərin qədimiliyinin qorunmasına daim diqqət və qayğı ilə yanaşırlar. Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi olan İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının bəşər mədəniyyətinə töhfələr verdiyini bir daha təsdiqləyir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Hazırda İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir.

Aparılan təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bildirdi ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir.

Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq.

Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib.

Burada yeni aşkar olunmuş tarixi abidəmiz – hamam bərpa olunur. Onu da qeyd etmək istəyirəm ki, son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər də cəlb olunub. Bu da çox gözəl bir haldır. Ona görə siz bir daha nəzarət edin. Birincisi, əlbəttə, biz İçərişəhərimizi çox qorumalıyıq, çox diqqətli olmalıyıq. İkincisi, İçərişəhərdə yaşayan sakinlərin maraqları nəzərə alınmalıdır. Eyni zamanda, mən əminəm ki, sahibkarlar üçün də bura doğma, əziz və ölkəmizin ən vacib tarixi abidələrindən biridir. Siz də yanaşmalarınızı məhz bu səmtdə qurmalısınız.

Bir də onu qeyd etmək istəyirəm ki, gələcəkdə belə hallarla üzləşməmək üçün biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək. Hətta İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Onda biz belə halların qarşısını alarıq. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər. Mən yenə də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm. Amma mən narahat olan o biri insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün, biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq. Ona görə bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir. İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir, bundan sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik.

X X X

Sonra birinci xanım Mehriban Əliyeva “BBC News” Azərbaycanın müxbirinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə bağlı suallarını cavablandırdı.

Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əliyeva burada aparılan işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər

Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədir

Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib

Mehriban Əliyeva Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"

Mehriban Əliyeva yeni salınan parkda yaradılan şəraitlə tanış olub 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərin tədbirində iştirak edib

Milli Kitabxanada Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgi keçirilib

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Bu gün birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyeva: Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər

Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb 

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüb

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66