Ekspert: Lyuk olmasaydı bolid asfalta dəyəcəkdi27 Aprel 2019, 11:39 (GMT +4) Bakı, 27 aprel, SalamNews. “Hamının diqqəti yönəlib lyuk hadisəsinə. Məncə burada şişirdilməli bir ciddi məsələ yoxdur”.
Bunu SalamNews-a avtomobil yolları üzrə ekspert Yasin Mustafa deyib.
Y.Mustafa hesab edir ki, bolidin qəza törətməsinin əsas səbəbi onun altının aşağı olmasıdır: “Videolardan da göründüyü, bolid yüksək sürət nəticəsində tsiklik hərəkət edərək aşağı-yuxarı yellənir. Bolidin altı (clearance) aşağı olduğundan təsadüfən orada olan lyuka dəyir. Lyuk olmasaydı asfalta dəyəcəkdi. Yəni hər şey bu qədər bəsitdir”.
Qeyd edək ki, ötən gün “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. Belə ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidinin alt hissəsi drenaj lyukuna ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb.
|