BMqT əmək müfəttişləri üçün seminar keçirib29 Aprel 2019, 17:42 (GMT +4) Bakı, 29 aprel, SalamNews. Bu gün Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Bakıda İnsan alverinə qarşı mübarizə üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin 20 əməkdaşının iştirak ilə seminar təşkil edib.
BMqT-dan SalamNews-a verilən məlumata görə, tədbir Avropa İttifaqı (Aİ) və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda İnsan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” (ENCT) layihəsi çərçivəsində həyata keçirilir. Giriş sözü ilə çıxış edən Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Müşavir-elçisi xanım Simona Qatti Avropa İttifaqının insan alverinə qarşı mübarizədə rolunu və üzərinə götürdüyü öhdəliyini xüsusi vurğuladı. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Gjorjiyev seminarın əmək müfəttişlərinin işinə öz töhfəsini verəcəyini və onların insan alverinə qarşı mübarizədə potensiallarını artıracağına əmin olduğunu bildirdi.
Qeyd edək ki, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların gücləndirilməsi” (ENCT) layihəsinin əsas məqsədi insan alverinə qarşı effektiv mübarizə və insan alveri qurbanlarının müdafiəsi üçün Azərbaycan hökumətinin imkanlarını gücləndirməkdən ibarətdir.
|